1. Bakı şəhəri gözəlliyi, yerləşməsinə və neftinə görə daim böyük dövlətlərin nəzərində olub. Bu səbəblərə görə də 2-ci dünya müharibəsi zamanı Hitlerin işğal etmək istədiyi əsas şəhərlərdən biri olub. https://www.youtube.com/watch?v=qwS8JaluiR8 bu videoda göründüyü kimi Hitler üçün tort hazırlanır və Bakı olan hissəni kəsib Hitlerə verirlər.

2. Budapeşt Macarıstanın paytaxtı və ən böyük şəhəridir. Dunay çayının iki tərəfində Buda və Peşt şəhərləri 1873-cü ildə birləşdirilərək Budapeşt şəhərini formalaşdırılmışdır.

3. Belə bir fikir var ki paytaxt ölkənin ən böyük şəhəri olur. Lakin bu fikir yalnışdır. Buna misal kimi ABŞ-ın paytaxtı Vaşinqtonu göstərmək olar. 650 000 əhalisi olan ABŞ-ın paytaxtı böyüklüyünə görə ölkədə heç 20-likdə deyil. Məsələn Nyu York şəhərinin 8 500 000 əhalisi var.

4. Vaşinqton kiçik paytaxtdır. Lakin ən kiçik paytaxt adı Adamstauna aiddir. Sakit okeanda Pitkern adalarının adminstrativ mərkəzi olan şəhərin 49 nəfər əhalisi var. Maraqlıdır ki, bu paytaxtın hətta şəhər meydanı belə mövcuddur.

5. Ən yüksəkdə yerləşən paytaxt Boliviyanın LaPas şəhəridir. Ölkənin paytaxtı dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşir. Burada yayda belə heç temperatur 20 dərəcəyə qalxmır.


6. Ən şimal paytaxt isə İslandiyanın paytaxtı Reykyavikdir. Şimalda yerləşməsinə baxmayaraq buranın iqlimi yumşaqdır. Buna təsir edən amillər Qolfstrim və qeyzerlərin isti sularıdır. Elə şəhərin adı tərcümədə “Buxarlanan buxta” deməkdir.

7. İsveçrənin paytaxtı haradır? Bu sual hətta yüksək coğrafi bilikləri olanları da çaşdırır. Məsələ də bundadır ki, İsveçrənin Dövlət Konstitusiyasında paytaxt barəsində bir söz belə yoxdur. Parlament binası və bir çox dövlət qurumları Bern şəhərində yerləşsə də bura paytaxt deyil, sadəcə federal şəhərdir. Ölkənin paytaxtının olmamasına səbəb əhalinin bütün şəhər və bölgələrin eyni statusda olmasını istəməlidir. Qeyd edək ki, dünyada 2 ölkənin paytaxtı yoxdur. Burlardan biri qeyd etdiyimiz kimi İsveçrə, digəri isə Sakit okeanda yerləşən Nauru dövlətidir.

8. Dünyanın ən qədimi paytaxtı Suriyanın paytaxtı Dəməşqdir. Şəhərin tam dəqiq yaşı məlum olmasa da eramızdan əvvəl IV – III minilliklərdə şəhərin böyük əhaliyə sahib olduğu deyilir.

9. Ən uzun adlı paytaxt Taylandın paytaxtı Banqkokdur. Şəhərin tam adı belədir: Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit.

10. Ən kiçik paytaxtı qeyd etmişiksə ən böyük paytaxtı da qeyd etmək lazımdı. Bu Yaponiyanın paytaxtı Tokio şəhəridir. 34.5 milyonluq əhalisi ilə Tokio Giqant şəhər adına sahibdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin