Meksika VİSA
Meksika Vizası

Meksikaya planladığınız səyahətinizi Meksika turizm vizası əldə edərək reallaşdıra bilərsiniz.GO TRAVEL MEKSİKAYA VİZA DƏSTƏYİ GÖSTƏRİR

Meksika Vizası

Şimali Amerikanın bu unikal ölkəsi, istər yerdə qalan bütün dünyadan onu fərqləndirən mədəniyyəti, mətbəxi, əyləncələri, istər coğrafiyasının üstünlükləri, Atlantik və Sakit Okean sahillərinin qızmar çimərlikləri, istərsə də təbiəti, dünyanın yeddi möcüzəsindən biri sayılan Çiçen İtsaya ev sahibliyi etməsi kimi saymaqla bitməyəcək nüanslarıyla hər zaman unikal ölkələrə unikal səyahətlər etməyi sevən səyahətçilərin hədəfində olub. Əgər siz də o səyahətçilərdən birisinizsə, hədəfinizi vurmağınız üçün sizə gərəkli olan Meksika vizası haqda sizə lazım olan bütün məlumatları ətraflı şəkildə bu məqalədə oxuyacaqsınız.

Meksika Viza Növləri

Meksikaya planladığınız səyahətinizi Meksika turizm vizası əldə edərək reallaşdıra bilərsiniz. Bu viza növünə müraciət səbəbləri turizm, ailə və ya dostlara ziyarət, işgüzar səfər, tibbi müayinə və ya müalicə, qısamüddətli təhsil, mübadilə proqramları və buna bənzər bir çox daimi olmayan nüanslar ola bilər. Əgər siz Meksikada uzunmüddətli təhsil (bakalavr, magistr, doktorantura və s. kimi) almaq və ya burada yerləşən bir qurumda daimi işləmək istəyirsinizsə, həmin təhsil və iş qurumlarından rəsmi dəvət və ya qəbul məktublarınız olduğu təqdirdə Meksika milli vizasına da müraciət edə bilərsiniz.GO TRAVEL
Meksikaya Viza dəstəyi göstərir

Meksika Turizm Vizası

Meksika vizasının təkgirişli və çoxgirişli növləri mövcuddur. Eyni zamanda siz yalnız ilk səfərinizi əhatə edəcək qısamüddətli vizaya və ya çoxgirişli və uzunmüddətli viza növlərinə də müraciət edə bilərsiniz. Bu, sizin səfərinizin məqsədindən və səfər intervalınızdan asılı olaraq dəyişir.

Qeyd edək ki, Meksika vizası əksər hallarda müraciətçilərə 6 aylıq period üçün və çoxgirişli statusla verilir.

Hansı ölkə vətəndaşı olmağından asılı olmayaraq, etibarlı və çoxgirişli Şengen, ABŞ, Kanada, Yaponiya və ya Birləşmiş Krallıq vizası olan hər bir şəxs Meksika vizasına sahib olmadan Meksikaya daxil ola bilər. Ancaq bu vizalar mütləq şəkildə aktiv və çoxgirişli olmalıdırlar. Bu şərtlər ödənilmədiyi təqdirdə Azərbaycan vətəndaşları Meksikaya daxil olmaq üçün Meksika vizası üçün müraciət etməlidirlər.

Meksika Vizası Müraciəti üçün Sənədlər Toplusu

Meksika vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:

  1. Xarici pasportunuzun orijinalı və birinci səhifəsinin surəti
  2. Əgər varsa, əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surətləri
  3. Şəxsiyyət vəsiqənizin surəti
  4. İş yerindən arayış* və əgər varsa, maaş kartından çıxarış (təhsil alan şəxslər üçün təhsil müəssisəsindən arayış*)
  5. Adınıza olan bank hesabından arayış* (Məbləğ barədə aşağıda detallı məlumat qeyd olunub)
  6. Adınıza olan bank hesabından ən azı son 3 ayın çıxarışı
  7. Əgər varsa, adınıza olan mülklərin çıxarışlarının* və maşınınızın texpasport kopyası
  8. Mülki vəziyyətinizin sübutu*(Nikah haqqında şəhadətnamə ve ya boşanmaq haqqında sənəd)
  9. 2 ədəd 3.5×4.5 ölçüdə, ağ fonda şəkliniz
  10. Səyahətiniz üçün etdiyiniz aviabilet bronları
  11. Səyahətiniz üçün etdiyiniz otel rezervasiyaları
  12. İngilis dilində doldurulmuş ərizə forması
  13. Əgər turistik yox, işgüzar səfərlə bağlı vizaya müraciət olunursa, bu halda həmin iş, tədbir və ya görüşlə bağlı rəsmi dəvət məktubu

Üzərində “*” işarəsi ilə qeyd etdiyimiz sənədlər səfirliyə ingilis dilində təqdim olunmalıdır. Əgər siz sənədin orijinalını ingilis dilində yox, azərbaycanca əldə etmisinizsə, bu halda mütləq şəkildə bu sənədlərin hər biri notarial qaydada ingilis dilinə tərcümə və təsdiq edilərək səfirliyə təqdim olunmalıdır.

