Almaniyaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Almaniya vizası almaq vacibdir. GO TRAVEL almaniyaya VİZA DƏSTƏYİ GÖSTƏRİR
Almaniya Şengen Vizası
Almaniyaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Almaniya vizası almaq vacibdir.
Vizanın 2 növü var:
Qısamüddətli (90 günə qədər)
Multiviza (90 gündən artıq) Go Travel Almaniyaya viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz. Həmçinin siz Almaniya səfirliyi üçün ərizə formasını postun sonunda səhifəmizdən yükləyə bilərsiniz.Go Travel şirkəti İşçi Vizaları – nın alınması prosesini həyata keçirilməsinə dəstək göstərir “Turist və Təhsil” vizalarının alınmasında müştərilərimizə viza dəstəyi göstəririk.
Almaniya Vizası Haqqında Məlumat
Almaniya Şengen vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Həmçinin, siz uzunmüddətli, yəni üç ay, altı ay, bir il, iki il və ya beş il müddəti əhatə edən vizalara da müraciət edə bilərsiniz. Siz Almaniya Şengen vizasını əldə etdikdən sonra istənilən Şengen ölkəsinə daxil ola bilərsiniz. Ancaq hər bir halda mütləq şəkildə biz məsləhət görürük ki, Şengen ərazisinə ilk girişinizi viza aldığınız ölkədən, yəni Almaniyadan edəsiniz. Əks halda siz viza müraciətiniz zamanı qeyd etmədiyiniz təqdirdə Almaniya vizası ilə Şengen ərazisinə başqa bir ölkədən giriş etməyə çalışsanız, nadir hallarda da olsa, həmin ölkənin sərhəd xidməti sizi geri qaytara və ölkəyə girişinizə icazə verməyə bilər. Bu təcrübə bəzi hallarda yaşanıb və bu səbəblə də biz sizə bu riskdən qaçınmağı tövsiyə edirik.
Əgər siz Almaniya Şengen vizasına müraciət edirsinizsə, səyahətiniz boyu gün sayı, yəni müddət olaraq ən çox Almaniyada qalacağınızı göstərməlisiniz. Bəzən Almaniyaya səyahət planlayan müraciətçilər öz səfər planlarına Fransa, Çexiya, İtaliya, Polşa, Avstriya və digər Avropa ölkələrini də əlavə edirlər. Bu kimi hallar sizin viza müraciətinizdə heç bir problem yaratmayacaq nüanslardır. Sadəcə ümumi səyahətiniz müddətində ən çox qalacağınız ölkəni Almaniya göstərməyiniz viza üçün məhz Almaniya səfirliyinə müraciət edə bilməyiniz üçün yetərli olacaqdır. Go Travel Turizm şirkəti olaraq Almaniyaya viza dəstəyi göstəririk.
Almaniya Şengen Vizası Müraciəti üçün Sənədlər Toplusu
Almaniya Şengen vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:
Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
Şəxsiyyət vəsiqənizin surəti
İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
Elektron hökümət portalından iş yeri ilə bağlı arayış*
Adınıza olan bank hesabından arayış* və çıxarış (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
Mülki vəziyyətinizin sübutu* (Ailəlisinizsə, nikah haqqında şəhadətnamənizin, 18 yaşdan aşağı uşaqlarınız varsa, doğum haqqında şəhadətnamələrinin və ya nikahınız pozulubsa, nikahın pozulmasına dair sənədin surəti)
2 ədəd 3.5×4.5 ölçüdə, biometrik və ağ fonda şəkliniz
Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
Səfərinizi tam əhatə edəcək Şengen qaydalarına uyğun səyahət sığortası
İngilis dilində doldurulmuş ərizə forması
Görüş təyininin təsdiqi barədə sistemdən verilmiş sənədin çap versiyası
Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu QEYD(Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır)
Almaniya Viza Prosedurları
Almaniya Şengen vizası üçün müraciət Almaniya Səfirliyinin Visametric adlı viza müraciət mərkəzində olunur. Viza haqda qərar Bakıdakı Almaniya səfirliyinin konsulluq şöbəsində, konsul tərəfindən verilir.
Sənədləri təqdim etmək üçün yalnız 8:30-12:00 aralığında müraciət edilirsə əvvəlcədən görüş təyini tələb olunmur, müraciətçi canlı növbədə dayanmaqla sənədlərini viza müraciəti üçün təqdim edə bilir. Saat 12:00-dan sonrakı müraciətlər üçün isə əvvəlcədən onlayn sistemdən viza görüşü təyin edilməlidir.
Viza müraciəti səfər tarixindən ən tez 6 ay əvvəl edilə bilər. Barmaq izindən azad olan müraciətçilər istisna olmaqla bütün müraciətçilərin sənədləri təqdim edərkən şəxsi iştirakı mütləqdir. Barmaq izindən azad olan müraciətçilərin isə sənədləri təqdim etmək üçün başqa bir şəxsə etibarnamə verməlidir və bu etibarnamə formasını GO TRAVEL saytından əldə etmək mümkündür.
Barmaq izindən azad olan şəxslər aşağıdakı qruplara bölünür:
Son 5 ildə Şengen vizası alan və sistemdə barmaq izi olan şəxslər
12 yaşdan aşağı uşaqlar
Barmaq izi verilməsi fiziki cəhətdən mümkün olmayan şəxslər;
Diplomatik və ya xüsusi pasport sahibi olan və Belçikada diplomatik və ya konsulluq vəzifəsinə akreditə olunmuş şəxslər
Almaniya mərkəzi və ya nümayəndəliyi olan beynəlxalq bir təşkilatda səlahiyyət alacaq diplomatik və ya konsulluq personalı və onların ailə üzvləri (həyat yoldaşı və qayğıya ehtiyacı olan uşaqları)
Almaniya Şengen viza proseduru müraciət tarixindən etibarən, adətən, 5-15 iş günü (bayramla əlaqəli rəsmi qeyri-iş günləri istisna olmaqla) davam edir.
Sənədləri təqdim edərkən 35 avro viza rüsumu, 24.5 avro (47 AZN) viza mərkəzinin xidmət haqqı ödənilir. Bu ödənişi həm nəğd şəkildə yalnız manatla, həm də kartla ödəmək mümkündür. Viza rüsumunun manat ekvivalenti səfirlik tərəfindən günün məzənnəsinə görə tənzimlənir.
Almaniyaya Viza Dəstəyi
Biz GO TRAVEL şirkəti olaraq sizə Almaniya Şengen vizası müraciətiniz zamanı yardımçı ola bilərik.Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, səfərinizi əhatə edəcək səyahət sığortasının edilməsi, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Qeyd edək ki, səyahət sığortasının rüsumu bizim xidmət haqqıdan əlavə hesablanacaq. Sığortanın rüsumu adətən, 1 həftə üçün 16-18 AZN aralığında olur. Bu sığortanı siz özünüz də etdirə bilərsiniz. Həmçinin biz sizə sənədlərinizin ingilis dilinə tərcümə olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənədin ingilis dilinə tərcüməsi üçün əlavə rüsum 5 AZNtəşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Almaniya Şengen vizasına dəstək xidmət haqqısı bir nəfər üçün69 AZN təşkil edir.
Almaniya üçün həm önünüzdəki viza əngəlini, həm də “Berlin divarını” aşmağa dəyər! Xoş səyahətlər!
Açar sözlər: almaniya vizası, almaniya viza dəstəyi, almaniyaya viza almaq,
almaniya səfirliyi, almaniya vizası üçün ərizə forması