Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% və yaxud 19,4 min nəfər artaraq 238 min nəfərə çatıb.
Bu barədə Dövlət Turizm Agentliyinin açıqlamasında bildirilir.
Məlumata görə, ən böyük artım 22% olmaqla Gürcüstandan gələn ziyarətçilərin sayında (10,2 min nəfər) müşahidə olunub. Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında 16,2%, Səudiyyə Ərəbistanından gələnlərin sayı 2 dəfə, İsraildən gələnlərin sayında isə 70,1%, ümumilikdə, Yaxın Şərq regionundan gələnlərin sayında 12% artım baş verib və yekunda 30 min xarici vətəndaş gəlib.
Cənubi Asiyadan Hindistan, Orta Asiyadan isə Türkmənistan müvafiq olaraq 95% və 144% artımla diqqət çəkir. Ümumilikdə, bu iki regiondan gələnlərin sayında müvafiq olaraq 35,4% və 44,2% artım baş verib.
Türkiyəli səyahətçilərin sayı isə 10% artaraq 25,2 min nəfər təşkil edib.
Ümumilikdə, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanı 848 min nəfər ziyarət edib. Son 1 ildə ölkəyə gələn əcnəbilərin sayı, təxminən, 2 min nəfər və yaxud 0,2% artıb.