“Əl-Cəzirə” media şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin “Əl-Cəzirə müsafir” proqramında yayımına başlanılıb.
Filmlər, Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələrini yaşadır. Yaşam tərzini, turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. Hər birisi 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir. Bu ilin 20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan sözügedən proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. Filmlər hər şənbə günündən ardıcıl olaraq proqram vasitəsi ilə göstərilir. Bütün beş həftə ərzində hər gün nümayiş etdiriləcək.
