“Azərbaycanda ictimai çimərliklər olmalıdır. Bu, olduqca vacib məsələdir”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.
“Özəl çimərliklər fəaliyyət göstərir, ancaq ictimai çimərliklərin sayının az olması bizi narahat edir. Dünyada çimərliklərin demək olar ki, hamısı ictimai çimərliklərdir. Hansısa qurumlar orada öz xidmətlərini təklif edə bilərlər”, – o deyib.
F.Nağıyev onu da deyib ki, Azərbaycanda yeni otellər də açılmalıdır: “Biz bunun üçün sahibkarlara dəstək veririk. Azərbaycanda yeni otellər, eyni zamanda hostellər açılır”.
Agentlik sədri vurğulayıb ki, hazırda otellərə ulduz verilməsi ilə bağlı iş aparılır: “Bu işə yaxın zamanlarda başlanılacaq. Biz müşahidə edirik ki, hostellər və 3 ulduzlu otellərin sayı artır”.