 

Bank hesabınızdakı məbləğ sizin göstərdiyiniz səyahət tarixlərinizdən, yəni Meksikada qalacağınız müddətdən, bron elədiyiniz uçuş biletləri və otellərin qiymətindən və s. asılı olaraq dəyişir. Ümumilikdə məsləhətdir ki, bir həftəlik səyahət üçün bank hesabınızda minimum 4.500-5.000 AZN aralığında məbləğ göstərəsiniz. Bu məbləğ sizin səyahət planınızı tam əhatə etməlidir. Məbləği hesablayarkən bilet və otel bronlarınızın qiyməti ilə ölkə ərazisində qalacağınızı göstərdiyiniz hər gün üçün ortalama 60-70 dollar gündəlik xərci cəmləyə və aldığınız rəqəmdən biraz daha yüksəyini nəzərdə tuta bilərsiniz.

Qeyd edək ki, VÖEN, Vergilər Nazirliyindən dövriyyə haqqında arayış və ya sponsorluq kağızı, icazə kağızı kimi sənədləri təqdim etdiyiniz halda da bu sənədlərin hər birini notarial qaydada ingilis dilinə tərcümə və təsdiq etdirməlisiniz.

Viza Proseduru

Azərbaycan vətəndaşları üçün viza müraciətlərinin baxılmasında Meksikanın Bakıdakı Səfirliyinin konsulluq şöbəsi məsuliyyət daşıyır.

Sənədləri təqdim etmək üçün viza görüşünü həftəiçi 10:00-dan 19:00-dək (səhər saatlarında əlaqə saxlamaq məsləhətdir) Meksika səfirliyinin telefon nömrələri ilə əlaqə saxlamaqla təyin etmək mümkündür. Görüşlər, adətən, səhər saatlarına (təqribən, 10:00-11:00-a) təyin olunur.

Qeyd edək ki, ərizə forması səfirlikdə müraciətçi tərəfindən doldurulmalıdır. Həmçinin viza müraciəti zamanı konsulluqda qısa bir müsahibə baş tutur. Müsahibə əsnasında sizə səyahətiniz, səyahət tarixləri və məqsədiniz, iş yerinizlə bağlı və şəxsi suallar verilə bilər.

Viza rüsumu 36 USD-dir. Müraciətçi konsulluğa sənədlərini təqdim etdikdən sonra ona viza rüsumunun ödənişi üçün müvafiq çek verilir. Bu çek əsasənda müraciətçi ödənişi Azərbaycan Beynəlxalq Bankının Əsas binasında (Nizami küç. 67) həyata keçirməli və ödənişin həyata keçirildiyinə dair qəbzi konsulluğa həmin gün təqdim etməlidir.

Viza nəticəsi isə profildən və təqdim olunan sənədlərdən asılı olaraq dəyişir. Əgər bütün sənədlər qaydasındadırsa, o zaman viza nəticəsi həmin gün ərzində bəlli olur. Əgər, əksik sənədlər varsa, o zaman həmin sənədləri təqdim etmək üçün zaman verilir. Müraciətçi həmin sənədləri təqdim edə bilməsə, viza müraciəti mənfi nəticələnir.

Turist vizası proseduru isə ümumilikdə, adətən, 2-5 iş günü çəkir.

Meksika Vizası Alma Ehtimalı

Həmçinin, daha öncə də bildirdiyimiz kimi adınıza olan mülklərin, maaş kartınızdan və bank hesabınızdan çıxarışlarınızın təqdim olunması, həmçinin müsahibədə verilən düzgün cavablar sizin Meksika viza alma şansınızı əhəmiyyətli dərəcədə artırır.  öncə vizalarınızın olması Meksika vizası alma ehtimalınızı yüksəldən faktorlardan biridir

Meksikaya Viza Dəstəyi

Biz GO Travel şirkəti olaraq sizə Meksika vizası müraciətiniz zamanı yardımçı ola bilərik. Həmçinin biz sizə sənədlərinizin notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunması ilə də bağlı yardımçı ola bilərik. Hər bir sənəd üçün əlavə rüsum 16 AZN təşkil edəcək. Ümumi olaraq isə bizim şirkətimizdə Meksika səyahət vizasına dəstək xidmət haqqısı bir nəfər üçün 65 AZN təşkil edir.

Bu dəli ölkə əsl dəli səyahətçilər üçündür!

Xoş səyahətlər!

?: +994 55 636 63 33 (WhatsApp+Zəng)
?: İnstagram: @gotravel.az
?info@gotravel.az
➡www.gotravel.az

Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – Bura tıklayaraq əlaqəyə keçin

Meksika Vizasi, Meksika viza rüsumu, Meksika daxil olan ölkələr, Meksika ittifaqı, Meksika viza müddəti

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin