Ev Turizm Xəbərləri Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb

Azərbaycanın xarici siyasəti İsveçrə mətbuatında işıqlandırılıb

İsveçrə

İsveçrənin ən nüfuzlu təşkilatlarından biri kimi 78 min şirkəti özündə birləşdirən İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyətinin mətbuat orqanı olan “Erfolg” (Müvəffəqiyyət) qəzeti son buraxılışında Azərbaycana geniş yer ayırmışdır. Əsasən cəmiyyətə üzv bütün şirkətlər arasında paylanılmaqla yanaşı İsveçrənin siyasi və işgüzar dairələri tərəfindən də maraqla izlənilən bu qəzetin “Müsahibə” bölməsində adətən İsveçrə siyasətinin və biznes dünyasının tanınmış nümayəndələri ilə müsahibələr yer alır. Xarici ölkələrin rəsmiləri ilə müsahibələrə olduqca nadir hallarda yer verilir. Belə hallardan biri kimi, “Müsahibə” bölməsinin bu dəfəki qonağı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov olmuşdur. Nazir müsahibədə Azərbaycanın tranzit potensialı, nəqliyyat-logistika imkanları, əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətlərinin genişləndirilməsindən danışıb. Görülən işlər barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, bütövlükdə region üçün də nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verməkdə davam edir.

Nazir qeyd etmişdir ki, İsveçrə şirkətləri Azərbaycanın nəqliyyat-tranzit, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından yararlana bilər. Eyni zamanda bu istiqamətdə həyata keçirilən infrastruktur layihələrində iştirak edə bilər.

Nazir öz müsahibəsində vurğulamışdır ki, prioritet sahələrdən biri də İsveçrədən ölkəmizə daha çox turist axınının təşkili istiqamətində səylərin davam etdirilməsidir. Müsahibədə Azərbaycanın turizm imkanlarından geniş söz açılmışdır. 2018-ci ilin oktyabr ayından etibarən Bakı-Cenevrə-Bakı birbaşa reysinin açılmasının, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının İsveçrədən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd edilmişdir.

Nazir Azərbaycanın İsveçrə ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyini qeyd edib. O bildirib ki Azərbaycan və İsveçrə qədim tarixə və mədəniyyətə malik ölkələrdir. Hər iki ölkədə qarşılıqlı olaraq keçiriləcək. Tədbirlər xalqların bir-birinin tarixinə, mədəniyyətinə və adət ənənələrinə daha da yaxından bələd olmasına xidmət edəcəkdir.