Novruz Bayramı yaxınlaşır, bu bayram ilə əlaqədar olaraq Azərbaycanda 5 gün qeyri-iş günü olacaqdır. Bir çoxları Novruz Bayramını unudulmaz keçirməyi, rayonlara və ya ölkə xaricinə səyahət etməyi planlaşdırır.
Artıq Azərbaycanın regionlardakı beşulduzlu mehmanxanlar Novruz Bayramı münasibətilə öz təkliflərini təqdim etməyə başlayıblar.
FED.az mehmanxanalardan və turizm şirkətlərindən məlumatları təqdim edir.
CƏNUB ZONASININ ƏN MÖHTƏŞƏM OTELİNDƏN EKSKLYUZİV QİYMƏTLƏR
Lənkəranın Haftoni qəsəbəsində yerləşən, meşə və dağlardan ibarət gözəl mənzərə ilə əhatə olunmuş “Lankaran Springs Wellness Resort” otel Novruz bayramı proqramını açıqlayıb. Proqram 20 Mart – 22 Mart günlərini (2 gecə/3 gün) əhatə edir.
