Ev Turizm Xəbərləri ADB Gürcüstana 415 mln. dollar kreditin ayrılmasını təsdiq edib

ADB Gürcüstana 415 mln. dollar kreditin ayrılmasını təsdiq edib

Gürcüstan

Asiya İnkişaf Bankı (ADB) Gürcüstana yeni avtomobil yolunun inşasına 415 mln. ABŞ dolları həcmində kredit ayrılmasını təsdiq edib.

Bu barədə AİB məlumat yayıb.

Vəsait Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə yönəlmiş Kveşeti-Kobi magistral avtomobil yolu layihəsinin maliyyələşdirilməsinə sərf olunacaq.

AİB-dən bildirilib ki, layihə Gürcüstan üçün genişmiqyaslı planın tərkib hissəsi olmaqla yanaşı ölkənin nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi, bölgədə ticarət və turizm habına çevrilməsinə töhfə verəcək: “Bu dəhliz Gürcüstan, Ermənistan və regional ticarət tərəfdaşları üçün vacib tranzit yoldur. Bu yol Şərq-Qərb avtomagistralı ilə kəsişməklə, həmçinin Mərkəzi Asiyanı Avropa və Şərqi Asiya ilə birləşdirən ən qısa yoldur”.

Uzunluğu 23 kilometr olan Kveşeti-Kobi avtomobil yolu hissəsinin inşasına 2020-ci ildə başlanılması planlaşdırılıb.