BMT-nin Dünya Turizm Təşkilatı təqdim etdiyi hesabatda dünyadakı beynəlxalq turist axınının 2020-ci ildə müsbət tempi qoruyaraq 3%-dən 4%-ə artacağını proqnozlaşdırır. İİTKM-in analitiki qeyd edir ki, Azərbaycanda Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın sürətlə inkişaf edən sahəsi olaraq turizm bazarının təkmilləşdirilməsidir. Turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əsaslı islahat tədbirləri həyata keçirilir. Bu istiqamətdə mühüm işlər görülür. Həmin tədbirlərə misal olaraq, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Şurası Bakıda “Travel Business Azerbaijan 2020” konfransınını təşkil etməsini göstərmək olar. Tədbirdə 500-ə yaxın yerli turizm sərgisi 400 beynəlxalq və yerli alıcıya 1200 turizm məhsulunu təqdim edəcəkdir. Bundan başqa, 2018-ci ildə Azərbaycan Turizm Şurası ölkənin turizm potensialını və imkanlarını təbliğ etmək məqsədilə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Rusiya və Hindistan da daxil olmaqla 6 ölkədə tamamilə yeni milli turizm ofislərini istifadəyə verib. Həmçinin, növbəti illərdə dörd yeni ofisin açılacağı, onlardan ikisinin İngiltərə və Cənubi Koreyada yerləşəcəyi bildirilir. Bu kimi yeniliklər Azərbaycanda turizm sektoruna əhəmiyyətli dərəcədə öz tövhəsini verərək böyük inkişaf təmin edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2019-cu ildə açıqladığı “Turizm və səyahətin rəqabət qabiliyyəti” adlı hesabatı keçirilib. Bu hesabata əsasən də Azərbaycan turizmdə biznes mühiti üzrə ötən hesabatla müqayisədə 57-ci mövqedən 28-ci pilləyə qədər irəliləməyə nail olub. Əldə olunan nailiyyətə əsasən hesabatda Azərbaycan “turizm sahəsində biznes mühiti üzrə dünyada ən çox inkişafa nail olmuş ölkə” statusunda qiymətləndirilib.
Daxil
Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
Forgot your password? Get help
Hesab yarat
Privacy Policy Page
Hesab yarat
Xoş gəlmisiniz! bir haqq-hesab üçün qeydiyyatdan keçin
Parol sizə e-poçt olacaq.
Privacy Policy Page
Password Recovery
Parolu bərpa
Parol sizə e-poçt olacaq.