Ev Blog Səhifə 76

Turizmin inkişafı kiçik biznes və məşğulluğun genişlənməsinə müsbət təsir göstərir

0
Turizm

Ekspertlər hesab edir ki, bu sahədə sahibkarlarayaşıl işıq yandırılmalıdır Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cüillərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilininyekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransdaiştirak edib. Prezident giriş nitqində söyləyib ki, keçən il iqtisadi sahədə yaxşınəticələr əldə edilib: “Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlaryolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki buislahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmiziniqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərinhəllində isə çox önəmli rol oynayır. Adətən çox köklü iqtisadi və siyasiislahatlar böyük problemlər də gətirir. Yəni, bu islahatlar bəzi hallarda, dahadoğrusu, bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir.

Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüşsiyasətdir. Sadəcə olaraq, biz indi islahatların yeni mərhələsinə qədəmqoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm də siyasi sahədə aparılanislahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir. Eyni zamanda, çoxciddi struktur və kadr islahatları aparılıb”.


Daha sonra isə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, həyatakeçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2019-cu ildəölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım proseslərisürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.


Nazir nitqinin davamında iqtisadiyyatın əsas sütunlarından olanturizm sahəsinin kiçik biznes və məşğulluğun genişlənməsinə göstərdiyi təsirdəndə danışıb: “Kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradanamillərdən biri də turizm axınıdır. Turizm gəlirlərinin əhəmiyyətli dərəcədəartırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi üçün kiçikmehmanxanalar sisteminin yaradılması, regionlarda ekoturizm potensialınınmaksimum reallaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi və havanəqliyyatının daha da inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir”.


Əslində, M.Cabbarovun qeyd etdiyi nüanslar illərdir ki, müzakirəedilir və əsas prioritet işlərdən sayılır. Amma nədənsə qeyd edilənlərin həyatakeçirilməsi ləngiyir və ya müəyyən səbəblər buna əngəl törədir. Maraqlıdır,ekspertlər bu mövzuda nə düşünürlər?
Turizm üzrə ekspert Əhməd Qurbanovun sözlərinə görə, statistikaya baxdıqda, turizm əvvəlki illə müqayisədə kifayət qədər inkişafedib: “Bunu isə ölkəmizi ziyarət edən turistlərin sayının 3 milyonu keçməsi iləəlaqələndirmək olar. Bütün bunlar onu deməyə əsas verir ki, turizmdə daiminkişaf gedir. Amma bir məsələni də etiraf etmək lazımdır ki, turizmi inkişafetdirmək üçün yalnız 5, 4, 3, 2 ulduzlu otellər yox, həmçinin kiçik hostellərinsayını artırmaq lazımdır. Ona görə ki, hər seqmentdən olan turistlər ölkəmizinturizm potensialından, xidmətindən istifadə edə bilsin. Düşünürəm ki,maarifləndirmə işini bir az geniş şəkildə aparmaq lazımdır. Kiçik biznessahibləri ilə görüşümüz zamanı onlara investisiyalarını daha aşağı ulduzluotellərə yatırmağı məsləhət görürük. Çünki bu, turist axınını daha dasürətləndirəcək. Düşünürəm ki, bu işi genişləndirmək üçün daha çox təşviqediciişlər görmək lazımdır. Məsələn, vergidə müəyyən güzəştlərin tətbiq edilməsi,torpaq sahələrinin verilməsi və s. kimi tədbirlər görülə bilər. Otellərinsayında artım məşğulluğun da genişlənməsi deməkdir. Çünki istər-istəməz, həminotellərdə çalışacaq kadrlara ehtiyac olacaq. Ekoturizmə gəlincə isə, etirafetməliyik ki, elə də yüksək səviyyədə inkişaf etməyib. Amma potensialı böyükolan turizm sahəsidir. Keçən ildən başlayaraq Ekologiya və Təbii SərvətlərNazirliyinin göstərişi ilə ölkəmizdə milli parklar qapılarını turistlərəaçdılar. Bu sahədə ciddi quruculuq işləri gedir. Məncə, bu ilin yayından başlayaraqhəmin milli parklara, qoruqlara turist səfərləri genişlənəcək. Bütün bunlardeməyə əsas verir ki, cari ildə turistlərin ölkəyə gəlməsində inkişafgözlənilir. Xidmət keyfiyyətinin də yüksəldilməsi üçün kadr hazırlığına xüsusiönəm vermək lazımdır. Hava nəqliyyatı ilə bağlı da onu qeyd edim ki, AZAL keçənildən səmanı bütün ölkələrə açdı və bu da onu göstərir ki, bu il müxtəlifölkələrdən gələn turistlərin sayı daha da artacaq”.


AzərbaycanTurizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov işin kökündə maariflənmənindayandığını bildirir: “Bunun üçün ilk olaraq regionlarda ucuz otellər inşaolunmalı, həmin otelləri inşa edən sahibkarlara güzəştlər edilməlidir.Sahibkarların bu sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradılmalı vəyaşıl işıq yandırılmalıdır. Bundan başqa, sağlam rəqabət sistemiformalaşdırılmalıdır. Eyni zamanda bu sahədə çalışan kadrlara xüsusi treninqlərkeçmək lazımdır. Bu, xidmət sektorunun inkişafına müsbət təsir edər. Yerlimütəxəssislərin işə cəlb edilməsi ilə istənilən nəticəni əldə etmək olar”.

Kiyevdə turizm nümayəndəliyimiz açılır

0
Kiyev

Yaxın zamanlarda Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılacaq.

Bu barədə Azərbaycanın Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumt verilib.

“Bu il isə bir neçə ölkədə yeni turizm nümayəndəliyi açılacaq. Onların sırasında Ukrayna, Cənubi Koreya, Yaponiya və Qazaxıstandır. Başqa ölkələrdə baxılır. Amma artıq bu il olanlar müəyyən edilib ki, fəaliyyətə başlayacaq. Ukraynada bazarı Azərbaycan üçün mühüm bazarlardan biridir. Oradan gələn turistlərin sayı hər il artır. Azərbaycana gələn xarici vətəndaşlar arasında Ukrayna vətəndaşları ton 10-ğa daxildirlər. Biz düşünür ki, digər ölklərdə açdığımız nümayəndəliklər kimi də Ukraynada açdığımız nümayəndəliyimiz turistlərin sayını artmağa köməklik edəcək. Belə ki, digər ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərimizdən Azərbaycana gələn turistlərin sayı ötən il 9 faizdən çox artıb.”

Hazırda Azərbaycanın-Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı, Çin , Hindistan və Gürcüstanda rəsmi turizm nümayəndəliklərinin olduğunu deyən Kənan Quluzadə əlavə etdi ki, ötən il ümumilikdə xarici ölkələrdən Azərbaycana 3 milyon 170 min turist gəlib. Onların da əksəriytini Amerika, Fransa, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Böyük Britaniya, Küveyt, Qətər, İran, İraq,İsrail, Səudiyi Ərəbistan, Almaniya, Pakistan, Qazaxıstan və Türkmənistan vətəndaşları təşkil edir.

Hindistandan Azərbaycana turist axını artır

0
turizm

“Hazırda Azərbaycan tərəfi Hindistan aviaşirkətləri ilə birbaşa aviareyslərin bərpası ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir konkretlik yoxdur”.

“Report” “Times of India”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zengşmidt Mumbayda deyib.

O bildirib ki, AZAL ötən il Bakını Dehli ilə bağlayan birbaşa aviareyslərə başladıqdan sonra hindlilər arasında Azərbaycanın populyarlığı artıb və nəticədə Azərbaycana gələn turistlərin sayı xeyli artıb: “2018-ci ildə 39 min hindistanlı Azərbaycana səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 65 min nəfərə çatıb. Bu isə 67%-lik artım deməkdir. Birbaşa reyslər dayandırılsa da, Hindistandan Azərbaycana turist axını artmaqda davam edir. Büro bu il 30% həcmində artım gözləyir. Aviaşirkətlər yenidən birbaşa uçuşlar həyata keçirsələr, bu rəqəm iki dəfə artacaq”.

Büro rəhbəri əlavə edib ki, hazırda Hindistandan gələn turistlər Yaxın Şərq ölkələri vasitəsi ilə Bakıya gələ bilir. “Bu gün turistlərin əksəriyyəti Azərbaycana Dehli, Mumbay, Banqalora, Əhmədabad kimi Hindistanın böyük şəhərlərindən gəlirlər. Dekabr-yanvar aylarında Bakıda hindli turistlərinin çoxluğu müşahidə edilib”, – o söyləyib.

Büro direktoru hindistanlı turistlərin Azərbaycana, adətən, ailəvi tətillər, bal ayı səyahətləri və s. hallarda gəldiyini qeyd edib.

“Hindistan beynəlxalq səyahətçilərin çoxluğuna və ölkədə Qafqaz bölgəsinə artan marağa görə bizim üçün böyük potensiala malik vacib bazardır. İki ölkə arasında güclü mədəni və tarixi təmas nöqtələri, elektron vizaların alınması üzrə sadələşdirilmiş proses olduğundan daha çox hindistanlı turistin Azərbaycana gəlməsinə çalışırıq”, – F.Zengşmidt vurğulayıb.

Əbu-Dabidə unikal park açılıb

0
Əbu-Dabi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında “Jubail Mangrove Park” – maraqlı manqra gəzinti parkının çoxdan gözlənilən açılışı olub.

AZƏRTAC Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinə istinadla xəbər verir ki, “Al Jubail Island” adasında (Yas və Saadiyat adaları arasında) parkın ümumi sahəsi 1 milyon kvadratmetrdir. Manqra cəngəllikləri içərisində su üzərindən burada 3 marşrut salınıb: ən uzun marşrut 2 kilometr, ən qısası isə 1 kilometr təşkil edir. Park gəzinti üçün səhər saat 9.00-dan axşam 18.30-dək açıq olur. Hazırda parka giriş pulsuzdur. Gəzintinin müddəti təxminən 35-40 dəqiqə davam edir.

Park suda üzən quşlar üçün genişdir, təmiz suda balıq və yengəclərə tamaşa etmək mümkündür. Parkın işçiləri ziyarətçilərə onun “sakinləri” barədə məlumat verməyə daim hazırdırlar. Parkda yemək, balıq tutmaq və zibil atmaq qadağandır.

Parkın yolu 6 maarifləndirmə seksiyasına ayrılıb. Məsələn, torlu üzən platforma dəniz flora və faunasını düz ayaq altında müşahidə etməyə imkan verir. Baxış qülləsindən gözəl fotoşəkillər çəkmək və ya çimərlik platformasında suda gəzinti mümkündür. Manqra parkında kayakinqlə məşğul ola bilərsiniz. Tezliklə park uşaq və ekskursiya qruplarını da qəbul edəcək. Layihə BƏƏ paytaxtında ekoturizmin inkişafına istiqamətləndirilib.

Avropa Birliyinin yeni viza qaydaları qüvvəyə minib

0
Viza

Avropa İttifaqı ölkələrinə səfərləri asanlaşdıran və miqrasiya böhranını həll etməyə kömək edəcək Şengen vizalarının yeni verilmə qaydaları bu gündən qüvvəyə minib.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xidməti bəyanat yayıb.

Viza qaydalarının dəyişdirilməsi barədə qərar AB-nin Şurası tərəfindən ötən ilin iyununda qəbul edilib. Yeni qaydalar leqal səyahət edənləri daha asan və daha sürətli viza prosedurları ilə təmin edəcək. Altı ay əvvəl və ya səfərə 15 gün qalmışdan gec olmayaraq ərizə verməyə, ərizə formasını elektron formada doldurmağa və imzalamağa can atacaq. Müsbət viza tarixi olan müntəzəm səyahət edənlər üçün bir ildən beş ilə qədər dəyişəcək. Artan çox dəfəli vizananın verilməsinə imkan verəcək.

Qeyd edilir ki, viza müraciəti zamanı konsuluğa ödənilən məbləq 60 avrodan 80 avroya qaldırılıb.

Qeyri-qanuni miqrasiyaya gəldikdə, yenilənmiş qaydalar viza prosedurlarında yeni mexanizm tətbiq etməklə üçüncü ölkələrlə (AB-yə daxil olmayan ölkələr) əməkdaşlığı yaxşılaşdırmağa kömək edəcək. Bu mexanizm çərçəvəsində Avropa Komissiyası mütəmadi olaraq üçüncü ölkələrin readmissiya sahəsində əməkdaşlığını qiymətləndirəcək. Ölkənin əməkdaşlıq etmədiyi hallarda, Avropa Komissiyası Şuraya vizaların verilməsi ilə bağlı xüsusi məhdudlaşdırıcı tədbirlərlə əlaqədər qərar qəbul etmək üçün müraciət edəcək.

Digər tərəfdən, readmissiya ilə bağlı əməkdaşlıq edən halda həmin ölkədə viza rüsumlarının və viza verilməsinin qərarı ilə bağlı müddətin azaldılmaları və ya səyahət vizasının müddətinin uzadılmasını təmin edən icra qərarı təklif ediləcək.

Yenilənmiş qaydalar, Şengen zonasının üzvü olan 22 AB ölkəsinə giriş üçün qısamüddətli vizaların alınmasına tətbiq edilir. Bu ölkələr – Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lyuksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Slovakia, Sloveniya, İspaniya və İsveçdir. Bundan əlavə, yeni qaydalara görə İslandiya, Lixtenşteyn, Norvec və İsveçrəyədə viza almaq olacaq. Adı çəkilən olkələrdən birinə verilmiş birdəfəlik qisa müddətli şengen vizası ilə 180 gün müddəti içində 90 gün bütün digər sadalanmış ölkələrə getmək olacaq.

Avropa Komissiyasının məlumatına görə, hazırda Şengen ölkələrini ziyarət etmək üçün 105 ölkənin vətəndaşlarına viza alınması gərəkir.

MÖHTƏŞƏM MEGA TURU

0

?MÖHTƏŞƏM MEGA TURU ? ?Novruz bayramının yaddaqalan olmağını istəyirsiniz ?
Azərbaycan da İLK DƏFƏ və YALNIZ BİZDƏ!? 4-Ü BİR ARADA

  1. İstanbul Gəzinti Turu
  2. Dizi Turu
  3. Şopping Turu
  4. Futbol Turu

✨Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini – məkanlarını gəzəcəksiniz.

?QİYMƏT: 349?

✅Turun başlanma tarixi :
?20.03.2020 – ⏰ 20:20
✅Turun bitmə tarixi :

?27.03.2020 – ⏰ 23:00

?Komfortlu Nəqliyyat
?Gülərüz tur rəhbəri
?Otel 5* (Retaj Royale İstanbul)
?Otel 5* (4 gecə – 5 gün)
?Qidalanma :Səhər yeməyi (6 dəfə) Axşam yeməyi (4 dəfə) ?Dizi setlərinə giriş
? Aktyorlar ilə fotoçəkiliş
?Dizi məkanlarına giriş
?İstanbul şəhər Turu
?Şopping Turu
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Bələdçi
?Səyahət sığortası
☕Yol boyu çay, kofe,və sərinləşdirici sular
?Ekskursiyalar

?Fotosessiya

1⃣-ci gün – Yola düşmə İstanbula doğru
?20 mart 18:00 da toplanış
?20:20 da yola düşmə
?Batumi (Çay fasiləsi)
?Rize (Çay fasiləsi)
?Trabzon (Çay fasiləsi + Səhər yeməyi)
?Ordu (Çay fasiləsi)
?Samsun (Çay fasiləsi)
?Bolu (Çay fasiləsi)

2⃣-ci gün – Gəzinti turu ?
?Giriş – otelə check inn
?Yerləşmə – Retaj Royale İstanbul 5*
✅ Sultanahmet camisi
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Kiz Kulesi
✅ Taksim meydanı
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

3⃣-ci gün – Dizi turu ?
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Çukur
?Aşk-i Memnu
?Yasak Elma
?Garipçe
?Zekeryaköy
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

4⃣-cü gün – Dizi turu ?
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Diriliş Ertuğrul
?Eşkiya Dünya’ya hükümdar olmaz
?Kurtuluş Osman
?Kuzguncuk
?Fatih korusu
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

5⃣-cü gün – Shopping turu??
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Vadi İstanbul mall
?Vialand mall
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

6⃣- ci gün – Futbol Turu ⚽
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Çıxış – Oteldən check out
?Bakıya yolda düşmə

ƏLAQƏ: 070-264-60-30 (wp)

Ötən il Türkiyə muzeylərini 35 milyondan çox turist ziyarət edib

0
Türkiyə

Ötən il Türkiyənin muzeylərini 35 milyon 48 min 417 yerli və xarici turist ziyarət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Məlumatda bu rəqəmin 2018-ci il ilə müqayisədə 7 milyon nəfər artdığı qeyd edilir.

