Ev Turizm Xəbərləri Azərbaycan turizmi rekordu hədəfləyir

Azərbaycan turizmi rekordu hədəfləyir

turizm

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı təxminən 2 milyon 679 min nəfər olub.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Ən çox artım oktyabrda qeydə alınıb. Belə ki, ötən ilin oktyabrı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayı 25 faiz çox olub. Azərbaycana daha çox turist Rusiya, Gürcüstan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı və MDB ölkələrindən Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan gəlib. Bu il Avropa ölkələrindən gələn turistlərin sayında da artım qeydə alınıb. Artım olan ölkələr sırasında Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa var. Yaxın Şərq ölkələrinin bəzilərindən azalma qeydə alınıb. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı və İraqdan gələn turistlərin sayı artıb. Dövlət Turizm Agentliyindən bildirirlər ki, hətta sözügedən ölkələr ilk iyirmiliyə daxil olub:

Artıq payız-qış turizm mövsümünə start verilib. Yay mövsümündə olduğu kimi yeni mövsümdə də artım tendensiyası gözlənilir. Kənan Quluzadə azərbaycana gələn turistlərin ənəvi olaraq Bakı-Abşeron və dörd dəhliz üzrə, yəni Bakı-Şimal, Bakı-Balakən, Bakı-GəncəBakı-Cənub istiqamətlərində öz səyahətlərini quracaqlarını düşünür. Yeni turizm mövsümündə bəzi yeniliklər də gözlənilir:

Qeyd edək ki, Azərbaycan ötən ilin noyabrında “take another look” sloqanı ilə dünyaya öz yeni turizm brendini nümayiş etdirib. Bu gün isə Londonda həmin sərgi yenidən start götürüb. Kənan Quluzadə bu sərgini bir ilin yekunlarını dünyaya nümayiş etdirmək üçün fürsət hesab edir. O, əldə olunan rəqəmlərin nikbin nəticə gözləməyə əsas verdiyini və ölkəyə gələn turistlərin geriyə dönüşünün olacağını bildirir.