Ev Blog Səhifə 75

Çin hökuməti epidemiyaya qarşı mübarizəyə 10 milyard dollar sərf edib

0
Çin

Çin hökuməti ölkədə koronavirus epidemiyası ilə mübarizəyə 28,48 milyard yuan (təxminən 4,08 milyard ABŞ dolları) əlavə vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Maliyyə nazirinin müavini Yu Veypin məlumat verib. Bununla hökumətin ölümcül virusla mübarizə və profilaktik tədbirlərə ayırdığı vəsaitin ümumi məbləği 66,74 milyard yuana (9,58 milayrd dollar) çatıb.

Çinin epidemiya ilə mübarizəyə kifayət qədər vəsait ayırmaq imkanı olduğunu deyən nazir müavini, hökumətin bəzi sektorların maliyyə yükünü azaltmaq və ölkənin koronavirus epidemiyası ilə mübarizəsini dəstəkləmək üçün bir sıra qərarlar qəbul etdiyini bildirib. Nəqliyyat, ictimai iaşə və turizm sektorlarında fəaliyyət göstərən şirkətlərin 2020-ci ildə qeydiyyatdan keçmiş zərərləri maksimal müddətə (8 il) təxirə salınıb. Məişət xidməti, nəqliyyat və kuryer sahələrində çalışanlar əlavə dəyər vergisindən azad ediləcəklər. Hökumət, həmçinin epidemiyaya qarşı mübarizədə iştirak edənlər üçün ianələr və subsidiyalar üzrə güzəştli vergi siyasətini müəyyənləşdirib. Aviasiya şirkətlərinin zərəri nəzərə alınaraq, onların mülki aviasiyanın inkişafı fonduna vəsait ödəmələri dayandırılıb. Bütün vergi tədbirləri yanvarın 1-dən qüvvəyə minib və onun başaçatma vaxtı epidemik şəraitə uyğun olaraq daha sonra elan ediləcək.

Yu Veypin ölkədə hökm sürən koronavirus epidemiyası ilə əlaqədar çətinliklərə baxmayaraq hökumətin cari maliyyə ili üçün nəzərdə tutulan bütün hədəflərə çatmaq imkanına malik olduğunu bildirib.

Qeyd edək ki, Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 31 min 224, bu virus səbəbindən ölənlərin sayı 637, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 26 min 359 nəfərə çatıb. Virusa yoluxanlardan 4 min 821 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 314 min nəfər müəyyən edilib, onlardan 186 mini hazırda həkim nəzarətindədir.

Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada ümumilikdə 266 adam virusa yoluxub. Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb.

LƏNKƏRAN ASTARA LERİK Turu

0
Lənkəran-Astara-Lerik

YURDUMUZA BAHAR GƏLİR ? ⚘☘?????
Əziz turistlərimiz Novruz Bayramını daha fərqli aurada və məkanda unudulmaz keçirmək istəyirsinizsə o zaman Novruz Bayramını xususi qarşılamağı ilə seçilən Cənub bölgəmizdə keçirməyi sizlərə tövsiyə edirik ?
“””””””””””””””””””””””””””””””””””””””””
Cənubun mirvariləri ?
LƏNKƏRAN ASTARA LERİK Turu
Tarix: 20-21 Mart
Müddət: 1 gecə 2 gün

Qiymət: 139 Azn

✅ Qiymətə daxildir:⤵
?Komfortlu nəqliyyat (49 yerlik)
?Relaxda gecələmək (Relax villalarda)?
?Turun ilk günü restoranda səhər yeməyi
?Turun ikinci günü (Relaxda səhər yeməyi)
?Novruz axşamı (Bayam süfrəsi yemək daxil) yeməkdən sonra papaq atdı ?
?Axşam canlı musiqi tanınmış muğənnilərin ifaları (Relaxda 7-8 saat ərzində davam edəcək)?
?Şou proqram (Relaxda) ???
?Bakıya qayıdışda axşam çay süfrəsi
?Fotosesiya (link 3 iş günü müddətində təqdim olunur)
?Tur rəhbər
“””””””””””””””””””””””””””””””””””””””
Ekskursiyalar:⤵
? Lənkəran qala qapıları
? Lənkəran samovarı
? Xanbulan gölü
? Lerik Relax gəzintisi
? Astara bulvarı
“”””””””””””””””””””””””””””””””””””””””
Qeyd:⤵
ℹ Qiymət iki nəfərlik otaqda bir nəfər üçün hesablanmışdır
ℹ 0-5 yaşlı uşaqlar tam ödənişsiz
ℹ Nəqliyyatda siqaret çəkmək və spritli içki qəbul etmək qədi qadağandır

