Aprelin 7-i Bakı Ekspo Mərkəzində “Turizm və səyahətlər” (“AITF 2018”) sərgisinin sonuncu iş günü olub
“BÜTÜN DÜNYA. BİR SƏRGİ” şüarı ilə keçirilən “AITF 2018” sərgisi dünyanın 20 ölkəsindən 277 şirkət və təşkilatı qəbul edərək, işgüzar turizm “qovşağı” kimi nüfuzunu bir daha təsdiq edib. Peşəkarların görüşdükləri məkan, eləcə də müqavilələrin imzalanması və perspektivli biznes planlarının qurulması üçün geniş platformaya çevrilib.
“AITF 2018” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilib. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış ediblər.
Sərgi həmişəki kimi ölkə rəhbərliyinin turizm sənayesinə göstərdiyi böyük diqqəti əks etdirir. Aprel ayının 6-da Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev, ölkənin Birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva sərgidə iştirak edib. Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər (“AITF 2018”) və 12-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus 2018”) sərgiləri ilə tanış olublar. “VIP”-tur çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə başçısı İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya hər iki sərginin potensialı barədə məlumat verib.
Sərgidə 90-dan çox turizm istiqaməti, habelə turizm sahəsində digər xidmət növlərini təqdim edən şirkətlər iştirak edib.
Turizm sənayesinin peşəkarları sərginin ziyarətçiləri və dəvət edilmiş qonaqlar arasında müxtəlif ölkələrdən olan köhnə tərəfdaş və dostları ilə görüşüb. Bu barədə jurnalistlərə həvəslə məlumat veriblər. Müvafiq işgüzar münasibətlərin qurulmasını təmin edən və dəstəkləyən bu tədbir öz aktuallığını qoruyub saxlayır və uğurla inkişaf edir. Bu, danılmaz həqiqətdir. Sərginin digər mühüm komponenti isə son illərdə beynəlxalq arenada ciddi şəkildə artan nüfuzudur. “AITF” sərgisinin təşkilatçılarının qərargahına artıq ikinci iş günündən etibarən gələn il də sərgi ilə əməkdaşlığı davam etdirmək istəyən tədbirin daimi iştirakçıları və debütantlarından bir çox ərizə daxil olub. Belə optimist proqnoz turizm sahəsinin bu qlobal tədbirinə göstərilən ən yüksək səviyyəli etimad ilə xarakterizə olunur. Buna görə də, “AITF” sərgisi hər il Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFI”) tərəfindən keyfiyyət nişanına layiq görülür.
Seminarlar və işgüzar müzakirələr, B2B (“bi-tu-bi”) formatlı mötəbər vorkşop və turizm sənayesinin perspektivli inkişafı proqramların mübadiləsi edilib. Bütün bunlar eyni düşüncə tərzinə malik olan böyük beynəlxalq kollektivin fəaliyyətinin gözlənilən nəticələrinə çevrilib.
Şübhəsiz ki, bir çox dünya ölkələrindən gələn qonaqların diqqətlə planlaşdırdıqları əyləncə proqramı belə gərgin fəaliyyət fonunda sərgini daha səmərəli müşayiət edib. Stendlərin işi zamanı nəhəng pavilyon qonaqları və ziyarətçiləri müxtəlif ölkələrin xalqlarının çoxsaylı mahnı və rəqsləri ilə sevindirib. Türkiyə, Rusiya, İtaliya, Azərbaycan və digər ölkələrin kollektivləri multikulturalizm layihələrinə öz töhfələrini verib və əlbəttə ki, bu, tamaşaçılar və dinləyicilər tərəfindən həvəslə dəstəklənib.
Horex Caucasus 2018
Daxili turizmin uğurlu inkişaf layihələri, ənənəvi olaraq, mütəxəssislər tərəfindən yerli ekspozisiyalar tərəfindən cəlbedici şəkildə əks etdirilən perspektiv istiqamətlər kimi qeyd olunub. Onlarla turizm şirkəti, mehmanxana, sanatoriyaları bir araya toplayan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi regional stendləri turizm məhsullarının geniş spektrini nümayiş etdirib.
Turizm məhsulunun italyan və çex təqdimatları, “startap”ların yeni məhsulları və möhtəşəm səyahət uduşları, milli yaradıcılığın parlaq əsərlər toplusudur. Stavropol və Türkiyə şirkətlərinin satış öncəsi cəlbedici endirimlər beynəlxalq sərgini uğurla müşayiət edib.
“AITF” sərgisi ilə eyni platformada 12-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus 2018”) sərgisi keçirilir. Dünya istehsalçılarının ideya, xidmət, yenilik və məhsulları mütəxəssislərdə böyük maraq doğurub. Qəhvə və qəhvə içkilərinin ən yaxşı çeşidlərinin dequstasiyası sərgiyə həsr olunmuş və “The Specialty Coffee Association” (SCA) şirkəti tərəfindən təşkil edilən Barista Çempionatı ərəfəsində əsil bayrama çevrilib. Sərginin ilk iki iş günü ərzində, təcrübəli qəhvə hazırlayanlar mindən çox ətirli latte, kapuçino və espresso porsiyaları hazırlayıblar.
Qeyd edək ki, TravelNews.Az Turizm Xəbərləri Agentliyi Beynəlxalq “Turizm və səyahətlər” (“AITF 2018”) sərgisinin rəsmi internet dəstəkçisi idi.
Qeyd edək ki Go Travel turizm şirkətidə bu sərgidə iştirak edib.