Ev Blog Səhifə 80

Pekinin bütün təhsil müəssisələrində yaz semestrinin başlanması təxirə salınıb

0
turizm

Çində koronavirusun yeni ölümcül növünün yayılması ilə mübarizə tədbirləri çərçivəsində paytaxt Pekinin bütün təhsil müəssisələrində yaz semestrinin başlanması təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Pekin meriyasının təhsil komissiyası məlumat yayıb. Komissiya yaz semestrinin başlaması barədə elan verilənədək uşaq bağçalarında, ibtidai və orta məktəblərdə, ali təhsil ocaqlarında dərslərin, imtahanların, kütləvi tədbirlərin keçirilməyəcəyini açıqlayıb. Təhsil müəssisələrinə onlayn qaydada tədrisin təşkili barədə tapşırıq verilib.

Bundan əvvəl, virusun mənbəyi olan Xubey vilayətinin ibtidai və orta məktəblərində yaz semestrinin başlanması qeyri-müəyyən vaxta təxirə salınmışdı. Çinin müxtəlif şəhərlərindəki bir neçə universitet də elan yayaraq, yaz semestrinin başlanmasının təxirə salındığını bəyan edib.

Qeyd edək ki, Çinin Xubey vilayətinin Uxan şəhərində aşkarlanan və vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun yeni ştammına yoluxanların sayı 2070, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 2692 nəfərə çatıb. İndiyədək bu virusun səbəb olduğu sətəlcəmdən 56 nəfər ölüb, 49 nəfər sağalaraq xəstəxananı tərk edib. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 21 mindən çox adam tibbi nəzarət altına alınıb. Hələlik koronavirusun yeni ştammına qarşı konkret dərman, peyvənd yoxdur.

Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yanvarın 26-da yaydığı məlumatda peyvənd və müalicə üçün dərman üzərində iş aparıldığı bildirilib.

Artıq Çinin 34 bölgəsindən 30-unda, o cümlədən virusa ən çox yoluxmanın qeydə alındığı Xubey vilayətində, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, Honkonq xüsusi inzibati bölgəsində ən yüksək səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub. Paytaxt Pekin də daxil olmaqla bir neçə şəhərin rəhbərliyi şəhərlərarası avtobus səfərlərini dayandırıb.

Çin Dövlət Şurasının Baş Naziri Li Keçyan yanvarın 26-da koronavirusun yayılması ilə mübarizəyə həsr olunan iclasda ölkədə ay təqvimi ilə qeyd olunan yeni il tətilinin (qeyri-iş günlərinin) uzadılacağını bəyan edib.

Maliyyə Nazirliyi ölümcül virusla mübarizə tədbirlərinə indiyədək ümumilikdə 11,21 milyard yuan (təxminən 1,6 milyard ABŞ dolları) ayrıldığını açıqlayıb.

Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq. Bundan başqa, bütün ölkə boyu kütləvi tədbirlər təxirə salınıb, tanınmış turizm obyektləri, o cümlədən Böyük Çin Səddi, Pekindəki İmperator Sarayı, Şanxaydakı “Disneyland” fəaliyyətini dayandırıb.

Ölkənin gömrük xidməti Çin sərhədini keçən bütün şəxslərdən sağlamlıq vəziyyəti haqqında anket doldurmasını tələb etməyə başlayıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal və Kanadada ümumilikdə 37 nəfərin bu virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.

Bəzi ölkələrin səyahət şirkətləri Çinə turist səfərlərinin dayandırıldığını elan edib, bir neçə ölkə isə Çindən turist qəbulunu dayandırıb.

Rusiyanın iri turizm şirkətləri Çinə turların satışını dayandırıb

0
turizm

Rusiyanın iri turizm şirkətləri Çinə turların satışını dayandırıb.

AZƏRTAC xəbər verir ki Rusiya Federal Turizm Agentliyinin (RFTA) tövsiyəsinə əsasən, ölkənin iri turizm operatorları Çinə turların satışını dayandırıblar. Rusiya Turoperatorlar Assosiasiyasının məlumatına görə, “Anex Tour”, “İnturist”, “Tez Tour” kimi iri şirkətlər yanvarın 24-dən Çinə turların satışından imtina ediblər. Bu ölkəyə getməkdən imtina etmiş turistlər ödədikləri məbləği tam şəkildə geri ala biləcəklər. Eyni zamanda, Çinə aviareyslər hələlik qadağan edilməyib.

RFTA epidemioloji vəziyyət sabitləşənədək Çinə səfərlərdən imtina etməyi, turizm şirkətlərinə isə turların satışını dayandırmağı tövsiyə edib.

Rusiyalı turistlər arasında ən populyar istiqamət olan Çinin Xaynan şəhərində koronavirusa yoluxma halı qeydə alınmasa da, RFTA orada olan turistlərə otelləri tərk etməməyi tövsiyə edib.

