Məzuniyyət vaxtı yaxınlaşır. İnsanlar istirahətdən zövq alıb gündəlik rutini unutmaq üçün səbirsizliklə dənizə səyahətlərini gözləyirlər.
Lakin istirahətin kabusa dönməməsi üçün ayıqlığı əldən verməmək və təhlükəsizlik qaydalarına riayət etmək gərəkdir.
Xəstəliklər
Yad ölkə, yad qida, alışılmamış iqlim – bütün bu faktorlar turistlərin istirahətdən həzz almasının deyil, həkimlərə müraciət etməsinin səbəbi ola bilər. Səbəblər müxtəlif ola bilər: zəhərlənmə, soyuqdəymə, gün vurma, ekzotik xəstəliklər, travmalar.
Bütün bunlardan, ehtiyyat tədbirləri barədə unutmamaq şərtilə, qaçmaq olar, xüsusilə, çimərlikdə keçirdiyiniz vaxtı düzgün bölüşdürərək, küçədə satılan naməlum yeməyi dadmayaraq və münasib olmayan yerlərdə üzməyərək.
