Ana Səhifə Avropa Litvanın paytaxtına səyahət – VİLNÜS

Litvanın paytaxtına səyahət – VİLNÜS

PAYLAŞ

Vilnüsün gəzib-görməli yerləri

Avropanın yeni bir hissəsini öyrənməyin zamanı gəldi. Bu dəfə biz Vilnüsün – zəngin memarlıq ənənələri və təkrarolunmaz milli koloriti olan şəhərin qonağıyıq.

Bu kiçik Pribaltika paytaxtı hər kvadrat metr əraziyə mədəniyyətin yüksək dolğunluğu ilə seçilir. Vilnüsə gələn hər kəs dəqiq bilir ki, onu çoxlu sayda mədəni və tarixi abidələrlə görüş gözləyir.

Vilnüsün əsasının qoyulması barədə əfsanə burada çox böyük ehtiram edilən knyaz Qediminasın (Qedimin) adı ilə bağlıdır. Əfsanəyə görə, bir dəfə knyaz Qediminas ovdan sonra Şventaraqis vadisində gecələyirdi. Yuxuda o, aya ulayan dəmir canavar görür, kahinlər isə bunu həmin yerdə qəsr tikmək zərurəti ilə təfsir edirlər.

Vilnüs

Böyük knyaz elə həmin səhər insanları göndərir və orada Vilnüs adını alan iki qəsrin əsasını qoyur, daha sonra isə bu, 7 təpə üzərində yerləşən şəhərə çevrilir. Üst qəsr bizim zamanımıza kimi gəlib çatmayıb. Turistlər yalnız onun dağıntılarını və müdafiə qüllələrindən birini görə bilərlər.

 Vilnüs

Vilnüsün qədim şəhəri – Avropada zamanımıza kimi gəlib çatan ən böyük qədim şəhərlərdəndir. Burada köhnə məhəllələrə, kostyollara və kilsələrə baxaraq, tələsmədən gəzmək lazımdır. Əlbəttə ki, mütləq Vilnyal sahillərində yerləşən və öz hakimiyyət rəmzləri olan müstəqil Ujupis respublikasına getmək lazımdır. Şəhərin ən atılmış məhəllələrindən biri indi artist, rəssam, musiqiçi və turistlərin axışdığı art-qalereyadır. Respublikanın bayrağında deşikli ağ əl görünür, 8 dildə olan Ujupis konstitutsiyası isə hər bir kəsin tənbəllik etmək və heç nə etməmək, pişik saxlamaq hüququnu və ya ümumiyyətlə heç bir hüquqa sahib olmamaq haqqını bəyan edir.

Vilnüs

Ujupisi Vilnüsün rəmzi olan trubalı mələk mühafizə edir. Bir qədər sonra “Rəngli – dalan” başlayır. Məhz bura Maks Frayın “Köhnə Vilnüsün nağılları” kitabının üz qabığını bəzəyib. Dalandakı binanı qraffiti ustaları bəzəyib, onun tağını isə trubalı mələyin ənənəvi fiquru bəzəyir.

 Qalereya

Biz çayın o tayındakı (Ujupis çayın o tayı kimi tərcümə olunur) küçədə yazda olduq. “Qalereya” Ujupis incəsənət qalereyasına baş çəkdik, köhnə aptekə getdik. Ujupisin uzaq küncündə Bernardin qəbiristanlığı gizlənir. Ərazisinin kiçik olması Vinlüsün görməli yerlərini bir neçə günə nəzərdən keçirməyə imkan verir.

Litvadan qayıdarkən, kəhrəbadan hazırlanan suvenirlər əldə etməyi unutmayın. Burada o çox populyardır. Min il öncə litvalıların əcdadları kəhrəbaya narahat Baltik dənizinin dibindən tanrıların bəxşi kimi baxmağı öyrəniblər. İndi kəhrəba estetik funksiya yerinə yetirir, qədimdə isə sehrli dəyər idi. Litvalılar onun necə cilalandığını və əsl kəhrəbanı sünidən fərqləndirməyi göstərərək, həvəslə kəhrəba barədə biliklərini paylaşırlar. Bunun sirri isə kifayət qədər sadədir. İntensiv sürtülmə zamanı əsl kəhrəba qatran üçün səciyyəvi olan iyi buraxır. “Şimal qızılı” sizə mütləq qayıtmaq istəyəcəyiniz Pribaltika guşəsinə qeyri-adi səyahət barədə xatırladacaq…

vilnüs

İrəli getmək zamanıdır – yolumuz Trakayadır. Suda yerləşən kiçik şəhər Vilnüsdən 27 km qərbdə yerləşir. Trakaya ətrafında 200-ə yaxın göl var. Şəhərin ən görməli yerlərindən biri Trakaya qəsridir. 1962-ci ildən burada ekspozisiyalarının şəhərin tarixini danışdığı Trakaya tarix muzeyi yerləşir.

Kəraim mədəniyyəti ilə tanışlıq da çox maraqlıdır. Kəraimlər – Trakayada yaşayan kiçik etnik qrupdur. Dili, folkloru, ənənələri və digər əlamətlərinə görə türk xalqı olan kəraimlər ənənəvi olaraq iudaizmə yaxın olan kəraim dininə sitayiş edirlər. Kəraimlər öz mədəniyyəti ilə fəxr edirlər. Onlar milli mətbəxin təamlarını məmnuniyyətlə nümayiş edirlər. Turistləri kibin-piroqlarına, çebureklərə və şirniyyatlara qonaq edirlər, eləcə də öz tarixləri haqqında danışırlar. Trakayada Kəraim dövlət etnoqrafiya muzeyi də var.

Vilnüs

Litvadan qayıdarkən, kəhrəbadan hazırlanan suvenirlər əldə etməyi unutmayın. Burada o çox populyardır. Min il öncə litvalıların əcdadları kəhrəbaya narahat Baltik dənizinin dibindən tanrıların bəxşi kimi baxmağı öyrəniblər. İndi kəhrəba estetik funksiya yerinə yetirir, qədimdə isə sehrli dəyər idi. Litvalılar onun necə cilalandığını və əsl kəhrəbanı sünidən fərqləndirməyi göstərərək, həvəslə kəhrəba barədə biliklərini paylaşırlar. Bunun sirri isə kifayət qədər sadədir. İntensiv sürtülmə zamanı əsl kəhrəba qatran üçün səciyyəvi olan iyi buraxır. “Şimal qızılı” sizə mütləq qayıtmaq istəyəcəyiniz Pribaltika guşəsinə qeyri-adi səyahət barədə xatırladacaq…