Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin Azərbaycanın turizm bazarına da çıxış əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi riskini nəzərə alaraq turizm şirkətlərini diqqətli olmağa çağırıb.
Bakıda yeni turizm məhsullarının təqdimatı keçirilib
Fevralın 7-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkənin turizm sektorunu təmsil edən 100-dən çox şirkət nümayəndələri ilə baş tutan “Destinasiyanın inkişafı platforması” adlı tədbirdə yeni turizm məhsullarının nümayişi və təqdimatı keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “İter Vitis” şərab marşrutu barədə məlumat verilib. “Azerbaijanwine.az” saytı nümayiş olunub. Şərab istehsalı ilə məşğul olan yerli şirkət nümayəndələri fəaliyyət göstərdikləri sahə üzrə təqdimat keçiriblər.
Sanatoriya, kurort və tibb müəssisələrini təmsil edən nümayəndələr tərəfindən auditoriyaya Azərbaycanda sağlamlıq turizmi üzrə mövcud imkanlar haqda ümumi məlumatlar təqdim olunub.
Silsilə təqdimatlarda, həmçinin Azərbaycanın qolf turizmi üzrə imkanları və turizm sərgilərində faydalı iştirakın təşkili qaydaları barədə məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu tərəfindən turizm sektorunun təmsilçilərinə il ərzində mövzular üzrə rüblük təqdimatların keçirilməsi nəzərdə tutulub.
Misirin Sinay qubernatorluğu “Müqəddəs ailə” yolunun bərpasına başlayıb
Misirin Sinay qubernatorluğu Rəfah yaşayış məskənindən müasir Faramayadək uzanan “Müqəddəs ailə” yolunun bərpası layihəsinə başlayıb. Cənubi Sinay qubernatorunun bəyanatında qeyd olunur ki, yolun bərpasının tezliklə başa çatdırılması əl-Farma regionunda dini, arxeoloji və tarixi turizmin inkişafına təkan verəcək.
AZƏRTAC “Egypttoday” portalına istinadla xəbər verir ki, qubernatorluğun baş katibi Üsamə əl-Qandur qeyd edib ki, Həzrəti Məryəm, Yusif və İsa peyğəmbərin Roma imperiyasının və yəhudi kralı Herodun təqibindən gizləndikləri Məryəm Ana monastırına aparan bu yol 25 regiondan keçir. Misirin İnkişaf naziri Mahmud Şəravi ötən ilin noyabrında bəyan etmişdi ki, “Müqəddəs Ailə” yolunun təmiri 2020-ci ilin iyununda başa çatacaq. Onun sözlərinə görə, bu məqsədlə nazirliklər, vilayətlərin rəhbərlikləri arasında sıx qarşılıqlı fəaliyyət qurulub.
Çoxlu sayda turist cəlb edəcək bu tarixi yol layihəsinin həyata keçirilməsi məqsədilə Turizm və Qədim Abidələr nazirliklərinin iştirakı ilə keçirilən iclasda qeyd olunub. Bərpa işlərində Qahirə, Beheira, Şərqiyə, Kəfr Əl-Şeyx, Minya, Assuit, Qərbiyə və Şimalı Sinay vilayətlərinin dövlət qurumları iştirak edəcəklər. Əlavə olunub ki, bu yolun istifadəyə verilməsi yeni iş yerlərinin açılması, infrastrukturun yaradılması və turizmin inkişafı baxımından mühüm olacaq. Layihənin ilk mərhələsində Cəbəl Tair, Mühərrəq və Dərnəkə monastırları da bərpa olunacaq. Daha sonrakı mərhələdə Qahirə və Beheirada beş arxeoloji abidənin də bərpası nəzərdə tutulur.
Tokioda aktivlərin idarə olunması yarmarkasında Azərbaycanın investisiya imkanlarından danışılıb
Fevralın 8-də Tokionun Otemaçi rayonunda yerləşən “Fuji Sankei Hall” biznes mərkəzində yarmarka keçirilib. Təşkil edilən XI Dünya Aktivlərin İdarə Olunması Yarmarkasında Azərbaycanın investisiya imkanlarından danışılıb.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna investisiyalar üzrə tanınmış ekspert, “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə – Azərbaycan” bələdçi kitabının müəllifi Kazuyasu İşida məlumat verib.
