Birinci yerdə Əlcazair qərarlaşıb. İkinci yerdə Səudiyyə Ərəbistanı, üçüncü yeri isə Pakistan tutur. Macəra sevənlərin reytinqində Azərbaycan doqquzuncu yeri tutub. İlk onluğa isə İran, Özbəkistan, Qazaxıstan, Bosniya və Herseqovina, Rusiya və Həbəşistan daxil edilib. Qeyd edilir ki, reytinq hazırlanarkən infrastrukturun inkişaf səviyyəsi, təbii və tarixi yerlər, qonaqpərvər yerli sakinlər, nisbətən az sayda turist, məscidlər, Şərq bazarları, Roma, Osmanlı, ərəb və Bizans tarixinin mədəni obyektləri kimi parametrlər nəzərə alınıb. Bu vəziyyətdə Azərbaycanın ilk onluqda yer alması ölkəyə tursit marağını daha da artırır. Eyni zamanda, yaranmış durum Azərbaycan iqtisadiyyatının tərəqqsinə öz təsirini göstərir və bu hal regionlarda da özünü qabarıq surətdə büruzə verməyə başlayır. Kənd turizminin son illərdə sürətli inkişafı da elə bunun nəticəsidir. İndi ölkəmizdə kənd evlərinin turizmə cəlb edilməsi təcrübəsi geniş yayılıb. Amma təbii ki, bu istiqamətdə hələ də müəyyən addımların atılması vacibdir. Turizm üzrə ekspert Müzəffər Ağakərimov da bildirir ki, kənd turizmini inkişaf etdirmək, kənd evlərini turizmə cəlb etmək üçün öncə turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə infrastruktur qurulmalıdır. O vurğulayır ki, görüləcək ilk iş kənd yollarının təmir olunmasıdır:”Turizmin inkişaf etdiyi ərazilərdə kəndlərin yolları abad olmalıdır. Əks halda, baha olsa da, turist məcbur olub oteldə qalacaq. İkinci vacib məsələ turizmin inkişaf etdiyi ərazilərdə su, qaz və kanalizasiya xətlərinin çəkilişidir. Unutmaq olmaz ki, turisti ucuzluqla yanaşı maraqlandıran daha bir əsas məsələ qalacağı evin rahatlığıdır. Bundan əlavə, kənd evləri arasında qiymətləndirmə aparılmalıdır. Hər evi kənd turizminə cəlb etmək olmaz. Turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə sanitar gigiyenik və qida təhlükəsizliyi məsələlərini də diqqətdə saxlamaq lazımdır. Xüsusilə kənd evlərində sanitar qovşaqların vəziyyəti, turistə təklif edilən qidaların keyfiyyəti vacib məsələdir”. Artıq Dövlət Turizm Agentliyi bu istiqamətdə işlər görür. Bu günlərdə kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirilib. Görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərmək olub. Bundan əlavə, regionlarda otellərin sayının artması, hostellərin yaradılması da prosesə müsbət təsir göstərir. Belə vəziyyət regionlarda işsizlik amilinin daha sürətlə aradan qalxmasına mühüm təkan verir. Digər tərəfdən, turizmin dinamik inkişafı Azərbaycanın valyuta gəlirlərinin yüksəlməsinə də öz töhfəsini verir. Qiymətləndirmələr göstərir ki, turistlərin Azərbaycanda xərclədiyi vəsaitin həcmi artıq milyardlarla dollar həcmində ölçülür. Turist sayının artması isə bu vəsaitin miqdarının daha da çoxalacağı anlamına gəlir.
Daxil
Xoş gəlmisiniz! Sizin hesabınıza daxil
Şifrəni unutmusan? kömək almaq
Privacy Policy Page
Password Recovery
Parolu bərpa
Parol sizə e-poçt olacaq.