Ev Turizm Xəbərləri Azərbaycan stendi Türkiyədə keçirilən sərgidə diqqət mərkəzindədir

Azərbaycan stendi Türkiyədə keçirilən sərgidə diqqət mərkəzindədir

sərgi

Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy İstanbulda keçirilən EMİTT 2020 – Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunan Azərbaycan stendinə baş çəkib.

AZƏRTAC Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Beynəlxalq sərgi çərçivəsində turizm şirkətləri ilə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilib.

Azərbaycan nümayəndə heyəti Türkiyə və digər ölkələrin kütləvi informasiya vasitələrinə ölkəmizin turizm potensialı barədə müsahibələr veriblər.

Xatırladaq ki, fevralın 2-dək davam edəcək 24-cü EMİTT sərgisi hər il keçirilir və dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Ötən il sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub. Sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.