Bildirib ki, tanınmış iş adamı Şinobu Naito tərəfindən təşkil olunan yarmarkada əsasən yapon sərmayəçilər üçün maraqlı ola biləcək xarici ölkələr barədə məlumat verilir. Yarmarkada təqribən minə yaxın iş adamı iştirak edir. Tədbir zamanı həmin ölkələrin iqtisadiyyatı, yerli qanunvericilik və bu ölkələrə investisiya qoyuluşu ilə bağlı seminarlar keçirilir. Builki yarmarkada dörd seminar təşkil olunub. Onlardan birincisi K.İşidanın təqdimatı ilə baş tutub. Həmin seminarda Azərbaycanın iqtisadi potensialı, həyata keçirilən nəhəng beynəlxalq layihələr, bu ölkəyə investisiya qoyuluşu ilə bağlı mövcud şərait, ölkə rəhbərliyi tərəfindən həyat keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycanın turizm obyektləri, mədəni-tarixi abidələri, əsrarəngiz təbiəti və əvəzedilməz mətbəxi barədə danışılıb.
Seminar çərçivəsində K.İşidaya məxsus “YouTube” kanalı barədə də məlumat verilib. Qeyd edilib ki, həmin kanalda Azərbaycan barədə yerləşdirilmiş videomateriallar göstərilib. Bu ölkəmiz haqqında daha çox informasiya əldə etmək istəyənlər üçün maraqlı ola bilər.
Seminardan sonra K.İşidanın müəllifi olduğu “Yaponların tanımadığı, sürətlə inkişaf edən ölkə – Azərbaycan” bələdçi nəşrinin və “Dəyişmək üçün əla yol – bunu bacarmıram” kitabının müəllif tərəfindən imzalanması mərasimi keçirilib.
“Xalis amerikalı Mamedlər”: ABŞ-da yeni qaydalar onların sayını azalda bilər
Donald Trampın ləğv etmək istədiyi qanuna görə, hazırda ölkənin ərazisində doğulan bütün uşaqlar, valideynləri amerikalı olmasalar belə, avtomatik şəkildə ABŞ vətəndaşı olurlar
ABŞ işgüzar məqsədli vizaları sərtləşdirir. Buna səbəb turist kimi ölkəyə gəlib uşaq dünyaya gətirərək vətəndaşlıq alanların qarşısını almaqdır.
Azərbaycan ABŞ-ın işgüzar turizm vizası ilə bağlı yeni məhdudiyyətinin Azərbaycana təsirini araşdırıb.
Qeyd edək ki, son illər Amerikada uşaq dünyaya gətirərək vətəndaşlıq alanların sayında artım var. Hətta iki il öncə ABŞ Prezidenti Donald Tramp ABŞ-da doğulan, ancaq valideynləri Amerika vətəndaşı olmayan uşaqlara vətəndaşlıq verilməyəcəyi barədə sərt çıxış etmişdi. Həmin ərəfədə prezident ölkə ərazisində doğulan miqrant uşaqlarına ABŞ vətəndaşlığı verilməsi ilə bağlı qanunu ləğv edəcəyini açıqlamışdı: “Biz dünyada yeganə ölkəyik ki, insanlar gəlir, burada uşaq dünyaya gətirirlər və bu körpə ABŞ vətəndaşı olur. Bu gülüncdür və buna son qoymaq lazımdır”.
Onun ləğv etmək istədiyi qanuna görə, hazırda ölkənin ərazisində doğulan bütün uşaqlar, valideynləri amerikalı olmasalar belə, avtomatik şəkildə ABŞ vətəndaşı olurlar.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ABŞ-a işgüzar turizm vizası ilə gedənlərin sayı son illər sürətlə çoxalır. A.Allahverənov Azərbaycandan da ABŞ-da uşaq dünyaya gətirib vətəndaşlıq alanların sayının artdığını söyləyir. Ekspert deyir ki, elə ABŞ-ın işgüzar turizm vizası qaydalarını sərtləşdirməsi də son illər müşahidə olunan axınla bağlıdır:
“Amerika hökuməti miqrantlardan yaxa qurtarmaq üçün qaydaları sərtləşdirmək niyyətindədir. ABŞ-da vətəndaşlıq alanların çoxu işgüzar turizm vizasından istifadə edənlərdir. Qaydalara görə, ABŞ-da kiçik biznes quran şəxs iki il müddətində bu ölkədə yaşamaq hüququ əldə edir. Ola bilər ki, bu iki il ərzində həmin ailədə uşaq dünyaya gəlsin. Bu zaman həmin uşaq avtomatik ABŞ vətəndaşlığı alır”.
Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ABŞ bir neçə ildir ki, işgüzar məqsədli viza qaydalarını sərtləşdirməyə hazırlaşır: “ABŞ Prezidenti Tramp bununla bağlı dəfələrlə sərt açıqlama verib. Ümumiyyətlə, ABŞ miqrantlara vətəndaşlıq vermək istəmir. ABŞ-ın bu qərarı ən çox işgüzar viza alan ölkələrə təsir edəcək. Azərbaycandan da ABŞ-a işgüzar viza ilə gedənlər olsa da, bu rəqəm o qədər də çox deyil. Ən çoxu 50-60 nəfər təşkil edə bilər. Amma imkanlı şəxslər arasında Amerikaya gedib doğuş edənlər az deyil. Onlar bunu övladlarının Amerika vətəndaşı olması üçün edirlər”.
Vətəndaşlarımıza Azərbaycana getməyin deməmişik
“Birbaşa uçuşların sayının artırılması nəticəsində ölkələri ziyarət edən turistlərin sayı artacaq. Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək”
Eldar Tanrıverdiyev
2016-cı ildə Azərbaycana on minə yaxın israilli turist gəlib. 2019-cu ildə isə İsraildən gələn turistlərin sayı 60 minə çatıb ki, bu da 4 il ərzində 6 dəfə artım deməkdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Səfir vurğulayıb ki, ölkələr arasında olan yeni razılaşmaya əsasən, yaxın vaxtlarda İsrail və Azərbaycan arasında hər gün ölkəyə gündəlik aviareyslər təşkil olunacaq: “Birbaşa uçuşların sayının artırılması nəticəsində ölkələri ziyarət edən turistlərin sayı artacaq. Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək”.
Corc Dik eyni zamanda Azərbaycandan İsrailə səfər edən turistlərin sayının da az olduğunu qeyd edib.
Azərbaycan vətəndaşlarının İsrailə viza alınmasının çətinliyi barədə sualı cavablandıran səfir vurğulayıb ki, İsrail tərəfi vizaların verilməsi prosesinin rəqəmsallaşdırılması üçün Azərbaycan tərəfi ilə iş aparır. Bu isə öz növbəsində viza alınması prosesini bir qədər asanlaşdıra bilər.
Corc Dik qeyd edib ki, İsrailin Xarici İşlər Nazirliyi heç vaxt israillilərə Azərbaycana səfər etməməyə dair tövsiyə verməyib, əksinə, daima belə səfərlərin artmasına çalışıb: “İsrail KİV-də hər ay Azərbaycana dair ən azı 2-3 məqalə paylaşılır, yayılır və bu məlumatlarda Azərbaycana səfər təşviq olunur. Xarici İşlər Nazirliyi bütün ölkələr barədə öz vətəndaşlarına tövsiyə xarakterli məlumatlar yayır və bu tövsiyələr ABŞ, Fransa və digər ölkələrə olduğu kimi Azərbaycana da şamil olunur. Azərbaycan cənubda hər imkanda İsraili yer üzündən silməklə təhdid edən İranla həmsərhəddir. Ona görə də İsrail Xarici İşlər Nazirliyi Azərbaycana səfər edən İsrail vətəndaşlarına müəyyən tövsiyələr verir”.
Turistlərə gəl-gəl deyən layihə – Azərbaycan Qafqazda yeni marşruta daxil edildi
Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır
Bakıda keçirilən assambleyada Qafqazın şərab marşrutu yaradılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Xəbərdə bildirilir ki, Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun birinci baş assambleyası keçirilib. Assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid tədbirdə qeyd edib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var və yaradılan marşrut regionda bu sahənin inkişafına böyük töhfə verəcək.
Tədbirdə Qafqaz ölkələrinin şərab marşrutunun 2020-ci il üzrə fəaliyyət planı təsdiq edilib və ölkələr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər. Diqqətə çatdırılıb ki, hər bir ölkənin şərab assosiasiyaları şərab təcrübəsi və şərabçılığın inkişaf etdirilməsi istiqamətində ölkələrarası silsilə təlimlər həyata keçirəcək. Tədbir çərçivəsində, eyni zamanda Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Qastronomiya, Mədəniyyət və Turizm İnstitutunun ekspertləri tərəfindən şərab və turizm mövzusunda treninqlər keçirilib.
