Ev Turizm Xəbərləri Aprel ayında Yaxın Şərq regionundan gələn əcnəbilərin sayında 12 faiz artım olub

Aprel ayında Yaxın Şərq regionundan gələn əcnəbilərin sayında 12 faiz artım olub

Turizm

Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.9 faiz və ya 19.4 min nəfər artaraq 238 minə çatıb. Ən böyük artım 22 faiz olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.

BƏƏ (16.2 faiz ), Səudiyyə Ərəbistanı (101.3 faiz) və İsraildən (70.1 faiz) gələn qonaqların sayının artması ilə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib. Bununla da 12 faiz artım baş verib.

Cənubi Asiyadan Hindistan, Orta Asiyadan isə Türkmənistan müvafiq olaraq 95 faiz144 faiz artımla diqqət çəkir. Ümumilikdə Cənubi (35.4 faiz) və Orta Asiyadan (44.2 faiz) gələn səyahətçilərin sayı yüksək sürətlə artmaqdadır.

Türkiyədən gələn səyahətçilər üçün 10 faiz artım müşahidə olunub.- Apreldə bu ölkədən gələnlərin sayı 25.2 min nəfər təşkil edib.

Yekun olaraq 2019-cu ilin ilk dörd ayının nəticələrinə görə Azərbaycanı ziyarət etmiş əcnəbilərin sayında artım mövcuddur. Belə ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə xarici qonaqların sayı 2 min nəfər artıb. Hesabat dövrü ərzində ölkəni ümumən 848 min xarici vətəndaş ziyarət edib.