MÖHTƏŞƏM MEGA TURU

0
MEGA TUR

?Novruz bayramının yaddaqalan olmağını istəyirsiniz ?
Azərbaycan da İLK DƏFƏ və YALNIZ BİZDƏ!? 4-Ü BİR ARADA

  1. İstanbul Gəzinti Turu
  2. Dizi Turu
  3. Şopping Turu
  4. Futbol Turu

✨Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini – məkanlarını gəzəcəksiniz.

?QİYMƏT: 349?

✅Turun başlanma tarixi :
?20.03.2020 – ⏰ 20:20
✅Turun bitmə tarixi :

?27.03.2020 – ⏰ 23:00

?Komfortlu Nəqliyyat
?Gülərüz tur rəhbəri
?Otel 5* (Retaj Royale İstanbul)
?Otel 5* (4 gecə – 5 gün)
?Qidalanma :Səhər yeməyi (6 dəfə) Axşam yeməyi (4 dəfə)
?Dizi setlərinə giriş
? Aktyorlar ilə fotoçəkiliş
?Dizi məkanlarına giriş
?İstanbul şəhər Turu
?Şopping Turu
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Bələdçi
?Səyahət sığortası
☕Yol boyu çay, kofe,və sərinləşdirici sular
?Ekskursiyalar

?Fotosessiya

1⃣-ci gün – Yola düşmə İstanbula doğru
?20 mart 18:00 da toplanış
?20:20 da yola düşmə
?Batumi (Çay fasiləsi)
?Rize (Çay fasiləsi)
?Trabzon (Çay fasiləsi + Səhər yeməyi)
?Ordu (Çay fasiləsi)
?Samsun (Çay fasiləsi)
?Bolu (Çay fasiləsi)

2⃣-ci gün – Gəzinti turu ?
?Giriş – otelə check inn
?Yerləşmə – Retaj Royale İstanbul 5*
✅ Sultanahmet camisi
✅ Yerebatan sarnıcı
✅ Topkapı sarayı
✅ Ayasofya
✅ Qalata külesi
✅ Kiz Kulesi
✅ Taksim meydanı
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

3⃣-ci gün – Dizi turu ?
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Çukur
?Aşk-i Memnu
?Yasak Elma
?Garipçe
?Zekeryaköy
?Rumeli feneri kalesi
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

4⃣-cü gün – Dizi turu ?
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Diriliş Ertuğrul
?Eşkiya Dünya’ya hükümdar olmaz
?Kurtuluş Osman
?Kuzguncuk
?Fatih korusu
?Anadolu feneri ve kalesi
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

5⃣-cü gün – Shopping turu??
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
?Vadi İstanbul mall
?Vialand mall ?Beyoğlu – Taksim – İstiklal caddesi – Galataya yürüyüş
? Axşam yeməyi – Retaj Royale İstanbul 5*

6⃣- ci gün – Futbol Turu ⚽
☕Səhər yeməyi – Retaj Royale İstanbul 5*
✅ Marmara dənizində vapur gəzintisi
?GS, FB stadionuna giriş
?Galatasaray muzeyinə giriş
?Çıxış – Oteldən check out

Əlavə məlumat üçün
ƏLAQƏ: 070-264-60-30 (WHATSAPP VƏ ZƏNG )

Yüzlərlə adanın yerləşdiyi nağılvarı Fiji

0
Fiji

Sakit okeanın cənubunda yerləşən Fiji ekzotik təbiəti, zəngin mədəniyyəti və xalqının qonaqsevərliyi ilə məşhur olan bir ölkədir.

Axşam.az xəbər verir ki, ölkə 215-i kimsəsiz olmaqla, 322 böyük və 522 kiçik adadan ibarətdir.

Fijidə əhalinin 87 faizi ən çox Viti Levu və Vanua Levu adasında yaşayır. Ölkənin ən böyük gəliri turizmlə bağlıdır. Cənnət adaları, firuzəyi rəngli dənizi, yumşaq qumlu sahilləri hər ilə yüz minlərlə turist üçün cazibə mərkəzi olan ölkə sualtı turizm sahəsində də iddialıdır.

Tropik iqlimə məxsus adalarda noyabr və aprel ən isti aylardır. Qış fəslinin yaşanmadığı adalarda may və oktyabrda havalar sərin keçir. Bu zaman istilik 22 dərəcə olur. Ancaq həmin aylarda qasırğa riski yüksək olduğu üçün ziyarət etmək məsləhət görülmür.

“Vətəndaşlarımıza Azərbaycana getməyin deməmişik”

0
turizm

“Birbaşa uçuşların sayının artırılması nəticəsində ölkələri ziyarət edən turistlərin sayı artacaq. Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək”

2016-cı ildə Azərbaycana on minə yaxın israilli turist gəlib. 2019-cu ildə isə İsraildən gələn turistlərin sayı 60 minə çatıb ki, bu da 4 il ərzində 6 dəfə artım deməkdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Səfir vurğulayıb ki, ölkələr arasında olan yeni razılaşmaya əsasən, yaxın vaxtlarda İsrail və Azərbaycan arasında hər gün ölkəyə gündəlik aviareyslər təşkil olunacaq: “Birbaşa uçuşların sayının artırılması nəticəsində ölkələri ziyarət edən turistlərin sayı artacaq. Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək”.

