Ev Turizm Xəbərləri 2020-ci ilin əvvəlində Dubayda ən çox gözlənilən tədbirlər

2020-ci ilin əvvəlində Dubayda ən çox gözlənilən tədbirlər

Dubay

Dubay dünyanın ən dinamik və maraqlı şəhərlərindən biridir. Sizin əsl sənət xiridarı və ya idman həvəskarı olmağınızın, yaxud sadəcə bu şəhəri məzuniyyət üçün seçərək vaxtınızı ailənizlə birlikdə şən keçirmək istəməyinizin heç bir fərqi yoxdur, çünki Dubayda, sözün həqiqi mənasında, darıxmaq fürsətiniz olmayacaq. Dubayda idman tədbirləri“Omega Dubai Desert Classic” qolf turniri

Omega Dubai Desert Classic” qolf turniri BƏƏ-də qolf üzrə ən populyar tədbirdir və qolf dünyasının ən çox gözlənilən hadisələrindən biridir. Hər il tədbir ən yaxşı qolfçuları və idmanın bu növünün ən sadiq pərəstişkarlarını cəlb edir. Turnirin təşkilatçıları qolf üçün mükəmməl meydan təqdim edirlər. Yanvarda qolf yarışları 31-ci dəfə keçiriləcək. 

Nə vaxt: 2020-ci il yanvarın 24-27-də

Yer: “Emirates Golf Club” qolf klubu

Tədbirin saytı: https://www.omegadubaidesertclassic.com/ 

Qadınlar arasında “Al Marmoom Women’s Cycling Challenge 2020” velosiped yürüşü

Qadınlar arasında “Al Marmoom Women’s Cycling Challenge 2020” yürüşü istənilən hazırlıq səviyyəsi olan velosiped idmanı həvəskarları üçün açıq yarışdır. Əl-Qudra velotrası boyunca yerləşən trekin Al-Marmum qoruğunun gözəl mənzərələrinin yanından keçir. İştirakçılara 10, 20 və 70 kilometr məsafələrə yürüşlər təklif olunur.

Nə vaxt: 2020-ci il fevralın 28-də

Yer: Əl-Qudra velotreki

Tədbirin saytıhttp://womenscycling.ae/

Dubai World Cup 2020” at yarışı

“Dubai World Cup” dünyanın aparıcı at yarışıdır. Ən yaxşı qaçağan atların yarışdığı illik turnirin yüksək mükafat fondu var. Bu möhtəşəm tədbirə həm Dubayın nüfuzlu şəxsləri, həm də xarici qonaqlar tamaşa edirlər.

Nə vaxt: 2020-ci il martın 28-də

Yer: Meydan ippodromu

Tədbirin saytı: http://www.dubairacingclub.com/visit/racing-season/dubai-world-cup 

Dubayda “Ironman 70.3” triatlon yarışı

Uzun məsafələri sevən hər kəsə hər il Dubayda keçirilən “Ironman 70.3” turnirini əldən verməməyi tövsiyə edirik. Yarışda iştirak etmək və təbiət ünsürlərini fəth etmək üçün fevralda bura dünyanın ən yaxşı atletləri gələcəklər. Məsafə Ərəb körfəzi sularında başlayacaq, sonra qum təpələri arasında davam edəcək, sonda meqapolisin küçələrindən keçəcək. 

“Ironman 70.3” seriyasından yarışlar ötən il Dubayda uğurla keçirilib və idmançılar ağır sınaqlara meydan oxumaq üçün yenidən starta çıxmağa hazırdırlar. Marafon 1,9 kilometr məsafəyə üzgüçülük yarışlarından başlayacaq, sonra 90 kilometr məsafəyə velosiped yürüşü olacaq və yarış qum təpələri arasından 21,1 kilometr məsafəyə qaçışla başa çatacaq.

Nə vaxt: 2020-ci il fevralın 7-də

Yer: Cümeyra çimərliyində qaçış treki

Tədbirin saytı:

https://eu.ironman.com/triathlon/events/emea/ironman-70.3/dubai.aspx#axzz63l07f27NDubayda mədəniyyət tədbirləri“Arab Fashion Week”

Ərəb Moda Şurasının keçirdiyi “Arab Fashion Week” (AFW) “Ready-to-Wear-Couture” xəttinin, habelə Dubayda və bütün ərəb dünyasında yüksək modanın inkişaf vektorunu müəyyən edən ilkin kolleksiyaların irəlilədilməsinə həsr edilmiş yeganə rəsmi moda həftəsidir. Region dizaynerlərinin, habelə aparıcı beynəlxalq brendlərin təmsil olunduğu “Arab Fashion Week” Nyu-York, London, Milan və Parislə bərabər, beş ən iri moda həftəsindən biri sayılır. 

Nə vaxt: 2020-ci il martın 11-16-da

Yer: Dubay Beynəlxalq Ticarət Mərkəzi (DWTC)

Tədbirin saytı: http://arabfashionweek.org/Alış-verişi və güzəştli qiymətləri sevənlər üçünDubay Ticarət Festivalı (Dubai Shopping Festival, DSF)

Dubay Ticarət Festivalı atəşfəşanlıq, oyunlar, mükafatlar və ən nəhayət sərfəli aksiyalarla müşayiət olunan ənənəvi bayram atmosferidir. Dünyanın ən iri şoppinq festivalı bir ay davam edir. Festival günlərində hər yerdə maraqlı tədbirlər keçirilir, ticarət mərkəzlərinə gələnlərin unudulmaz mükafatlar almaq imkanı olur. 

Nə vaxt: 2019-cu il dekabrın 26-dan 2020-ci il fevralın 1-dək.

Yer: bütün Dubay şəhəri

Tədbirin saytı: https://www.visitdubai.com/en/dsf