Şuşanın keçmişdən bugünə dəyişimi şuşaya ilk səyahətin təşkil olunması  baş tutacaq və biletlərin alınması prosesi  artıq başlayır.”böyük qayıdış”siyasətinin əhəmiyyəti barəsində Gəzməli.az  saytından ətraflı məlumat ala bilərsiz.

Şuşaya səyahət “Böyük Qayıdış ” 18 martdan başlayır.

Şuşa — şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar.Şuşada 17 məhəllə vardır: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardır.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişdir.

Şuşa gəzməli yerlər

Şuşaya ilk səyahətin təşkili

Gezmeli.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Şuşa şəhərinə turizm məqsədli səfərlərə Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən başlanılır.

Bildirilir ki, ilk turist səfərləri həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.

Şuşaya səyahət zamanı haraları görə biləcəm?

2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

“Böyük Qayıdış” Şuşaya səyahət

“Böyük Qayıdış ” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.

Şuşaya səyahət zamanı nə qədər ödəməliyəm?

Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.

Əlaqə:

☎: +994 55-636-63-33
?: +994 50-664-60-30 (WhatsApp)
?: Əhməd Rəcəbli küçəsi 153 Khalili Plaza 1ci mərtəbə, Bakı
?: info@gotravel.az

Açar sözlər:şuşaya səyahət, şuşaya biletlər, şuşa turları, şuşa gəzməli yerlər

Whatsappla birbaşa əlaqə üçün linkə daxil olun – http://bit.ly/2AWo3Jm

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin