ABŞ-a vizaların verilməsinin yoxlanılması qaydaları sərtləşdirilib.
Prezident Donald Trampın administrasiyası bu məqsədlə yeni anket formasını təsdiqləyib.
İnformasiyaya əsasən, anketə bir neçə yeni maddə əlavə edilib.
Məlumata görə, ABŞ konsulluğunun əməkdaşı viza almaq istəyən şəxsdən əvvəlki xarici pasportlarının nömrələrini, habelə son 5 ildə sosial şəbəkələrdə istifadə etdiyi adları, 15 illik tərcümeyi-halını, o cümlədən əmək fəaliyyəti və dünya üzrə gəzintilərini soruşacaq.
Anketdə bu sorğularla bağlı qrafanın doldurulması məcburi olmasa da, ancaq onların cavablandırılmaması vizanın verilməsini gecikdirə bilər.