UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi özünü Azərbaycana gələn turistlərin sayında göstərib. Belə ki, final matçında iki inqilis klubunun qarşılaşması Azərbaycana gələn britaniyalı turistlərin sayını 40% dan çox artırıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1094,8 min əcnəbi gəlib. Bu 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs olub.
Eləcə də bax: Rusiyaya yeni aviareys açıldı – QİYMƏT
Gələnlərin 28,5 faizi Rusiya Federasiyası, 26,0 faizi Gürcüstan, 10,9 faizi Türkiyə, 7,7 faizi İran, 3,0 faizi Birləşmiş Ərəb Əmirlikləridir. Hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,6 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Pakistan və İraq, 14,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 69,1 faizini kişilər, 30,9 faizini isə qadınlar təşkil etmişdir.
Ölkəmizə yanvar-may aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (1,9 dəfə), Misir (1,8 dəfə), Çin (1,8 dəfə), Hindistan (1,7 dəfə), Səudiyyə Ərəbistanı (1,7 dəfə), Böyük Britaniya (42,3 faiz), Cənubi Koreya (31,4 faiz), Yaponiya (30,1 faiz), Almaniya (28,0 faiz), Kanada (27,7 faiz), Polşa (23,4 faiz) və Gürcüstan (22,7 faiz) vətəndaşları arasında qeydə alınmışdır.
2019-cu ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,8 faiz artaraq 54,4 min nəfər olub. MDB ölkələrindən gələnlərin sayı isə 3,6 faiz artaraq 380,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,4 faizi dəmir yolu və avtomobil, 38,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.