Ev Blog Səhifə 78

Qəbələdə Bum çayı üzərində yeni körpü tikilir

0
Qəbələ

İyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini Qəbələnin mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası istiqamətində işlərə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yeni körpü 12 aşırımlı olmaqla uzunluğu 310 metr, eni isə 9 metr olacaq. Layihə çərçivəsində vətəndaşların körpüdə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün hər bir istiqamət üzrə piyada səkilərinin salınması da nəzərdə tutulur. Hazırda körpünün 13 dayağından 10-da tikinti işləri aparılır. Bundan başqa, avtomobil körpüsünün sağ və sol istinad divarlarının təməlqazma işləri də görülür.

Sözügedən ərazidə körpünün olmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Belə ki, 11 yaşayış məntəqəsinin əhalisi çayın bir tərəfindən o biri tərəfinə keçməkdə çətinlik çəkir. Rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 30 kilometr əlavə məsafə qət etməli olurdular.

Yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması nəticəsində 20 min əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə rahat gediş-gəlişi təmin olunacaq. Onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində sözügedən ərazidə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq. Yeni turizm marşrutlarının yaranmasına zəmin yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir etmiş olacaq.

Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunub

0
turizm

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz EMİTT 2020- Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunub.

Yanvarın 30-dan fevralın 2-dək davam edəcək sərgi çərçivəsində Türkiyəni və digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı (Biznesdən-biznesə) görüşlər keçiriləcək. Əməkdaşlıq imkanları qiymətləndiriləcək.

Davamlı olaraq Türkiyədən Azərbaycana gələn turistlərin sayında artım müşahidə edildiyini bildirən Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib: “Türkiyə vətəndaşları ölkəmizə daha çox biznes məqsədilə səyahət edirlər. Hazırda biz bunu dəyişərək Azərbaycanı Türkiyədə turizm ölkəsi kimi tanıtmağa çalışırıq. Bildiyiniz kimi, ötən il Türkiyə vətəndaşlarının Azərbaycana vizasız səyahət etmələri barəsində, hər iki ölkə üçün çox vacib bir qərar qəbul edildi. Statistik rəqəmlər bu qərarın qardaş ölkə vətəndaşlarının ölkəmizə turistik səyahətlər etmələrinə təkan verdiyini göstərdi. Belə ki, ötən ilin oktyabr ayında artıq ölkəmizə gələn Türkiyə vətəndaşlarının sayında 24 faiz artım müşahidə edilib. Bu artımlar noyabr, dekabr aylarında da davam edib. Bizim fikrimizcə, bu, yeni imkanlar yaradır. Hazırda ölkəmizin Türkiyədə təbliğatını qarşıdan gələn “Novruz bayramı” istiqamətinə yönəltmişik. Bundan əlavə, AVRO-2020 futbol çempionatı da var ki, bildiyiniz kimi, Türkiyənin iki oyunu Bakıda keçiriləcək. Bu da Türkiyə vətəndaşlarının Azərbaycanı yenidən görmələrinə imkan yaradacaq”.

Qeyd edək ki, sayca 24-cü olan EMİTT sərgisi hər il keçirilir. Dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur.

2019-cu ildə sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub. Sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən türkiyəli vətəndaşların sayı 316 min nəfər təşkil edib. Bu da 2018-ci illə müqayisədə 8,6 faiz artım deməkdir.

Dubay ötən il rekord sayda turist cəlb edib

0
Dubay

Dubay ötən il rekord sayda – 16,73 milyon turist qəbul edib. AZƏRTAC “Dubai Media Office” təşkilatına istinadla xəbər verir ki, bu şəhərə səyahət edənlərin əksəriyyəti Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Çin və Rusiya vətəndaşlarıdır. Qeyd olunub ki, 2019-cu ildə turistlərin sayında 5,1 faiz artım olub, cari ildə isə bu rəqəmi 20 milyon nəfərə çatdırmaq planlaşdırılır.

Dubay Əmirliyinin Turizm Departamentinin rəhbəri Saed əl-Marri bildirib ki, bu şəhər 2020-ci ildə qlobal turizm sənayesində dominantlığı davam etdirmək niyyətindədir. O əlavə edib ki, ötən il Səudiyyə Ərəbistanından Dubaya 1,6 milyon turist gəlib. Əmirliyə gələn britaniyalıların sayı 1,2 milyon, çinlilər 989 min, rusiyalılar isə 728 min olub. Dubay rəsmisi vurğulayıb ki, şəhərə daha çox turist cəlb etmək məqsədilə çoxillik vizalar da tətbiq olunub.

