İngiltərə səfər etmək üçün Azərbaycan vətəndaşlarına ingiltərə almaq vacibdir. Go Travel İngiltərə viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz.
Birləşmiş Krallıq Vizası
(İngiltərə Vizası)
Avropanın ən çox üz tutulan ölkələrindən biri, dünyanın bəlkə də ən görkəmli və məşhur adası – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı. Özündə İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya ölkələrini birləşdirən Britaniya Krallığı hər il ümumilikdə 40 milyondan çox turisti qonaq edir. Bəziləri üçün xəyal kimi görünən Britaniya sizin də səyahət hədəfinizdədirsə, bu ada krallığının vizası haqqında bütün məlumatları məqalədə tapa bilərsiniz.
İngiltərə Vizası nədir
Birləşmiş Krallığa planladığınız səyahətinizi Birləşmiş Krallıq turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əslində isə Birləşmiş Krallıq vizasının növləri çoxdur və yuxarıda sadalanan hər bir səbəb üçün xüsusi bir viza növünə müraciət edirsiniz. Sadəcə bunların hər birini turist vizası başlığı altında toplamaq mümkündür. Əgər siz Birləşmiş Krallıqda müddəti 180 gündən çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Birləşmiş Krallığın milli vizasına da müraciət edə bilərsiniz.
Birləşmiş Krallıq Turizm Vizası
Tam adı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı olan bu ölkə Avropa qitəsində yerləşsə də, hal-hazırda nə Şengen müqaviləsinə, nə də Avropa Birliyinə daxildir. Baxmayaraq ki, Birləşmiş Krallıq Şengen müqaviləsinə heç vaxt daxil olmayıb, onun Avropa Birliyindən çıxışı hələ yeni, 31 yanvar 2020-ci ildə baş vermişdir. Bununla da 1 yanvar 2021-ci ilədək Birləşmiş Krallıq və Avropa Birliyi üçün əlavə tənzimləmələri müzakirə etmək üçün keçid dövrü elan edilmişdir. Birləşmiş Krallıq vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.
Qeyd edək ki, Birləşmiş Krallıq vizası müraciətçilərə çoxgirişli və 6 aylıq period üçün verilir. Yəni siz bu vizanı əldə etdikdən sonra Birləşmiş Krallıqda ardıcıl olaraq 6 ay qala bilərsiniz. Bundan əlavə siz həmçinin, ikiillik, beşillik, onillik vizalara da müraciət edə bilərsiniz.
Birləşmiş Krallıq Vizası Alma Ehtimalı
Bütün ölkələrin səfirliyinə viza müraciəti edərkən olduğu kimi Birləşmiş Krallıqda da sizin viza alma şansınız profilinizin hansı vəziyyətdə olmasından asılıdır. İş yerinizin və vəzifənizin normal və yaxşı olması, aylıq gəlirinizin standart maaş aralığından yüksək olması (təcrübədə 600-700 AZN aralığında aylıq gəliri olan şəxslərə viza alınması halı da dəfələrlə yaşanıb), bank hesabınızda bütün səyahətinizi əhatə etməyə yetəcək qədər məbləğ göstərməyiniz, sizi ölkəyə bağlayan nüansların (adınıza mülkün olması, ailənizin və uşaqlarınızın olması) mövcudluğu və yaxşı səyahət tarixçənizin olması sizin Birləşmiş Krallıq vizası alma şansınızı artıran faktorlardır. Daha öncə səyahət tarixçəsi olmamış, yəni Şengen və ya digər viza sahibi olmayan şəxslər üçün Birləşmiş Krallıq vizasına müraciət riskli hesab olunur. Profilinizdəki digər nüanslar (yuxarıda sadalananlar) çox yüksək və yaxşı vəziyyətdə olduğu halda, səyahət tarixçəniz olmasa belə Birləşmiş Krallıq vizasını alma şansınız ola bilər. Hər bir halda səyahət tarixçənizin yaxşı olması sizin Birləşmiş Krallıq vizasını əldə etməyinizə birbaşa təsir göstərən amildir.
Birləşmiş Krallığa Viza Dəstəyi
Biz Go Travel şirkəti olaraq sizə Birləşmiş Krallıq vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə səfirlikdə sizin adınıza görüş təyin olunması, ərizə formanızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Birləşmiş Krallıq səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 353 AZN təşkil edir.
Viza ödənişləri
Viza rüsumu – 118 USD
Viza dəstəyi(siğorta daxil) – 400 AZN
0-12 yaş aralığında olan uşaqlar və təqaüdçülər üçün viza rüsumu tələb olunmur – pulsuz
İngiltere Vizasi üçün tələb olunan sənədlər
- Xarici passport
- Viza üçün tələb olunan rüsumun ödənildiyi haqqında sənəd
- Gediş və dönüş biletlərinin bronu
- İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
- Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
- Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
- Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
- Şəkil 3.5 sm x 4.5 sm
- Hazır ərizə forması
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
Əməliyyat müddəti
Birləşmiş Krallıq vizasına etdiyiniz müraciətin cavabı sizə 15 iş günü müddətində verilir.
Xoş səyahətlər!
: +994 55 636 63 33 (WhatsApp+Zəng)
: İnstagram: @gotravel.az
: info@gotravel.az
: www.gotravel.az
Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – Bura tıklayaraq əlaqəyə keçin
Açar sözlər: birləşmiş krallıq vizasi, birləşmiş krallıq viza dəstəyi, birləşmiş krallığa viza almaq, ingiltərə səfirliyi, ingiltərə vizası, ingiltərə viza dəstəyi, ingiltərəyə viza almaq, ingiltere vizasi, ingiltere vizasi ucun senedler
Birləşmiş Krallıq bəziləri üçün xəyal kimi görünsə də, sizin üçün reallıq ola bilər! Xoş səyahətlər