Qeyd edək ki, Azərbaycanın şərab yolu 2019-cu ilin noyabr ayında Xorvatiyada keçirilən assambleyada “İter Vitis” şərab marşrutuna üzv ölkə seçilib. “İter Vitis” Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Birliyinin şərab yolu marşrutu olmaqla 19-dan çox ölkənin şərab marşrutunu özündə birləşdirir. Bu marşrut boyunca turistlər Fransa, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Gürcüstan kimi ölkələrin şərab zavodlarını və plantasiyalarını kəşf edirlər. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.
Onların “əjdaha”sından bizdə də olacaq – Bakıda yer seçirlər
Azərbaycanda eko-parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına da imkan yaradacaq
Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq eko-parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.
Assosiasiyadan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Assosiasiya müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib. O cümlədən, ekoloqlar, torpaqşünaslar, hidroloqlar, coğrafiyaçılar, botaniklər, zooloqlar, iqlimşünaslar, şəhərsalma və turizm mütəxəssisləri ilə birgə Bakı şəhərində eko-parkların yaradılması imkanlarını araşdırırlar. Bu fəaliyyətlər üçün yararlı əraziləri nəzərdən keçirirlər. AzETA-nın mütəxəssislərinin fikrincə, eko-parkların yaradılması nəticəsində açıq hava fəaliyyətlərinə qatılmaq arzusunda olan yerli və xarici turistlər, o cümlədən uşaqlar, yeniyetmələr və gənclər üçün heyvanlar və bitkilər aləmi ilə daha yaxından tanış olmaq, yaşlı nəslin nümayəndələri üçün istirahət imkanlarının yaradılması mümkün olacaq. Bunlarla yanaşı, eko-parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına da imkan yaradacaq”.
Açıq hava turizm fəaliyyətləri – piyada gəzintilər, velosiped gəzintiləri, pikniklər, dağa dırmanma, quşları və heyvanları izləmək, müxtəlif aqro təcrübələr, təbii və süni relyeflərdə müxtəlif rekreasiya və idman fəaliyyətləri turistlər və yerli əhali arasında populyarlıq qazanmaqdadır. İri şəhərlərin qeyri-qənaətbəxş ekoloji durumunu yaxşılaşdırmaq məqsədilə onların ərazilərində eko-parkların yaradılması bu işə xüsusi töhfə verir. Əhali arasında ekoloji mədəniyyətin artmasına və ekoturizm fəaliyyətlərinin genişlənməsinə yardımçı olur.
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində eko-parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıb. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilir. Bu ərazilərdə yaşıllıq sahələri, baxımsız parklar, geniş açıq sahələr qeydə alınır.
AzETA-da hesab edirlər ki, turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkəni ekoturizm məkanı kimi tanıdılmasına töhfə vermək olur. Bu məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdır. Bu isə davamlı inkişafa səbəb olur.
AzETA 2019-cu ildə təsis edilib. Assosiasiyanın əsas məqsədi ölkədə ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək və yardım etməkdən ibarətdir. O cümlədən Azərbaycanı yüksək ekoloji mədəniyyətə malik olan ölkələr sırasında hər zaman öndədir. Ən əsas cəhət fəaliyyətlərə dəstək vermək və yardımçı olmaqdır.
Bakıda qar həsrətliləri, burada iki fəsil yolunuzu gözləyir – FOTO
Qışı yaşamaq istəyən uzağa deyil, Xızıya gəlib, kiçik bir otaq kirayələyib, gecənin soyuğunu, gündüz günəşinin şüalarını hiss edə bilər
Son dəfə Xızıda 2015-ci ildə olmuşdum. Yay fəsli idi. Havanın istisi, dağlar və asfaltdan qalxan bürkü bu rayonu mənə sevdirməmişdi.
Yenidən qərar verdim, yolum Xızıya idi. Bakıdan nə az, nə çox – 104 kilometrlikdə yerləşən bu rayonu bir də qış fəslində görmək istəyirdim.

Rayona daxil olanda dağları qarsız görməyim məni gəlməyimə peşman etmişdi. Amma bir az irəlilədikcə hər tərəfin ağ örpəyə büründüyünə şahid oldum.
Hava soyuq deyildi, amma yerdə qar qalmışdı. Düzdür, yumşaq deyildi, ürək oxşamasa da, göz oxşayırdı. Bəzi yollarda qar qaldığı üçün avtomobil sürüşür, qalxmaq çətinləşirdi.