Cari ilin oktyabrında Dubayda açılacaq “Expo 2020” sərgisi də bu şəhərə turist axınının artmasına səbəb olacaq. Hökumət bu tədbirə 25 milyon insanın gəlməsinə və ümumi gəlirin 17,4 milyard dollara çatmasına ümid edir.

Qeyd edək ki, Dubay Körfəz ölkələri arasında neft gəlirlərindən asılı olmayan yeganə yerdir və Əmirliyin həyata keçirdiyi layihələr hesabına büdcənin 94 faizi qeyri-neft sektorundan formalaşır.

Nepal turizm potensialının daha da inkişafı üçün “ASAN Viza” təcrübəsinin tətbiqində maraqlıdır

0
turizm

Yanvarın 26-dan 28-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Nepala səfər edib. Ölkəmizin Hindistan Respublikasındakı səfirliyinin dəstəyi ilə həyata keçirilən səfər dövlət xidmətlərinin göstərilməsi, elektronlaşma, xidmətlərin inteqrasiyası, elektron hökumət və innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilib. İkitərəfli əməkdaşlığın bu sahə üzrə daha da dərinləşdirilməsi məqsədilə reallaşdırılıb.

Səfər çərçivəsində Nepalın Xarici İşlər naziri, Əmək, Məşğulluq və Sosial Müdafiə naziri, immiqrasiya idarəsinin rəhbəri, eləcə də digər qurumların yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə ölkələr arasında olan işgüzar münasibətlərdən danışılıb. Eləcə də Nepalın müvafiq sahələrdə gördüyü səylərə daha da dəstək verilməsinə Azərbaycan tərəfinin hazır olduğu bildirilib.

Həmçinin dövlət idarəetməsi sahəsində son dövrdə Prezident İlham Əliyev tərəfindən reallaşdırılan islahatlar olub. ASAN təcrübəsinin həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilib. Elektron hökumət sahəsindəki uğurlu fəaliyyətin BMT tərəfindən mükafatlandırılması və digər beynəlxalq səviyyəli mükafatlar diqqətə çatdırılıb.

Nepal hökumətinin göstərdiyi fəaliyyətə “ASAN xidmət”in qabaqcıl təcrübəsi vasitəsilə xidmətlərin elektronlaşdırılması, inteqrasiya edilməsi, elektron hökumət alətlərinin tətbiqi sahəsində Azərbaycan tərəfindən dəstək verilməsi ilə əlaqədar əməkdaşlığın perspektivlərinin böyük potensialı vurğulanıb. Nepal tərəfi turizm potensialının daha da inkişafı üçün “ASAN Viza” təcrübəsinin tətbiqində də marağını ifadə edib.

Yüksək qonaqpərvərliklə keçirilən görüşlərdə Azərbaycan tərəfinin bu marağı yüksək qiymətləndirilib. Mövcud potensialdan istifadə edilib. Münasibətlərin daha da dərinləşdirilməsi arzusu ifadə olunub.

Eləcə də keçən il Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü çərçivəsində Nepalın Baş Nazirinin ölkəmizə səfəri və Xarici İşlər nazirinin bu vəzifədə ilk dəfə olaraq məhz Azərbaycana səfər etməsi böyük məmnuniyyət hissi ilə qeyd edilib. Bu əməkdaşlıqdan məmnunluq və gələcəkdə onun konkret nəticələrinə böyük ümid vurğulanıb.

Dövlət agentliyinin sədr müavini Nepal kütləvi informasiya vasitələrinə, o cümlədən ölkənin tanınmış və böyük oxucu kütləsinə sahib olan “New Business Age” mətbuat dərgisinə geniş müsahibə verib. Müsahibədə ikitərəfli münasibətlərin inkişafından, onun gələcək perspektivlərindən danışılıb. Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəsinin Nepalda tətbiqi vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə konkret layihələr əsasında həyata keçirilməsindən bəhs olunub.

