Ev Turizm Xəbərləri Abşeron kurortları MDB məkanında ən populyar kurortların ilk beşliyinə daxildir

Abşeron kurortları MDB məkanında ən populyar kurortların ilk beşliyinə daxildir

Kurort

Azərbaycanın Abşeron yarımadasındakı kurortlar MDB ölkələri kurortlarının ilk beşliyinə daxildir.

Rusiyanın “TurStat” analitik agentliyi 2019-cu ilin yayında MDB məkanında istirahət etmək üçün ən yaxşı və ən populyar kurortların reytinqini tərtib edib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, BelarusErmənistan kurortları MDB məkanında ən populyar kurortlar hesab edilib.

Agentlik bildirir ki, yay mövsümündə MDB ölkələrinə turizm səfərlərinin əsas üstünlükləri bu ölkələrə gediş-gəlişin vizasız olması, yerli sakinlərin rus dilini bilməsi, qonaqpərvərliyi, istirahətin çox baha olmaması, dadlı yerli yeməklər və bol meyvələrdir.

Azərbaycanın Abşeron yarımadasındakı kurortlar MDB ölkələri kurortlarının ilk beşliyinə daxil edilib.

MDB ölkələrinin kurortlarının reytinqi rusiyalı turistlər tərəfindən həmin kurortlara səfərlərin və kurortlarda infrastruktur baxımından inkişaf səviyyəsinin təhlilinin nəticələri əsasında tərtib edilib.

TurStat” agentliyinin məlumatına görə rusiyalı turistlər yayda MDB kurortlarına 7-14 günlüyə istirahətə üçün gəlirlər. Bu kurortlarda turistlərin yay istirahət büdcəsi sutkada 50-110 dollar həddindədir. MDB kurortlarından ən ucuzları İssık-Kul (sutkada 50 dollar) və Burabay (sutkada 70 dollar)-dır. Ən bahalıları isə Abşeron yarımadasındakı Bilgəh və digər kurortlardır. Bakıda, Xəzər dənizi sahilində yerləşən bu kurortlarda istirahət sutkada 110 dollara başa gəlir.

Rusiyalı turistlər MDB kurortlarına əsasən Moskva şəhərindən və Moskva vilayətindən, Sankt-Peterburq, Cənubi UralŞərqi Sibir regionlarından gəlirlər.