Corc Dik eyni zamanda Azərbaycandan İsrailə səfər edən turistlərin sayının da az olduğunu qeyd edib.

Azərbaycan vətəndaşlarının İsrailə viza alınmasının çətinliyi barədə sualı cavablandıran səfir vurğulayıb ki, İsrail tərəfi vizaların verilməsi prosesinin rəqəmsallaşdırılması üçün Azərbaycan tərəfi ilə iş aparır. Bu isə öz növbəsində viza alınması prosesini bir qədər asanlaşdıra bilər.

Corc Dik qeyd edib ki, İsrailin Xarici İşlər Nazirliyi heç vaxt israillilərə Azərbaycana səfər etməməyə dair tövsiyə verməyib, əksinə, daima belə səfərlərin artmasına çalışıb: “İsrail KİV-də hər ay Azərbaycana dair ən azı 2-3 məqalə paylaşılır, yayılır və bu məlumatlarda Azərbaycana səfər təşviq olunur. Xarici İşlər Nazirliyi bütün ölkələr barədə öz vətəndaşlarına tövsiyə xarakterli məlumatlar yayır və bu tövsiyələr ABŞ, Fransa və digər ölkələrə olduğu kimi Azərbaycana da şamil olunur. Azərbaycan cənubda hər imkanda İsraili yer üzündən silməklə təhdid edən İranla həmsərhəddir. Ona görə də İsrail Xarici İşlər Nazirliyi Azərbaycana səfər edən İsrail vətəndaşlarına müəyyən tövsiyələr verir”.

“Küçə musiqiçisinə qız vermərəm”- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

0
Küçə musiqisi

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuzu oxşayır. Bu təkcə bizə yox, eyni zamanda şəhərimizin qonaqlarına da xoş təsürratlar bağışlayır. Lakin bu gün küçə musiqisi ilə məşğul olanlar müəyyən problemlərlə qarşılaşırlar.

Saksafon ifaçısı olan Sərxan Əziz də incəsənətin küçə musiqisi qolu ilə məşğul olanlardandır. Onunla olan səmimi müsahibəmiz zamanı küçə musiqisi ilə bağlı mən də daxil olmaqla bir çoxlarına məlum olmayan məsələlər haqqında danışdıq.

Küçə musiqisi nədir?

Daha çox zövq aldığın, azad olduğun, özünü rahat ifadə edə bildiyin bir şeydir. Musiqi ifa edə bilmədiyim günlərdə özümü natamam hiss edirəm.
Səhnəyə çıxanda kimlərinsə səndən bir gözləntisi var və sən onların qarşısında məsuliyyətlisən. Buna görə də səhnə musiqiçilərində həyəcan küçə musiqiçiləri ilə muqayisədə çox olur. Küçə musiqiçisi olmaq azad olmaqdır.
Sən küçədə musiqi ifa edərkən biri gəlib sevdiyi xanıma evlilik təklif edir, yaxud da biri gəlib sadəcə rəqs edir. Səhnədə bunu etməyə çəkinirlər.

Necə oldu ki, bu işlə məşğul olmaq qərarına gəldiniz?

Əslində mənim musiqi təhsilim var idi. Saksafonda ifa etməyi illər öncə öyrənmişəm. Pianoda da ifa edə bilirəm. Lakin mən bir müddət incəsənətin bu sahəsindən uzaqlaşmışdım. Evdə daha çox yazılar yazır, tərcümələr edirdim. Bir dəfə internetdə araşdırmalar edərkən qarşıma bir video çıxdı. Gənc oğlan saksafon ifa edirdi. Videonu çox bəyəndim. İfa mənə çox ləzzət etdi. Bir anda bütün düşüncələrimi dəyişdi. Mən yenidən musiqi ilə məşğul olmaq qərarına gəldim. 9 ay ərzində tərcümələrdən qazandığım pulu verib saksafon aldım. Saksafonu əlimə götürəndə 8 il ərzində bu əlatlə bağlı çox şeyi unutduğumu dərk etdim. Demək olar ki, mən sıfırdan başlamalı oldum. Bunun üçün artıq çoxdandır əlaqəm kəsilən müəllimimlə görüşüb yenidən saksafonda ifa etməyi öyrənməyə başladım. Beləliklə mən küçə musiqisi ilə məşğul olmağa başladım. Bütün musiqiləri də elə küçədə öyrəndim.

Bakıda bu işə verilən reaksiya…

Əslində çox yaxşıdır. Məsələn, adam var ki, gəlib həm musiqini ifa edəni, həm də şəhərin görüntüsünü çəkir. Adam da var ki, musiqinin fonunda sadəcə özünü çəkir. Yaxud da təkcə şəhərin görüntüsünü. Bu, həm turistlər, həm də yerli əhaliyə aiddir. Turistəri cəlb edən də bizim xarici mahnıları ifa etməyimizdir. Düzdür, insanlar musiqiyə böyük dəyər verirlər. Lakin rusdilli əhali bu məsələdə daha mədəni davranır. Onlar musiqini dinləyir, pul qoyur və ifaya görə təşəkkür edirlər. Lakin digərləri bəzən belə davranmırlar. Onlar pulu qoyub qaçırlar. Bəziləri musiqini yamsılayır, atmaca da atırlar.

