Avtobus reysləri
Bakıdan Xarkov və Kiyevə avtobus reysləri açılır.
Bakı-Xarkov-Kiyev reysi
Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə təşkil olunur. Reys həftənin bazar ertəsi və cümə axşamı günləri, saat 11:00-da yola düşür və təxminən 39 saata Kiyevə çatır.
Gediş haqqı
Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə – red.) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün bilet yarı qiymətə nəzərdə tutulub. Yəni, biletin qiymətinin 50%-i ödənilir.
Bakı Beynəlxlq Avtovağzal Kompleksi
Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib. Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək.
