Qeyri-adi düşərgə məkanları
Adrenalin sevənlər üçün Çinin Luoyang Henan əyalətində yerləşən Luoyang dağı ən cazibədar seçimdir.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər il minlərlə turist Çin Kamp Festivalı çərçivəsində təxminən 1000 metr yüksəklikdə taxta yolda düşərgə salırlar.
İştirakçılar dağ yamaclarındakı düşərgədə hər an ölümlə üz-üzə qalırlar. Çünki yamaclardakı taxta yollarda əvvəlcədən heç bir təhlükəsizlik tədbiri görülmür.