MÖHTƏŞƏM MEGA TURU

0
MEGA TURU

?Novruz bayramının yaddaqalan olmağını istəyirsiniz ?
Azərbaycan da İLK DƏFƏ və YALNIZ BİZDƏ!? 4-Ü BİR ARADA

  1. İstanbul Gəzinti Turu
  2. Dizi Turu
  3. Şopping Turu
  4. Futbol Turu

✨Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini – məkanlarını gəzəcəksiniz.

?QİYMƏT: 349?

✅Turun başlanma tarixi :
?20.03.2020 – ⏰ 20:20
✅Turun bitmə tarixi :

?27.03.2020 – ⏰ 23:00

?Komfortlu Nəqliyyat
?Gülərüz tur rəhbəri
?Otel 5* (Retaj Royale İstanbul)
?Otel 5* (4 gecə – 5 gün)
?Qidalanma :Səhər yeməyi (6 dəfə) Axşam yeməyi (4 dəfə)
?Dizi setlərinə giriş
? Aktyorlar ilə fotoçəkiliş
?Dizi məkanlarına giriş
?İstanbul şəhər Turu
?Şopping Turu
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Bələdçi
?Səyahət sığortası
☕Yol boyu çay, kofe,və sərinləşdirici sular
?Ekskursiyalar

?Fotosessiya

1⃣-ci gün – Yola düşmə İstanbula doğru
?20 mart 18:00 da toplanış
?20:20 da yola düşmə
?Batumi (Çay fasiləsi)
?Rize (Çay fasiləsi)
?Trabzon (Çay fasiləsi + Səhər yeməyi)
?Ordu (Çay fasiləsi)
?Samsun (Çay fasiləsi)
?Bolu (Çay fasiləsi)

2⃣-ci gün – Gəzinti turu ?
?Giriş – otelə check inn
?Yerləşmə – Retaj Royale İstanbul 5*
✅ Sultanahmet camisi
✅ Yerebatan sarnıcı
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Kiz Kulesi
✅ Taksim meydanı
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

3⃣-ci gün – Dizi turu ?
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Çukur
?Aşk-i Memnu
?Yasak Elma
?Garipçe
?Zekeryaköy
?Rumeli feneri kalesi
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

4⃣-cü gün – Dizi turu ?
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Diriliş Ertuğrul
?Eşkiya Dünya’ya hükümdar olmaz
?Kurtuluş Osman
?Kuzguncuk
?Fatih korusu
?Anadolu feneri ve kalesi
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

5⃣-cü gün – Shopping turu??
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Vadi İstanbul mall
?Vialand mall ?Beyoğlu – Taksim – İstiklal caddesi – Galataya yürüyüş
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

6⃣- ci gün – Futbol Turu ⚽
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
✅ Marmara dənizində vapur gəzintisi
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Çıxış – Oteldən check out

Əlavə məlumat üçün
ƏLAQƏ: 070-264-60-30 (WHATSAPP VƏ ZƏNG )

Rus turistlər Çin səyahətini Türkiyəyə dəyişir

0
turizm

Çində koronavirus dəhşəti yaşanması bu ölkənin iqtisadiyyatına ciddi zərər vurur. Turizm sektoru da böyük ziyan görür.

Bizimyol.info xəbər verir ki, Çin turizmində əsas yerlərdən birini tutan ruslar səyahət planlarını dəyişməyə başlayıb. Xeyli təyyarə biletləri ləğv olunub. Ruslar başqa ölkələri seçmək qərarına gəlib.

Ən çox seçilənlərin arasında Türkiyə fərqlənir. Rus turistlər Çin səyahətinin həvəslə qonşu ölkəyə səfər planına dəyişir. Bundan başqa, İtaliyaya üz tutanların sayı da çoxdur.

Rus turistlər Asiyadan tam imtina etməyib. Çünki sonrakı yerlərdə Tailand, Vyetnam və Birləşmiş Ərəb Əmirlikləri gəlir. Bir də Kubaya diqqət var.

Rusiyada hökumət yanvarın 25-də turizm agentliklərinə koronavirusla bağlı xəbərdarlıq etmişdi. Onlara Çin səfərlərini təşkil etməmək tövsiyə olunmuşdu. İstənilən halda rus turiatlər də bu ölkəyə getməyə həvəsli deyil. Rusiyada koronavirusun bura sıçramaq ehtimalından çox narahatdırlar.