ℹ Turun start verildiyi tarixdən finiş tarixinə qədər etik qaydalarına riayət etməyinizi xaiş edirik

Turun başlama və bitiş tarixləri və saatları:⤵
Toplaşma vaxtı 06:30
Toplaşma yeri Gənclik M/S
Yola düşmə 07:00
Bakıya geri dönüş 21 Mart axşam saatlarında
Bakıya çatmaq 23:00
Finiş Gənclik M/S
“””””””””””””‘”””””””””””””””””””””””””
Qeydiyyat və əlavə məlumat üçün:⤵
070-264-60-30

Azərbaycanın turizm imkanlarının tanıdılması üçün yeni tədbir keçiriləcək

0
turizm

Aprelin 29-da Bakıda “Travel Businness Azerbaijan 2020” adlı tədbir baş tutacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk dəfə keçiriləcək turizm tədbirinə Yaxın Şərq və Avropa ölkələri, Rusiya, Qazaxıstan, Ukrayna, Hindistan, Pakistan, Yaponiya və Koreya kimi ölkələr daxil olmaqla dünyanın 50 ölkəsindən 1000-dən çox iştirakçının qatılacağı gözlənilir.

Bakı Konqres Mərkəzində keçiriləcək tədbir ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.

Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaqdır. Qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.

Tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək. Şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaq.

Çindən Azərbaycana turizm turları ləğv edildi: Bazarı nə gözləyir? – ARAŞDIRMA

0
turizm

2019-cu ilin sonundan etibarən Çində koronavirus yayılmağa başlayıb.

Son məlumatlara görə, Çində yeni növ koronavirusdan 563 nəfər ölüb. 28 018 nəfər isə bu virusa yoluxub. Bundan başqa, 1153 nəfər virusdan sağalıb. Ötən gün isə virusa 24 300 nəfərin yoluxduğu və 490 nəfərin öldüyü bildirilmişdi.

Dünya bu virusdan təşvişə düşüb. Azərbaycanda da Çindən gətirilən məhsullara məhdudiyyət qoyulub. Bu gün yayılan xəbərə görə, Çindən ölkəmizə turizm turlarına qadağa qoyulub.

Məsələ barədə Oxu.Az-ın əməkdaşı araşdırma aparıb.

Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov saytımıza açıqlamasında bildirib ki, Çindən Azərbaycana gələn aviareyslərin dayandırılması turistlərin azalmasına səbəb olur:

“İnanmıram ki, aviareyslər dayandırılandan sonra hər hansı bir çinli turist təyyarə ilə digər bir ölkəyə uçub, oradan da ölkəmizə gəlmək üçün 14 saat vaxt sərf edəcək. Hazırda Çindən ölkəmizə birbaşa uçuş olmadığı üçün turistlərin gəlişində bu il ərzində azalma olacaq”.

N.Bağırov bildirib ki, ölkəmizə Çindən gələn turistlərin sayı çox olmadığından bu, turizmin inkişafına çox təsir etməyəcək:

“Oradan gələnlərin sayı çox deyil və bu, bizim turizm bazarı üçün böyük problem yaratmır. “Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Çinlə bağlı bütün layihələri, o cümlədən, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb, amma sənəddə bu il nə qədər turistin gəlməsi qeyd edilməyib. Bu problem müvəqqətidir, bir müddət sonra həllini tapacaq. Oradan bizə gələn turistlərin sayı heç bir faiz də deyil”.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Kənan Hənifəyevin sözlərinə görə, koronavirusun yayılması ilə Çinə gələn turistlərin sayında 90 faizə azalma müşahidə edilir:

“Bu da ölkə iqtisadiyyatı üçün əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Bu, həm turizm, həm logistika, həm də digər ticarət sənayelərinə təsir göstərir. Azərbaycana gələn çinli turistlərin turları təhlükəsizlik məqsədilə qeyri-müəyyən vaxta təxirə salınıb.

Turizm şirkətlərinin fevral, mart ayı üçün nəzərdə tutduqları böyük turist qruplarının rezervasiyalarının ləğvi və dondurulması ölkə turizmimizə də ziyan vurur. Azərbaycanlıların da Çinə gedişi dayandırılıb.

Əvvəldən səfərlərini planlayan turistlərimiz isə tur paketlərini geri qaytarır. Təbii ki, alınan aviabiletlər isə həm Azərbaycan Hava Yolları, həm də Çin Hava Yolları tərəfindən cəriməsiz şəkildə vətəndaşlara geri ödənilir. Bu kimi hallar hər iki tərəfdən turizm şirkətləri üçün çətinlik yaradır”.

Ekspert qeyd edib ki, Azərbaycan gəlmə turizmi üçün prioritet istiqamətlərdən biri də Çin turist bazarıdır:

“2020-ci ildə qarşıya qoyulan hədəflərdə ölkəyə gələn turist sayının artmasında Çin turistlərinin aktivliyini proqnozlaşdırmışdıq. Novruz bayramı, “Formula 1” yarışı və “Avro 2020”nin Bakıdakı keçirilən oyunları sayəsində qarşıya qoyulan hədəfə çatmağı ümid edirik.

Turist axının dinamikasının artmasına və sabit saxlaması üçün də “Azərbaycan Hava Yolları” QSC (AZAL tərəfindən də münbit şərait yaradılıb. Xarici aviaşirkətlər ölkəmizdə aviareyslərin təşkili ilə qarşılıqlı turist mübadiləsi edərək, Avropa Asiya və MDB ölkələri ilə turist trafikini sabitləşdirmək olar”.

“Proqnozlarımıza görə, koronavirusun tam olaraq neytrallaşması mart ayının ortasına kimi davam edə bilər. Ümid edirik ki, daha tez bir zamanda virusa qarşı mübarizədə qalib gələcəyik və dünya turistləri də təhlükəsiz şəkildə istənilən ölkəyə səyahətlərini davam edə biləcəklər”, – deyə K.Hənifəyev əlavə dib.

2019-cu ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3,17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 11,4% artım deməkdir. Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda, Asiya və Avropa ölkələri təşkil edir.

Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 14,7% artım hesab olunur.

Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25,3% artım), Almaniya (20 min nəfər və ya 19,4% artım), İtaliya (12 min nəfər və ya 10,8% artım) və Fransadan (9 min nəfər və ya 15,2% artım) təşkil edib.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46,7% artım göstərib.

Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62,4% artım müşahidə olunub.

Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19,9%, Ukrayna üzrə isə 2,4% artım müşahidə edilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat xidməti Orxan Bədəlov bildirib ki, qurumun ekspertlər şurası mütəmadi olaraq turizm bazarında monitorinq aparırlar:

“Çində baş verən koronavirusun əhatə dairəsi genişləndiyi üçün monitorinqi də sürətləndirilib. Azərbaycandan Çinə səfər edənlərin sayında 50 faiz, Çindən ölkəmizə gələnlərin sayında isə 20 faiz azalma var. Azərbaycandan Çinə gedənlərin 80 faizi yerli iş adamlarıdır, onlardan 15-20 faizi turist sayılır.

Turizm şirkətləri bunun səbəbini iki aspekt ilə izah edirlər. Orada bir ay müddətinə bayram olduğu üçün iş olmur və iş adamları da getmək istəmir. Digər tərəfdən isə virusdur və risk böyükdür. Bu baxımdan ilkin addımda mart ayına kimi Azərbaycana turist gəlişi dayandırılıb”.

O.Bədəlov qeyd edib ki, Dövlət Turizm Agentliyinin Çinlə bağlanan müqaviləsi qüvvədədir:

“Bu müvəqqəti haldır. Yenidən Çin bazarı ilə əməkdaşlıq davam etdiriləcək. Taktiki dəyişiklik oluna bilər. Məsələ həll olunandan sonra uçuşlar bərpa olunacaq. Çünki Çin bazarı bizim üçün önəmlidir”.

Çinli turistləri itiririk

0
Çinli turistlər

Sonvaxtlar bütün dünyada müzakirələrə səbəb olan mövzulardan birincisi Çindəyayılan koronavirusdur. Virus ölkənin bütün sferalarına ciddi təsir göstərib.Xüsusilə də ölkənin iqtisadi həyatını geriləməyə doğru aparır. Artıq bütünturizm obyektləri bağlanıb. O cümlədən Böyük Çin səddi, Pekindəki imperatorsarayı, Şanxaydakı əyləncə mərkəzlərinin fəaliyyəti qeyri-müəyyən vaxta qədərdayandırılıb. Çin hökuməti koronavirusun qarşısını almaq üçün yanvarın 24-dəndaxili, 27-dən isə xarici turizm səfərlərini məhdudlaşdırıb.
Məlumatüçün bildirək ki, yalnız 2019-cu il ərzində 170 milyon Çin vətəndaşı xaricəsəyahət edib. Çinli turistlər həm saylarına, həm də xərclədikləri məbləğə görədünyanın əsas turistləri sayılırlar. Hər ay Çindən Azərbaycana 2000 turistgəlir. Çində yayılan koronavirusa görə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinə Çinə apardıqlarıturistləri məlumatlandırmaq tapşırılıb. Məlum olduğu kimi ölkələrin əksəriyyətiÇinlə olan turizm əlaqələrini bir müddətlik dayandırıb. Belə ki, havareyslərinin bir çoxu ləğv edilib.

Görünənodur ki, virus sadəcə Çinin deyil, ümumiyyətlə, Çinlə əlaqəsi olan digərölkələrin də turizm sektoruna ciddi təsir edəcək. Maraqlıdır, bu hadisə bizimturizm bazarına necə təsir edəcək, itirilən turist sayını necə tənzimləməkolar?

Turizm üzrə ekspert Müzəffər Ağakərimov qeyd edir ki, virusungeniş şəkildə yayılması həm gəlmə, həm də getmə turizmə mənfi təsir göstərəcək:”Son günlər Çinə gedənlərin də, Çindən gələnlərin də sayında ciddi azalmamüşahidə edilir. Əlbəttə, ilk növbədə sağlamlığa önəm vermək lazımdır. Bununüçün profilaktik tədbirlər görülməlidir. Hazırda Çinə getmək əvəzinə, digərölkələrə səfər etmək daha məqsədəuyğundur. Eyni zamanda, çalışmaq lazımdır ki,xüsusilə xəstəliyin daha geniş yayıldığı ərazilərdən gələn turistlərəməhdudiyyətlər qoyulsun. Turizmin inkişafına mənfi təsir göstərən bir sırahallar var. Bunlara zəlzələ, təbii fəlakətlər daxildir. Elə bu xəstəliyinyayılması da fors-major hallardandır. Bu, sadəcə bir ölkəyə yox, ümumiyyətlədünya turizminə mənfi təsir edir. Turizm şirkətləri məsələyə xüsusi həssaslıqlayanaşmalıdırlar. Ola bilər ki, vətəndaşın xəbəri olmasın, amma Çinə getmək istəyənşəxsi turizm şirkəti məsələdən xəbərdar etməlidir”.

“Luna Travel” turizm agentliyinin direktoru RəhmanQuliyevin sözlərinə görə, Çindən gələnturistlərin sayında kəskin azalma var: “Artıq bir aya yaxındır ki, dünyamətbuatı Çindəki virusdan yazır. Qaçılmaz haldır ki, bu hadisə turizmə təsirgöstərəcək. Təəssüf ki, hazırda virus epidemiyasının nə zaman aradanqaldırılacağı ilə bağlı bir məlumat verilmir. Bu da istənilən halda insanlarıuzun müddətli olaraq Çinlə bağlı plan qurmamağa sövq edir. Çünki hər kəs ilkolaraq sağlamlığını düşünməlidir. Ola bilər ki, kimsə işi, biznesi, təhsiliüçün Çinə getməyi planlayırdı, amma indiki halda belə bir addım atmaq düzgündeyil. Bütün gedişlər və gəlişlər ləğv edilməlidir. Düzdür, Çinin ölkəmizdəkiturizm bazarını itiririk, amma sağlamlıq hər şeydən vacibdir. Mən məsləhətgörərdim ki, yeni bazarlara qucaq açmağa hələ tələsməyək. Çünki bu xəstəliyinhansı ölkələrdə konkret yayıldığı bəlli deyil. Yaxşı olar ki, virusun yayıldığıcoğrafiyanı araşdırıb tam müəyyən etdikdən sonra başqa ölkələrdən turist cəlbetməyə başlayaq. İnanın, elə ölkələr var ki, orada hansısa virusun yayılmasınıgizlədirlər. Çünki bilirlər ki, bu onların iqtisadiyyatına ciddi zərbə vurabilər. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır. Düşünürəm ki, alternativturizm bazarı axtarmaq əvəzinə, bir az səbrli olub virusun aradan qalxmağınıgözləyək”.

“New Era” turizm şirkətinin rəhbəri Elçin Rüstəmov bildirir ki, digər Asiya ölkələri ilə əlaqələri genişləndirmək olar:”Tək bizim ölkə ilə deyil, bir çox ölkə ilə birbaşa uçuşlar dayandırılıb.Türkiyədə uçuşlar fevral ayının 9-dək dayandırılmışdı, amma ayına sonuna qədəruzadıldı. Eynilə bizdə də reyslər dayandırılıb və nə zaman açılacağı da bəllideyil. Virusun təhlükəlilik dərəcəsi çoxdur. Ona görə iqtisadi olaraq nə qədərziyan olsa da, uçuşların dayandırılması doğru qərardır. Hətta mən təklif edərdimki, Çinlə olan istənilən nəqliyyat əlaqəsi tamamilə dayandırılsın. Açığı,məncə, ölkəmizdə çinli turizm bazarı elə də yüksək deyildi. Yəni düşünmürəm ki,baş vermiş hadisə bizim turizm bazarının inkişafına ciddi zərbə vursun. HazırdaAsiyanın digər ölkələri ilə əlaqələrimiz daha genişdir. Məsələn, Pakistan, Hindistandangələn turistlərin sayı daha çoxdur, nəinki Çindən gələnlərin. Adlarını qeydetdiyim turizm bazarlarını da alternativ kimi böyütmək olar”.

Azərbaycanda turistlər üçün bu turlar ləğv edildi

0
turizm

Azərbaycana gələn çinli turistlərin turları təhlükəsizlik məqsədilə qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Kənan Hənifəyev deyib.

O bildirib ki, çinli turistlərin turlarının təxirə salınması nəticəsində turizm şirkətlərinin fevral, mart ayı üçün nəzərdə tutduqları böyük turist qruplarının rezervasiyaları ləğv edilib və dondurulub. Bu isə Azərbaycanın turizminə zərər vurur: “Yerli turistlərimizin də Çinə səfərləri dayandırılıb, aviareyslər bir müddətlik təxirə salınıb. Səfərlərini əvvəlcədən planlaşdıran turistlərimiz isə turpaketlərini geri qaytarırlar. Onların aldıqları aviabiletlərin ödənişləri həm Azərbaycan Hava Yolları, həm də Çin Hava Yolları tərəfindən cəriməsiz şəkildə geri qaytarılır”.

K.Hənifəyev əlavə edib ki, koronavirusın yayılması Çinin turizm bazarına çox mənfi təsir göstərib: “Çinə gələn turistlərin sayında demək olar ki, 90 faiz azalma müşahidə edilir. Bu da birbaşa olaraq virusla əlaqədardır. Bu hal ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. Virusun yayılması həm turizm, həm logistika, həm də ticarətin digər sahələrinə mənfi təsir göstərir”.

Assosiasiya nümayəndəsi deyib ki, proqnozlara görə, koronavirusun tam olaraq neytrallaşması mart ayının ortasına kimi davam edə bilər: “Ümid edirik ki, virusla mübarizədə tez bir zamanda müsbət irəliləyiş olacaq və dünya turistləri təhlükəsiz şəkildə istənilən ölkəyə səyahət edə biləcəklər”.

Gəncədə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

0
Gəncə

Gəncə şəhərində “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli – Qadınlar üçün AIM – W” layihəsinin təlimlərinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

Agentliyin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Gəncədə təşkil edilən təlimin ilk gününün aktiv və səmərəli keçdiyini vurğulayıb. O bildirib ki, təlimdə 200-ə yaxın qadın iştirak edib: “Gəncə tarix boyunca Azərbaycanın fəal şəhərlərindən olub. Bu, heç dəyişməyib. Bu şəhərdə daim qadınlar da, kişilərlə birgə çalışıb, səy göstərib, daha yaxşı Azərbaycan uğrunda yaşayıblar. Bu gün də təlimlərdə iştirak edən qadınların hər biri əzmkarlığı, istəyi və səyi ilə yadda qaldı. Təlimlərimiz hələ bir neçə gün davam edəcək. İnanıram ki, təlimin sonunda Gəncədə yaşayan qadınların sahibkarlıq fəaliyyəti üçün layihələri hazır olacaq və yaxın aylarda onların reallaşmasını görəcəyik”.

Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan da Gəncə təliminin ilk günündən bol təəssüratla ayrıldığını və buradakı qadınların gələcəkdə çox yaxşı işlər görəcəyinə inandığını bildirib: “Bu təlimdə mən anladım ki, Azərbaycanın harasına getsək, belə çalışqan və həvəsli qadınlarla qarşılaşacağıq. Onlar sahibkar olmaqdan çəkinmir, qarşılaşacaqları istənilən çətinliyi aşmağa hazırdırlar. Proqramda nəzərdə tutulan kimi bu gün ideyaları dinlədik. İçlərində yararlı, hətta bizi təəccübləndirən fikirlər vardı. Hər biri üzərində yaxın günlərdə çalışacağıq”.

Layihə Gəncə ilə yanaşı, Quba, Mingəçevir, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonalarını da əhatə edir.

2017-ci ildən etibarən “ASAN Könüllüləri” və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın, uğurlu gələcək” layihəsini icra edib. Layihə çərçivəsində həmin bölgələrdə yaşayan 312 qadın və qızlar turizm sahibkarlığı mövzusunda təlimlərə qoşulublar.

Azərbaycan dünyanın əsas turizm istiqamətlərindən biridir

0
turizm

Dünyanın əsas turizm istiqamətləri sürətlə dəyişir. Bu barədə Ümumdünya Turizm Təşkilatının son hesabatında bildirilir.

AZƏRTAC xəbər verir ki, hesabata əsasən, ötən ilin ən çox turist qəbul edən ölkəsi Fransa olsa da, digər populyar istiqamətlərdə ciddi azalma müşahidə olunub. Əksinə isə yeni və daha cəlbedici istiqamətlər yaranıb və bunlardan biri də Azərbaycandır. Azərbaycan yeni populyarlaşan 20 ölkədən biridir. Ölkənin turist sayı 11,4 faiz artıb. Mütəxəssislərin proqnozlarına görə, Azərbaycanın hava nəqliyyatı sistemində bu ildən etibarən həyata keçiriləcək açıq səma siyasəti ölkəyə turizm axınını daha da artıracaq. Polşadan Azərbaycana gələn turistlərin sayında da artım müşahidə olunur.

Həmin siyahıda birinci yeri isə Myanmar tutur. Turistlər bu ölkələri bir neçə səbəbdən seçirlər. Bunlar əsasən təhlükəsizlik, ucuzluq, asan viza qaydaları və ucuz uçuşların olmasıdır.

Novruz tətilində İstanbul Turuna sizdə qatılın

0
İstanbul turu

❇ 19 Mart – 3 gecə 4 gün (hoteldə gecələmə ilə) (ümumi 7 gün) – 199 $ / 339 AZN.

Qiymətə daxildir ⤵
✅ Komfortlu nəqliyyat ( gediş və dönüş, Bakıdan Qazaxadək, yolüstü bütün rayonlardan turistlərin götürülməsi ).
? 5* Hoteldə 4-gün 3-gecə gecələmə
Delta hotels by Marriott İstanbul Halic
http://www.booking.com/Share-HiXNCR
✅ Gülərüz tur rəhbəri
✅ Foto çəkiliş qrup şəkilində
✅ Oteldə Səhər yeməyi 3 dəfə
✅ Yolboyu qazlı,qazsız,şirin sular
Ekskursiyalar ⤵
✅ Sultanahmet camisi
✅ Ayasofya
✅ Topkapı sarayı
✅ Yerebatan sarıncı
✅ Vapurla Boğaz turu
✅ Böyük ada
✅ Laleli
✅ Vapurla Boğaz turu (əlavə ödənişlə)
✅ Taksim meydanı
✅ Qalata külesi
✅ Florya İstanbul (Akvarium)
✅ Batumi şəhər gəzintisi (Havadan asılı olaraq) və.s
QEYD
❇ Qiymət 2 və ya 3 nəfərlik otaqlarda 1 nəfər üçün nəzərdə tutulub.
❇ Hoteldə yerləşmə 2 və 3 nəfərlik otaqlarda nəzərdə tutulub .
❇ Muzeylərə və digər gəzinti yerlərinə giriş pulları turun məbləğinə daxil deyil.
❇ Tur müddətində turistlərimizin alış-veriş etmələri və rahat gəzmələri üçün asudə zamanlarda nəzərdə tutulub.
❇ 0-5 yaş uşaqlar avtobusda yer tutmamaq şərti ilə pulsuzdur.

❇ Şəkillər turdan 1 gün sora link vasitəsilə telefonunuza göndərilir.

✅ Bakıda toplanış 19.03.2020. – – 18:00-da Gənclik Mall-ın qarşısında.Bakıdan çıxış 19:00-da.
✅ İstanbuldan Bakı şəhərinə çatma 25.03.2020. gecə 23:00-da.
❇ QEYD:Sərhədi keçən zaman müəyyən gecikmələr olduğunda Bakıya çatma zamanında fərqlilik ola bilər.
❇ QEYD: Biletin ödənişi günün məzənnəsinə uyğun olaraq alınacaq.
❇ Əlavə suallarınıza WhatsApp nömrələrimizdə cavab tapa bilərsiniz.

“Baku Guide” kataloqunun yeni sayı dərc olunub

0
Baku Guide

Azərbaycan 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar proqramına qoşulub və hazırda beş layihədə təmsil olunur.

Open.az xəbər verir ki, respublikamıza gələn əcnəbi vətəndaşlara, gəzməli-görməli yerlərimizi bir daha kəşf etmək istəyən yerli sakinlərə bələdçilik edən “Baku Guide” kataloqu yeni sayında ölkəmizin mədəni turizm zənginliyindən də söz açır. “Azərbaycandan keçən beynəlxalq mədəni marşrutlar” yazısı bu mövzuya həsr olunub.

İngilis və rus dillərində hazırlanan bələdçi kataloqu “Baku Guide” MMC tərəfindən nəşr olunur.

Kataloqun fevral buraxılışı müxtəlif tematik bölmələr üzrə maraqlı yazılar, fotolar, faydalı informasiyalarla zəngindir.

Nəşr ilk olaraq oxuculara ölkəmizin keçmişi və bu günü, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı bələdçilik edir. Müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin son illər mədəniyyətlərarası dialoqa töhfələrindən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.

“Baku Guide”ın yeni sayında ənənəvi olaraq paytaxtdakı mədəniyyət müəssisələrinin aylıq repertuarı, tədbirləri təqdim olunur. Teatr və konsert müəssisələri, kino zalları, qalereyalar və əyləncə məkanlarının bu ay üçün maraqlı proqramı var. Eyni zamanda, ayrı-ayrı tamaşalar, musiqi axşamları, sərgi və filmlər haqqında qısa təqdimat-tanıtma səciyyəli informasiyalar verilib.

Nəşr şəhərdə fəaliyyət göstərən muzeylərə də bələdçilik edir, Mili İncəsənət, Mili Xalça, Musiqi Mədəniyyəti, Dövlət Teatr və digər iri muzeylərlə bərabər, görkəmli şəxsiyyətlərin ev-muzeylərinin ekspozisiyasından da söz açılır.

Bələdçi kataloqunun hər sayında ölkəmizin bəşəriyyətin mədəniyyət xəzinəsinə töhfələri, dünya əhəmiyyətli mədəni irs nümunələri barədə yazılar dərc edilir. “Açıq səma altında muzey-şəhər” yazısı 2019-cu ildə tarixi mərkəzi və Xan sarayı UNESCO-nun Dünya irs siyahısına salınmış Şəki haqqındadır. Bəşəriyyətin xəzinəsində yer almış qeyri-maddi mədəni irs nümunələrimizlə bağlı yazılar silsiləsində isə bu dəfə Azərbaycan xalça sənətindən bəhs olunur.

Azərbaycanın mədəniyyəti ilə bərabər təbiəti də rəngarəngdir. İqlim müxtəlifliyi ilin bütün fəsillərində turizm üçün imkanlar deməkdir. Qış mövsümündə Azərbaycanda istirahət üçün ən populyar məkanlar ölkənin şimal və şimal-qərb regionları sayılır. Bu bölgələrdə müasir infrastruktur, hotellər inşa olunub. Qusar rayonu ərazisindəki “Şahdağ” kompleksi, Qəbələ rayonundakı “Tufandağ” kompleksi dağ-xizək həvəskarlarının sevimli məkanlarıdır. Şamaxı, Quba, İsmayıllı, Qax, Balakən, Zaqatala və digər rayonlarda da mövsümi istirahəti maraqlı və yaddaqalan etmək olar. “Odlar yurdunda qış istirahəti” başlıqlı yazıda bu barədə ətraflı məlumat verilir.

“Görməli yerlər və tarixi abidələr” bölməsi oxucuları minilliklərin daş yaddaşı olan Qobustan qoruğuna, Atəşgah məbədinə, Yanardağa səyahətə, Bakının memarlıq inciləri ilə tanışlığa, İçərişəhərin tarixi məkanlarını gəzməyə, şəhərin ultramüasir tikililərini, yeni simvollarını seyr etməyə dəvət edir. “Neft Bakısının Ağ şəhəri” yazısı isə şəhərin tarixinə, müxtəlif dövrlərin izi qalan şəhərsalma mədəniyyətinə ekskurs etməklə bərabər, bu gün dünyanın ən gözəgəlimli şəhər dizaynı layihələrindən olan “Bakı – Ağ şəhər”i diqqətə çatdırır.

Tarixi yaddaşımız da bələdçi kataloqunun daimi mövzularındandır. “Qarabağ – Azərbaycanın mədəniyyət beşiyi” başlıqlı yazıda əzəli yurd yerimizin mədəni irsi, işğal altındakı torpaqlarımızda mədəni sərvətlərin dağılıb-talan edilməsi barədə ingilis və rusdilli oxuculara məlumat verilir. Daha bir yazıda 28 il əvvəl – 1992-ci ilin 26 fevralında Xocalı şəhərində erməni qəsbkarlarının azərbaycanlı əhaliyə qarşı törətdiyi dəhşətli qırğın haqqında bəhs olunur, Xocalı soyqırımının bəşəriyyətin vicdanında qara ləkə olduğu vurğulanır.

Nəşrdə ənənəvi olaraq tanınmış rəssamlarımızın əsərlərinin reproduksiyasına yer verilir. Bu dəfə “Baku Guide”ın 1-ci səhifəsində Xalq rəssamı Kamil Xanlarovun “Ordubadda qış” əsəri əks olunub.