Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 4 turizm şirkəti və 1 hotel Sinqapurda keçirilən “ITB Asia 2019” sərgisində iştirak edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, stend ziyarətçilərinə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və s. barədə detallı məlumatlar verilib.