Koronavirus Türkiyə turizminə zərərsiz ötüşməyib. Unudulmamalıdır ki, keçən il təkcə Kapadokya bölgəsinə 275 min çinli gəlmişdi.

Turizm kompleksi layihələndirilir – Bakı bulvarına dəniz taksiləri, kanat yolu…

0
turizm

Pirallahı rayonunun böyük turizm potensialına malik olduğu məlumdur.

“Marja”nın əldə etdiyi məlumata görə, Pirallahı adasının cənub hissəsində “Nərəkənd” yaşayış, istirahət və turizm kompleksinin layihələndirilməsi işləri aparılır. 50 ha ərazidə hal-hazırda şaquli planlaşdırma işləri, 2 km uzunluğunda mərkəzi yolun, 6 km uzunluğunda isə daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yerinə yetirilir. 4 km uzunluğunda sahəsi isə 20 ha-a qədər sahil boyu çimərlik sahəsində ərazinin təmizlənməsi işləri aparılır.

Bundan əlavə, dənizkənarı boyu sahilbərkitmə işləri aparılır, dəniz akvatoriyasının metal konstruksiyalardan, yad cisimlərdən, tullantılardan təmizlənməsi və dərinləşdirilməsi işləri yerinə yetirilir.

Layihəyə uyğun olaraq, ərazidə mehmanxana, restoran, idman kompleksi, villa, kotec və qalereya tipli yaşayış evləri, çimərlik zonası, su idman növləri üçün infrastrukturun yaradılması, açıq və qapalı tipli su hovuzları, uşaq əyləncə mərkəzi, yaşıllıq zonası, mini parklar və s. nəzərdə tutulmuşdur. Həmçinin, adalara səyahətin və Bakı bulvarına dəniz taksiləri vasitəsilə gəzintilərin təşkili, kanat yolunun quraşdırılması planlaşdırılır.

Dövlət qurumu videoçarxların və fotoşəkillərin hazırlanması üçün – TENDER ELAN EDİR

0
fotoşəkillər

Dövlət Turizm Agentliyi videoçarxların və fotoşəkillərin hazırlanması üçün sorğu keçirir.

FED.az xəbər verir ki, Turizm Agentliyi Azərbaycanlıların qonaqpərvərliyi mövzusunda videoçarxların və fotoşəkillərin hazırlanması işlərinin satın alır.

1. Kotirovka sorğusunda yüksək keyfiyyətli video və fotoçəkiliş işlərini yerinə yetirən rezident və ya qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.

2. Kotirovka sorğusunun əsas şərtlər toplusunu əldə etmək üçün iddiaçılar Bakı, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbəyə müraciət edə bilərlər (əlaqə tele-fonları – 505 87 04 (əlavə 2304), faks – 492 05 92.)

3. Kotirovka təklifi tələb olunan formada hazırlanaraq üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 14 fevral 2020-ci il saat 18.00-a qədər Bakı, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbədə Dövlət Turizm Agentliyinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qay-tarılacaqdır.

Zərflərin açılışı ilə əlaqədar tender komissiyasının iclası 16 fevral 2020-ci il saat 12.00-da Bаkı şəhəri, Nizami küçəsi 96 E, Landmark I, 3-cü mərtəbədə Dövlət Turizm Agentliyinin ofisində keçiriləcəkdir.

Çindən gəlməyən Çin xörəkləri verən Çin restoranları – ARAŞDIRMA

0
Çin

Son günlər dünya Çinin Uxan şəhərində yayılmağa başlayan koronavirusla təşvişə düşüb. Azərbaycan ərazisində koronavirusa yoluxma halı qeydə alınmasa da, Çində istehsal olunan məhsullar ölkəmizə gətirilir.

Paytaxtda fəaliyyət göstərən bir sıra Çin restoranları var.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bir neçə gün əvvəl açıqlamasında bildirib ki, əhali bir müddət Çin restoranlarına getməməlidir:

“İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər. Koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil“.

Adı Çin, məhsulu “Çin” olmayan obyektlər

FED.az məlumat verir ki, məsələnin aktuallığını nəzərə alaraq, Oxu.az-ın əməkdaşı bir neçə Çin restoranı ilə əlaqə saxlayıb.

Shin Shin” restoranından bildirilib ki, hazırda müdiriyyət tətildə olduğuna görə obyekt bağlıdır:

Əsas odur ki, buraya məhsullar Çindən gətirilmir”.

Jasmine” restoranının meneceri Esmira Cəlilova isə bildirib ki, 11 ildir çalışdığı restorana Çindən heç bir məhsul gəlmir:

Məhsullar Lüksemburq şəhərindən gətirilir. Restoranın fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Müştərilər də obyektə gəlirlər”.

Paytaxtda fəaliyyət göstərən digər Çin restoranları ilə də əlaqə saxlayan zaman eyni cavab aldıq. Adı Çin restoranı olsa da, məhsulları bu ölkədən gətirilmir.

200 min çinli turist…

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi saytımıza açıqlamasında bildirib ki, qurum bu məsələ ilə bağlı paytaxtda fəaliyyət göstərən bəzi Çin restoranları ilə əlaqə yaradıb:

Restoranlardan bizə bildirilib ki, onlar Çindən məhsul almırlar. Məhsulları digər ölkələrdən idxal edirlər”.

S.Dübəndi deyib ki, bu il ərzində Çindən Azərbaycana 200 min turistin səfər edəcəyi gözlənilirdi:

“Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun Çinlə bağlı bütün layihələri, o cümlədən, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bağlanılan müqaviləyə görə, bu il onların gəlməsi planlaşdırılırdı. Hazırda isə aviareyslər təxirə salınıb”.

Çindən idxal dayandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çindən ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də, zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Əhali ərzaq, paltar alanda nə etməli?

virus

Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, insanlar Çin məhsullarını alarkən diqqətli olmalıdır:

“Çin restoranlarının məhsullarının əksəriyyəti Çindən gətirilir. Amma eyni zamanda, başqa ölkədən də məhsullar gətirilir. İnsanlar qida məhsullarını, çoxsaylı sənaye məhsullarını alan zaman diqqətli olmalıdırlar.

Zəncəfil, banan məhsulları Çindən gətirilir. Bu mallar vasitəsilə qrip əhaliyə keçə bilər. Virus temperatura davamsızdır. Ona görə məsləhət görürəm ki, meyvələr isti temperaturda yuyulsun, paltar alan zaman onu qaynadıb, ütü çəkilsin”.

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusla bağlı tövsiyələrini də açıqlayıb.

Öskürdükdən və asqırdıqdan sonra xəstələrə qulluq edərkən, yemək hazırlayarkən, yeməkdən əvvəl və sonra, tualet istifadəsindən sonra, əllər vizual olaraq çirkli göründükdə, heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra əllərinizi yuyun.

Əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun. Əlləriniz çirkli görünməsə də onları spirt tərkibli təmizləyici (dezinfectant) ilə silin. Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama lövhələrindən və bıçaqlardan istifadə edin, xəstə və ölü heyvanlar yeyilməməlidir, alovlanma baş verən bölgələrdə belə, ət məhsulları əsaslı/tam bişirildikdə və qida hazırlanması düzgün aparılarsa, o zaman onlar etibarlı sayılır və istehlak edilə bilər.

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun. Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin, işdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın, canlı vəhşi və ferma heyvanları ilə birbaşa təmasdan çəkinin.

İtaliyanın daha bir bölgəsində evlər 1 avroya satılacaq

0
İtaliya

İtaliyada turizmin inkişafı məqsədi ilə kiçik kənd və qəsəbələrdə həyata keçirilən “1 avroya ev” layihəsi davam edir.


Publika.az xəbər verir ki, ölkənin cənubundakı Puqlia bölgəsində yerləşən Taranto şəhəri sakinlərinin azalması səbəbindən tarixi şəhər mərkəzini canlandırmaq və inkişaf etdirmək üçün 1 avroya ev layihəsinə qoşulmağa qərar verib.

Bu layihə çərçivəsində ilk mərhələdə bələdiyyəyə aid 5 ev satılacaq. Nəticə uğurlu olarsa, bu say artacaq.


Taranto Şəhər Şurasının tarixi irsinə cavabdeh olan səlahiyyətlisi Franseska Viqano Tarantonun artıq insanların getdiyi bir yer deyil, döndüyü bir yer olmasını istədiklərini deyib. Bu layihənin turizmi canlandıracağına ümid etdiklərini bildirib. Qeyd edək ki, daha əvvəl İtaliyanın bir sıra bölgələrində də bu layihə icra edilib.