KANADA VİZASI
KANADA VİZASI

Kanadaya səfər etmək üçün Azərbaycan vətəndaşlarına Kanada vizası almaq vacibdir. Go Travel Kanada viza dəstəyi göstərir. Səfərin müddətini təyin edib bizimlə əlaqə saxlaya bilərsiniz.

Kanada Vizası

Qeyd: Go Travel şirkəti İşçi Vizaları – nın alınması prosesini həyata keçirmir. Yalnız “Turist və Təhsil” vizalarının alınmasında müştərilərimizə viza dəstəyi göstəririk.

Kanada milyonlarla insanın xəyallarını bəzəyən ölkələr siyahısında yer alır. Səyahət üçün ideal ölkə hesab olunan Kanadaya hər il 50 milyona yaxın turistik səbəblərlə üz tutur. Coğrafiyası, təbiəti və iqlimi, Toronto, Ottava, Monreal, Vankuver kimi böyük turistik şəhərləri, Niaqara şəlaləsi, sadalamaqla bitməyəcək sayda turizm obyektlərinə sahib bu soyuq ölkə hər bir şəxs üçün “isti səyahət hədəfinə” çevrilib. Kanada vizasını əldə etmək bir çoxları üçün çətin, hətta mümkünsüz görünə bilər. Ancaq düzgün prosedur apararaq, həmçinin düzgün seçimlər edib şansınızı artıracaq faktorları öyrənərək mümkünsüz görünəni mümkün edə bilərsiniz! Biz bu məqalədə sizə bütün proseduru və viza alma şansınızı artıracaq nüansları təqdim edirik!

Kanada Viza Növləri

Turizm məqsədilə Kanadaya səyahət etmək istəyirsinizsə, Kanda turizm vizasına müraciət edirsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Kanadada müddəti 6 aydan çox olan uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Kanada milli vizasına (yaşayış icazəsinə) da müraciət edə bilərsiniz.

Kanada Turizm Vizası

Kanada turizm vizası “Visitor Visa” başlığı ilə təqdim olunub.

Kanada turist vizası müraciətçilərə çoxgirişli və pasportunzun etibarlılıq müddətinin sonunadək verilir. Məsələn, yeni əldə etdiyiniz pasportunuzun 10 il etibarlılıq müddəti olursa, Kanada vizası da sizə onillik verilmiş sayılır. Siz bu vizanı əldə etdikdən sonra Kanadada ardıcıl olaraq ən çoxu 6 ay qala bilərsiniz. Viza çoxgirişli verildiyinə görə, maksimum 6 ay sonunda siz Kanadanı tərk edə və yenidən geri dönüb növbəti 6 ay müddətinə qala bilərsiniz.

Viza ödənişləri

Viza rüsumu – 100 CAD
Administrativ xərclər – 140 AZN
Viza dəstəyi – 250 AZN

Viza üçün tələb olunan sənədlər

  • Xarici passport
  • Viza üçün tələb olunan rüsumun ödənildiyi haqqında sənəd
  • Gediş və dönüş biletlərinin bronu
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı
  • Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu
  • Şəkil 3.5 sm x 4.5 sm
  • Hazır ərizə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti

    Şəklin çəkilmə qaydası

    • Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır.
    • 3.5 sm x 4.5 sm ölçüdə olmalıdır.
    • Parlaq olmayan bir fonda çəkilməlidir.
    • Şəklin fonun tünd olmamasına diqqət edilməlidir.
    • Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80% – i üz nahiyəsindən ibarət olmalıdır.

    Kanadaya Viza Dəstəyi

    Biz Go Travel şirkəti olaraq sizə Kanada vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Əgər siz bizim viza dəstəyi xidmətimizdən istifadə etsəniz, bizim xidmətə viza mərkəzində sizin adınıza görüş təyin olunması, ərizə formalarınızın doldurulması, sənədlərinizin peşəkar qaydada hazırlanması və sistemə yüklənilməsi, səyahətinizi əhatə edəcək uçuş biletlərinizin rezervasiyası, otellərin bronu və ya istəyinizə uyğun şəkildə alınması, viza üçün səyahət tur planınızın qurulması, konsultasiya, viza prosedurunuzun izlənilməsi daxil olacaq. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Kanada səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 185 AZN təşkil edir.

    Əməliyyat müddəti

    Kanada vizasına etdiyiniz müraciətin cavabı sizə 15 – 30 iş günü müddətində verilir.

    Qeyd: Vizaların verilməsi birbaşa Konsulluq ilə əlaqəlidir, buna görə də Go Travel şirkəti olaraq vizaların verilməsinə tam zəmanət vermirik. Bütün qərarlar Konsulluğa məxsusdur. 

    Xoş səyahətlər!

    ?: +994 55 636 63 33 (WhatsApp+Zəng)
    ?: İnstagram: @gotravel.az
    ?info@gotravel.az
    ➡www.gotravel.az

    Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – Bura tıklayaraq əlaqəyə keçin

    Açar sözlər: kanada vizası, kanada viza dəstəyi, kanadaya viza almaq, kanada səfirliyi, kanada vizası üçün ərizə forması

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin