Maraqlı qadağalar
Hər ölkənin öz qayda qanunları var.Onlara əməl etməyənlər cəzalandırılır. Bəzən bu qadağalar çox qəribə və biraz da qeyri-adi görünə bilir. Sizə həmin qəribə qadağalardan bəzilərini təqdim edirik.
Sinqapurda küçədə saqqız çeynəmək qadağandır. Pul və ya həbs cəzası ilə nəticələnir. Burada digər maraqlı qadağa isə ətraf mühiti çirkləndirənlərlə bağlıdır. Belə ki, əgər siz Sinqapurda yerə 3 dəfə zibil atsanız üzərində “mən ətrafımı çirkləndirirəm”, – yazısı olan önlüklə bazar günləri küçələri təmizləməli olacaqsınız.
1.Taylandda küçəyə çeynənilmiş saqqız atan 600 dollar cərimələnir. Cərimə ödənməsə, həbs təhlükəsi var. Kimsə Tayland pulunu ayaqlaya bilməz.
2.Avstraliyada uşaqların siqaret alması qadağandır, ancaq siqaret çəkməklərinə qadağa yoxdur. Boş avtomobildə maşının açarlarını qoymaq qanunla qadağan edilib.
3.Meksikada cəmiyyət içində yüksək səslə söyüş söymək qadağan edilib.
4.ABŞ ştatlarının birində yeriyərkən asqırmaq qadağandır, cəzası 100 dollar.
5.Pensilvaniyada hamamda mahnı oxumaq olmaz.
6.Vaşinqtonda loli-pop yemək qadağandır.
7.Fransada donuzlara Napaleon adı qoymaq qadağandır.
8.Səudiyyə Ərəbistanında din dəyişməyin cəzası ölümdür.