Bildirilib ki, ölkədə ən çox ziyarətçi qəbul edən tarixi abidə isə İstanbulun Aya Sofiya Muzeyi olub. Buranı 2019-cu ildə 3 milyon 727 min 361 nəfər ziyarət edib.

Türkiyənin ən çox ziyarətçi qəbul edən tarixi abidələri arasında Konya şəhərində yerləşən Mevlana Muzeyi, Türkiyənin cənub-qərbində yerləşən, UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş Pamukkale və Fatih Sultan Mehmet tərəfindən inşa edilmiş, 400 il Osmanlı imperiyasının idarə, tədris və sənət mərkəzi kimi fəaliyyət göstərən Topqapı Sarayı da yer alır.

Kiyevdə Azərbaycanın turizm nümayəndəliyi açılacaq

0
turizm

Yaxın zamanlarda Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılacaq.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycanın Dövlət Turizm Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə məlumat verib. Onun sözlərinə görə, nümayəndəliyin açılmasında əsas məqsəd Ukrayna vətəndaşlarını Azərbaycanın turizm potensialından daha çox xəbərdar etmək, onların ölkəmizə səfər sayını artırmaqdır: “Bu il Bakıda keçiriləcək “Formula-1” yarışmasına, “Jara” Beynəlxalq Musiqi Festivalına, futbol üzrə Avropa Çempionatının final mərhələsinin 3 oyununa turist axınını təmin etmək məqsədilə işimizi davam etdirəcəyik”.

C. Talıbzadə əlavə edib ki, ötən il 59 min ukraynalı turist Azərbaycana səfər edib. Bu da 2018-ci illə müqayisədə 2,5 faiz çoxdur. Ötən il ümumilikdə xarici ölkələrdən Azərbaycana 3 milyondan artıq turist gəlib.

Turistlərin sayı bu ilin yanvar ayında ötən ilin müvafiq ayı ilə müqayisədə 18 faiz artıb

0
Bakı

Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilib. “Mənə məlumat verildi ki, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla davam edir. İndi ancaq yanvar ayında 18 faizdir. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək”.

Kaliforniyanın ən böyük telekanallarından olan “KUSI News” Azərbaycana dair veriliş yayımlayıb

0
KUSI News

ABŞ-ın Kaliforniya ştatının ən böyük xəbər telekanallarından biri olan “KUSI News” Azərbaycana dair veriliş yayımlayıb. Canlı yayımlanan verilişdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev iştirak edib.

Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, aparıcıların Azərbaycana dair suallarını cavablandıran Nəsimi Ağayev xalqımızın 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratması, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verilib. Bu gün respublikamızın müstəqil dövlət kimi inkişafı, enerji siyasəti, qitələrarası nəqliyyat qovşağına çevrilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yaxşılaşdırılması, ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşaması, multikulturalizmin dövlət siyasəti olması, turizm imkanları və digər mövzular barədə tamaşaçılara məlumat verib.

Baş konsul N.Ağayev, həmçinin San Dieqo ilə Bakı arasında 10 ilə yaxındır qurulmuş əlaqələrdən söhbət açıb. Azərbaycanın bu şəhərdə tanıdılması məqsədilə baş konsulluğun keçirdiyi tədbirlər artıb. Xüsusilə Qara Qarayevin “Yeddi Gözəl” baletinin bir neçə il əvvəl buradanüfuzlu “Civic Theater”də səhnəyə qoyulub. Üç mindən çox amerikalı tərəfindən sevilərək izlənilib. Eləcə də digər çoxsaylı tədbirlərin təşkili barədə danışıb.

Müsahibə ərzində Bakının və Azərbaycanın müxtəlif guşələrinin əsrarəngiz gözəlliyini əks edirən videoçarx da nümayiş olunub.

Qeyd edək ki, Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqoda fəaliyyət göstərən “KUSI News” kanalı San-Dieqo şəhərinin və vilayətinin üç milyondan çox əhalisi tərəfindən izlənilir.