Qısaca onu deyim ki, küçədə buna yaxşı yanaşırlar. Lakin evlərinə gedəndən sonra reaksiya dəyişir. Məsələn, biz adətən Nizami küçəsində musiqi ifa edirik. Bildiyiniz kimi bura Bakının ən səs-küylü məkanlarından biridir. Buranın sakinləri narazıçılıq edir. Əslində onsuz da bura səs-küylüdür, bir musiqinin səslənməsi heç də pis deyil. Məncə insanlar hələ qəbullanmaq istəmirlər. Onlar qorxur ki, bu gün küçədə musiqi ifa edən biri sabah daha yaxşı yerlərə gedə bilər.

Yaxşı bir küçə musiqisi Bakıya nələr qazandıra bilər?..

Nəzərə alsaq ki, artıq insanları təəccübləndirmək, onların üzündə xoş mimikalar yaratmaq qəlizləşib, o zaman bunu deyə bilərəm ki, küçə musiqisi artıq bunu bacarmağa başlayır. Musiqi ifa etmədiyim günlərdə şəhərə gəzmək üçün çıxıram və kənardan müşahidə edirəm. İnsanlar ifaçının ətrafına toplaşaraq, musiqidən həzz alır, əylənirlər.

Bakıda küçə sənətçiləri üçün yerlər ayrılacaq. Buna reaksiyanız…

Əslində, yerlər ayrılıb. Biz həmin təyin olunan yerlərdə çıxışlar edirik. 18 məkanda yer ayrılmışdı. Son qərarda isə 3 məkan qaldı. Bayramdan sonra bir neçə gün bizim fəalliyyəti dayandırdılar. Əvvəl buna səbəb kimi qətlə yetrilən balaca qız- Nərminin matəmini göstərdilər. Lakin sonra bəlli oldu ki, əsas səbəb bu deyil. Çünki matəm olsaydı bütün ölkədə olardı və efirlərdə də musiqili proqramlar müvəqqəti dayandırılardı. Sadəcə olaraq Turizm nazirliyi ilə Səbail rayon polis idarəsi arasında anlaşılmazlıq var idi. Nazırlik bizim fəaliyyəti dəstəkləsə də, polis idarəsi buna mane olurdu.

Bu işlə məşğul olarkən hansı xoşagəlməz hallarla qarşılaşmısınız?

Əlbəttə. Küçə musiqisi ilə məşğul olan, ümumiyyətlə küçədə işini quran hər kəs belə hallarla tez-tez qarşılaşır. Onu da qeyd edim ki, küçə ilə keçidin fərqi çoxdur. Keçidlərdə xoşagəlməz hallar daha çox yaşanır. Məsələn, keçidlərdə içkili adamlar çox olur. Sən musiqi ifa edərkən gəlib deyir başqasını ifa et. Sonra başqa biri gəlir, o da fərqli musiqi istəyir. Beləliklə aralarında mübahisə düşür. Bu kimi hallar olduqca çox olur.

Dost-tanış, qohumlar bu işlə məşğul olmağınıza necə reaksiya göstəriblər?

Əgər sən yaxşı pul qazana bilirsənsə, yaxşı övladsan, yaxşı qohumsan, yaxşı adamsan. Yəni, bu seçimimə heç kim qarışmadı.

Sizcə, küçə musiqiçisinə qız verərlər?

Məsələn, sevgilim məndən ayrılanda “Səni potensiallı biri kimi tanıyırdım, buna görə də münasibət qurmuşdum. Lakin görürəm ki, sən çox vecsiz adamsan. Buna görə də ayrılıram” dedi. Əgər sənin əlində sənətin varsa, ailə qurmaq üçün də potensialın var. Fərqi yoxdur, küçə musiqiçisən yaxud da başqa sənətin sahibisən. Yəni pul qazana bilirsənsə, qalan işlər də düzələr.
Belə düşünürəm ki, heç mən özüm də küçə musiqiçisinə qız vermərəm.

Küçə musiqisi ilə məşqul olmaq istəyən musiqiçi nələrə diqqət etməlidir?

Küçə elə bir yerdir ki, orada hər an hər şey baş verə bilər. Əsas odur ki, heç kimi ciddiyə almayasan. Çünki burada sənə hər cür adam yaxınlaşa bilər. Başını aşağı salıb musiqini ifa etməyi bacarmalısan. Düzdür, həmin an hissləri cilovlamaq çətin olur. Lakin baş verəcəkləri düşünəndə anlayırsan ki, ən yaxşısı səbrli olmaqdır.


Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri

0
Azərbaycan

Sirr deyil ki, dünyanın müxtəlif bölgələrində son illər narahatedici geosiyasi proseslər yer alır. Bu sırada Cənubi Qafqaz həm bütöv region kimi, həm də orada yerləşən dövlətlərin hər birinin ayrılıqda fəaliyyəti baxımından ekspertlərin maraq dairəsində olmaqdadır. Aparılan təhlillər göstərir ki, Azərbaycan, Ermənistan və Gürcüstan coğrafi baxımdan qonşu olsalar da geosiyasi aspektdə “həmsərhəd” deyillər – onlar fərqli mövqeyə gəlib çıxıblar. Onların içərisində ən perspektivli və ümidverici mövqe Azərbaycandadır. Bu tezisin təsdiqi faktların müqayisəsində özünü açıq surətdə göstərir. Bir məsələ şübhəsizdir ki, rəsmi Bakı postsovet məkanı üçün belə nümunə ola bilən siyasət yeridir. 2019-cu il bu baxımdan xeyli maraqlı il olub.

Bir ildə: üç dövlətin getdiyi yol

Ekspertlər hər bir Cənubi Qafqaz ölkəsinin ötən ilki geosiyasi fəaliyyətinin təhlilinə maraq göstərirlər. Azərbaycan, Gürcüstan və Ermənistan həmsərhəd dövlətlərdir, lakin hər birinin fərqli siyasi, iqtisadi, mədəni və geosiyasi “həyat ritmi” vardır. Bu prizmadan yanaşdıqda onların 2019-cu ildə ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətinin ümumiləşdirilməsinin nəzəri və praktiki əhəmiyyəti danılmazdır.

Ekspertlərin fikrinə görə, ötən il Cənubi Qafqazda siyasi proseslərə ən çox təsir göstərən dövlət Rusiya olub. Məhz Moskvaya olan münasibət region dövlətlərinin geosiyasi mövqeyinə ciddi təsir edib. Bundan faydalananlar da, zərər görənlər də olub. Bu tezisin xeyli dərəcədə əsası vardır. Çünki Rusiya 2019-cu ildə yalnız Cənubi Qafqazda deyil, bütün dünyada geosiyasi fəallığını yeni səviyyəyə yüksəldib. Moskvanın Yaxın Şərqdə, Afrikada və Latın Amerikasında varlığı daha çox hiss edilməyə başlayıb. Təbii ki, bu kontekstdə bir neçə əsrdir ki, Cənubi Qafqazın əsas geosiyasi oyunçusu olan Rusiyanın passiv olacağını gözləmək sadəlövhlük olardı.

Siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, hərbi-müdafiə sferalarında Cənubi Qafqaz dövlətlərinə təsirini daha da gücləndirən Kreml bütövlükdə geosiyasi mənzərənin müəyyənləşməsində həlledici rol oynayıb. Son illər fəal olan Qərb isə daha çox onun kölgəsində qalmağa üstünlük verib. İran özünün problemləri ilə məşğul olub. Türkiyə isə Rusiya qədər fəallıq göstərə bilməyib, lakin onun da təsiri əhəmiyyətli dərəcədədir. Özü də bu, daha çox Rusiya ilə tandemdə özünü göstərir.

Bu ümumi qeydlər prizmasından Cənubi Qafqazın hər bir ölkəsinə nəzər saldıqda, kifayət qədər maraqlı və bir sıra məqamlarda təzadlı mənzərə yaranır. Gürcüstandan başlayaq. Bu dövlət 2019-cu ildə siyasi silkələnmələrə məruz qaldı. Bir növ ölkə siyasi sistem və geosiyasi seçim böhranı keçirir. Müxalifət “Gürcü arzusu”nun hakimiyyətini ciddi surətdə laxlada bildi. Etiraz aksiyaları iqtidarın nüfuzunu artırmadı, əksinə, meydana daha çox siyasi qeyri-müəyyənlik gətirdi. Parlament seçkisi məsələsində Bidzina İvanişvilinin komandasının tərəddüdlü və kifayət qədər birmənalı qəbul edilməyən addımlar atması böhranı daha da dərinləşdirdi. Təsadüfi deyil ki, müxalifətin aksiyaları 2020-ci ildə də davam edir.

Bunun fonunda ekspertlər Prezident Salome Zurabişvilinin qonşu ölkələr haqqında ziddiyyətli fikirlər söyləməsinin prosesləri bir qədər də qeyri-müəyyənliyə sürüklədiyini yazırlar. Xüsusilə Azərbaycanla sərhəd məsələsində emosional fikirlər ilk növbədə Gürcüstan dövlətinin vəziyyətini mürəkkəbləşdirdi. Azərbaycanın təmkinli və müdrik davranışı hələlik bu itkini kompensasiya etməyə imkan verir.

Gürcüstan Rusiya ilə münasibətdə də ciddi səhvə yol verdi. Məlum parlament hadisələri Moskvanın müəyyən qadağalar tətbiq etməsinə səbəb oldu. Nəticədə, Rusiya ilə Gürcüstan arasında təyyarə reysləri kəsildi və rusiyalı turistlərin ölkəyə axını xeyli zəiflədi. Bu isə yekunda turizmdən Gürcüstanın ancaq 800 milyon dollar gəlir götürməsinə vəsilə oldu. Bir il öncə isə bu rəqəm milyardlarla hesablanırdı.

İndi Gürcüstanın 2019-cu ildə iqtisadi sahədə də uğur əldə edə bilmədiyi aydın nəzərə çarpır. Bu istiqamətdə müsbət tendensiya müşahidə edilmir. Hətta Ermənistanda inflyasiya və iqtisadi artım Gürcüstandan yüksəkdir. Bu, Gürcüstanın Aİ-yə (Avropa İttifaqı), Ermənistanın isə Aİİ-yə (Avrasiya İqtisadi İttifaqı) üzvlüyü zamanı baş verir. Təbii olaraq ortaya bu təşkilatlardan hansının region dövlətlərinə daha çox fayda verməsi sualı çıxır. Aİİ 2019-cu ildə Ermənistana xeyli iqtisadi güzəşt edib və bunun sayəsində forpost və zəif ölkə Gürcüstandan bir qədər dayanıqlı görünüb. Bu fakt gürcüləri narahat edir.

Regionun ümidi: Azərbaycan heyrətləndirir

Buna baxmayaraq, Ermənistan bütövlükdə 2019-cu ildə daha pis vəziyyətə düşüb. Ermənilər “məxməri inqilab”ın heç bir faydasını görmürlər. İnflyasiya aşağı olsa da, pul gəlirləri çox zəifdir və insanların alıcılıq qabiliyyətinin minimum olması böhranın qarşısını alır. Ötən il “inqilabçı”ların xarici sərmayə ilə bağlı verdikləri vədlərin tam puç olması ilə yadda qalıb. Proses əksinə gedib: Ermənistana daha az sərmayə qoymağa başlayıblar. Bunun başlıca səbəbini yeni erməni iqtidarının populizm sahəsini tərk edə bilməməsində görürlər. Üstəlik, 2019-cu ildə Ermənistanda müxtəlif xarakterli ziddiyyətlərlə dolu hadisələr baş verdi. Aydın oldu ki, rəsmi İrəvan ABŞ və Rusiyanın ucuz oyuncağıdır.

Ötən il Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində də ağır zərbə aldı. Nikol Paşinyanın qondarma rejimi danışıqlara qatmaq təxribatı iflasa uğradı. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə tutduğu qətiyyətli, əsaslandırılmış və təmkinli mövqeyi erməni təbliğat maşınını və diplomatik korpusun “işini” sabun köpüyü kimi dağıtdı. Sözsüz ki, ötən il ermənilərin bu baxımdan ən ağır bir dövrüdür.

Bunun fonunda Ermənistan iqtisadiyyatı inkişafdan xeyli geridə qaldı. Demək olar ki, heç bir regional və beynəlxalq layihədə iştirak edə bilməyən Ermənistan əvvəlki kimi bataqlıqda çapalamadadır. Onun real olaraq yanında olan dövlət yoxdur. Hər bir böyük ölkə Ermənistandan nəyisə almaq və onu öz təsir dairəsinə çəkmək siyasətini davam etdirib. Azərbaycanla bağlı situasiya isə bundan tamamilə fərqlidir.

Ekspertlər hesab edirlər ki, Azərbaycan regionun yeganə dövlətidir ki, onun yanında olmaq istəyən ölkələr çoxdur. Rəsmi Bakı Rusiya, Amerika, Avropa, İran, Türkiyə və Çinlə bərabərhüquqlu, qarşılıqlı fayda verən münasibətlər sistemini nəinki saxlaya bilib, hətta onu daha da inkişaf etdirib. Xarici siyasətdə Azərbaycanın əldə etdiyi uğurları dünyanın siyasi liderləri etiraf edirlər. Konkret layihələr üzrə həyata keçirilən tədbirlər, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın fəallığını daha da artırması ölkəni regional və qlobal geosiyasi proseslərdə əhəmiyyətli oyunçu edib.

İndi ekspertlər Azərbaycanın regional miqyasla qlobal səviyyə arasında bu dərəcədə səmərəli balans yarada bilməsinin müxtəlif aspektlərini öyrənirlər. Özü də Azərbaycan postsovet məkanı ölkələri içərisində yeganə dövlətdir ki, sosial, siyasi, geosiyasi, idarəetmə və energetika-nəqliyyat sferalarında islahatları yüksək uyğunluq və davamlılıqla həyata keçirir. 2019-cu il bu baxımdan olduqca zəngin faktlarla xarakterizə olunur. Rəsmi Bakının bununla bağlı atdığı addımlar digər region dövlətləri üçün bir nümunə-örnək halına gəlib.

