Ev Turizm Xəbərləri 32 turizm şirkəti ATAA-ya üzv oldu

32 turizm şirkəti ATAA-ya üzv oldu

turizm

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası quruma üzv olmaq istəyən namizədlərin üzvlük müraciətlərinə baxıb.

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, İdarə Heyəti tərəfindən təşkil olunan toplantıda yeni namizədlərin iş fəaliyyətindən danışılıb. Onların Azərbaycan turizm bazarında nüfuzu, şirkətlərin müştəri məmnunluğunun səviyyəsi müzakirə edilib və rəylər dinlənilib.

Müzakirələr zamanı ilkin mərhələdə Assosiasiyanın əsas götürdüyü keyfiyyət meyarlarına cavab verən 32 turizm şirkəti quruma üzv qəbul edilib.

Assosiasiyanın standartlarına cavab vermədiyi üçün 2 turizm şirkətinin üzvlüyü təmin olunmayıb. Toplantıda eyni zamanda qurumun Ekspertlər Şurasına üzvlər qəbul olunub.

İclasda son günlər bəzi turizim şirkətlərinin qeyri-peşəkar fəaliyyəti, bunun nəticəsində yaranan vətəndaşların narazılıqları və ortaya çıxan problemlərin həlli istiqamətində atılacaq addımlar müzakirə edilib.