Həmin aspektdə Azərbaycan rəhbərliyinin regional əməkdaşlığın müxtəlif sferaları üzrə gerçəkləşdirdiyi əməkdaşlıq formatları geniş marağa səbəb olub. 2019-cu ildə Azərbaycan ikitərəfli, üçtərəfli və çoxtərəfli platformalarda irəli sürdüyü təşəbbüslərin praktiki reallaşmasında böyük uğurlar əldə edib. Bütün bunların nəticəsində Azərbaycan Cənubi Qafqazın yeganə dövlətidir ki, heç bir ziddiyyət və ya geosiyasi problemlərlə qarşılaşmayıb. Əksinə, öz mövqeyini daha da möhkəmləndirib. Daha əhəmiyyətlisi odur ki, bu prosesdə Azərbaycan öz milli maraqlarını daha yüksək dərəcədə təmin etmək imkanı əldə edib, onun manevretmə dairəsi xeyli genişlənib. XXI əsrdə ilk dəfədir ki, bunu xarici ekspertlər açıq etiraf edirlər və belə yazırlar: “Azərbaycan hazırda regional və qlobal geosiyasətdə fəal oyunçulardan biridir”! Cənubi Qafqazın başqa dövlətləri bu aspektdə Azərbaycandan xeyli geridə qalırlar.

Beləliklə, 2019-cu ilə Cənubi Qafqazın üç dövlətinin fəaliyyəti işığında baxdıqda, göz önündə bir sıra hallarda təzadlı, risklərə, qeyri-müəyyənliyə həssas bir tablo yaranır. Bu tablonun qara rəngi Ermənistandır, Gürcüstan müəyyən ziddiyyətləri özündə daşıyan “tutqun rəngdə” görünür. Azərbaycan isə həyat və inkişaf saçan mavi, qırmızı və yaşıl rənglərin harmonik spektrini formalaşdırır. Görünür, bu ölkələrin geosiyasi yolu da bu əsasda davam edəcək. Azərbaycan Cənubi Qafqazın ulduz-dövləti kimi əbədiyyən var olacaq!

Sulut buzxanası Hərəm qalasının ərzaqla təmin olunması məqsədilə tikilib

0
Hərəm qalası

Buzxanalar vaxtilə Azərbaycanda böyük şəhərlərdə və paytaxtda saraya xidmət edən inzibati binalar olub. Orta əsrlərdə geniş yayılmış buzxanalardan anbar kimi ərzaq saxlanması üçün istifadə edilib. Xüsusilə vergilərdə toplanan natural məhsulların uzunmüddətli saxlanması üçün yerin altında belə buzxanalara çox ehtiyac olub.

Fitdağ şəhərinin (Şirvan xanı Mustafa xanın təşəbbüsü ilə XVIII əsrin 90-cı illərində təxminən 10 il müddətinə salınan şəhər İsmayıllı rayonu ərazisində Sulut və Mücü kəndləri arasındakı Fit dağında tikilib) yaxınlığında, şəhərlə Hərəm qalası (Mustafa xanın ailəsinin qaldığı saray) arasında düzən sahədə inşa edilən Sulut buzxanası XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə aiddir. Mustafa xanın təşəbbüsü və dəstəyi ilə tikilən Sulut buzxanası Hərəm qalasının ərzaqla təmini üçün istifadə olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə danışan Dövlət Turizm Agentliyi Basqal Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, Sulut buzxanası əsasən səliqə ilə kəsilən və cilalanan çay daşı ilə hörülüb.

Buzxananın cənub-qərb tərəfdə yeganə qapısı, oradan isə aşağı buzxanaya düşmək üçün pilləkənlər olub. Lakin buzxananın həmin hissəsi xeyli dağılıb, pilləkənlər ayırd edilmir.

Sulut buzxanasının üzəri Naxçıvan və Ağsu buzxanalarından fərqli olaraq bişmiş kərpiclə deyil, divarların inşa edildiyi çay daşları ilə örtülüb. Sulut buzxanası da tağla bağlanıb və yerin altında qalması üçün üzərinə torpaq qatı verilib.

Sulut buzxanası Fitdağın süqutundan və şəhər əhalisinin Şamaxıya köçürülməsindən sonra dağılıb. Buzxana əsasən rus əsgərləri tərəfindən dağıdılıb. Ruslar uzun müddət Fitdağ şəhəri, Hərəm qalası, Buzxana və Xan qalasında Mustafa xanın xəzinəsini axtarıblar. Ona görə də Buzxananın həm şimal, həm də cənub hissəsində böyük dağıntılar törədilib. Lakin 200 ilə qədər vaxt keçməsinə baxmayaraq buzxana əsasən qorunub saxlanıb.

F.Xəlilli deyib: “Sulut buzxanasının bərpa və konservasiya edilməsinə böyük ehtiyac var. Divarların möhkəmliyini təmin edən ağac kətillər ya çürüyüb, ya da yerindən çıxarılıb. Əksər yerlərdə iri daşlar da divarlardan çıxarılıb. Ziyarətə gələn turistlər və yerli sakinlər arasında abidələrə zərər verənlər də var ki, onların izi divarlarda və daşlar üzərində görünür. Buzxananın bərpa edilərək uyğun formada sərgi zalı və ya çay evi kimi istifadə edilməsi bu gün turizm baxımından da əlverişli olardı”.

Səfir Corc Dik: İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir

0
Corc Dik

İsrail Azərbaycanın ərazi bütövlüyünü və ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini tam dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik yanvarın 24-də keçirdiyi mətbuat konfransında deyib.

C. Dik vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunacaq razılaşmaya İsrail tərəfi də hörmət edəcək.

Səfir, həmçinin qeyd edib ki, İsrail və Azərbaycan təhlükəsizlik və terrorla mübarizə sahələrində sıx əməkdaşlıq edirlər. İsrail ilə Azərbaycan arasında strateji münasibətlərin yüksək qiymətləndirildiyini, bu iki ölkənin dostluğunun hər kəs tərəfindən tanındığını və ona hörmət edildiyini deyən C.Dik bildirib: “Martın 2-də İsraildə parlament seçkiləri keçiriləcək. Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, ölkələrimiz arasındakı əlaqələr inkişaf etməyə davam edəcək. Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir”.

Diplomat vurğulayıb ki, Azərbaycan bütün dinlərə mənsub insanların yan-yana yaşadığı ölkədir. Azərbaycandakı yəhudi icması özünü evindəki kimi hiss edir. Holokostun anım mərasimində ölkəmizin də təmsil olunduğunu bildirən səfir qeyd edib ki, bu, Azərbaycanın İsrail xalqına və dövlətinə münasibətini göstərir.

Bundan başqa, diplomat qeyd edib ki, İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan alır. Ötən il Azərbaycana səfər edən israilli turistlərin sayı 60 min nəfər olub. Bu, 2016-cı illə müqayisədə 5 dəfə artım deməkdir.

Azərbaycanın gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində pavilyonla təmsil olunacağını qeyd edən səfir bildirib. “Azərbaycandan olan nümayəndə heyəti gələn həftə İsraildə kibertexnologiyalar mövzusunda keçiriləcək tədbirə də qatılacaq. Azərbaycanda kənd təsərrüfatı sahəsində İsrailin yeni texnologiyaları tətbiq olunur. Ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək

0
turizm

Azərbaycanda bu il ərzində turizm bazarının normallaşdırılması və standartlara cavab verən turizm xidmətlərinin göstərilməsi üçün bir neçə müsbət addımın atılacağı gözlənilir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev deyib. Onun sözlərinə görə, son illər ərzində ölkədə turizm şirkətlərinin sayının artması turizmin inkişafı baxımından müsbət hal hesab olunur. Amma digər tərəfdən bu artım keyfiyyətə mənfi təsir göstərir. Çünki qısa müddətdə yaradılan, heç bir standartlara cavab verməyən, düzgün xidmət göstərməyən agentliklər ümumilkdə uzun illər turizm sahəsində çalışan şirkətlərin imicinə birbaşa mənfi təsir göstərirlər. Bu da turistlər tərəfindən turizm şirkətləri haqqında ümumi mənfi rəy formalaşdırır.

R.Hacıyev bildirib ki, digər önəmli məsələ keyfiyyətsiz turizm xidmətlərinin göstərilməsidir ki, bu da Azərbacanın turizm imicinə mənfi təsir göstərir: “Bu problemləri nəzərə alaraq turizm sahəsində olan çatışmazlıqları aradan qaldırmaq üçün ötən ilin iyun ayında ətrafında sırf peşəkarları toplayan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasını yaratdıq. Bu gün qurumun İdarə Heyətinin tərkibində 3 büro və Ekspertlər Şurasından ibarət komissiyalar fəaliyyət göstərir. Həmin büro və komissiyalar assosiasiyanın fəaliyyətinin effektivliyini, aktivliyini təmin etmək üçün yaradılıb. Bu gün artıq assosiasiyamızın Azərbaycanın turizm bazarında öz fəaliyyəti, peşəkarlığı və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından seçilən 50 üzvü var. Bu il turizm bazarının normallaşdırılması və standartlara cavab verən turizm xidmətlərinin göstərilməsi üçün bir neçə müsbət addımın atılacağı gözlənilir. Buna misal olaraq, Dövlət Turizm Agentliyi tərəfindən təklif olunan turizm şirkətlərinin reyestrinin aparılması, mülki məsuliyyət sığortasının tətbiqini deyə bilərik”.

R.Hacıyev qeyd edib ki, assosiasiya tərəfindən üzvləri üçün müxtəlif treninqlərin keçirilməsi də nəzərdə tutulub: “Biz turizm subyektlərinin keyfiyyətli və standartlara cavab verən xidmət göstərmələri üçün tövsiyə xarakterli Etik Kodeks də hazırlayaraq içtimaiyyətə təqdim etmişik. Eyni zamanda, bu il “Turizm haqqında” yeni qanunun qüvvəyə minəcəyi gözlənilir ki, bu da fikrimcə, bazarın sağlamlaşdırılmasına xidmət edəcək”.