Ev Gəzməli yerlər Gəzəyənlər Azərbaycandan Monteneqroya birbaşa reyslər

Azərbaycandan Monteneqroya birbaşa reyslər

Monteneqroya birbaşa reys

Azərbaycandan Monteneqroya birbaşa reyslər həyata keçiriləcək.

Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq.

Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək.

Adını özümdə ilk eşidəndə qəribə gəldi. Heç məlumatım olmayan bir ərazidir.Məncə, azda olsa Montenegro haqqında məlumatlanaq.

Montenegro ??

Monteneqro

Cәnub-şәrqi Avropa dövləti olan, gənc müstəqil Monteneqrın rəsmi paytaxtı Çetinye şəhəri olsa da, Podqoritsa konstitusiyanın 7-ci maddəsinə əsasən “baş şəhər” sayılır və dövlət əhəmiyyətli binalar burada yerləşir.

Ölkə ərazisini şərti olaraq 3 yerə bölmək olar. Adriatik dənizi sahili, böyük şəhərlərinin yerləşdiyi nisbətən düzənlik olan mərkəzi hissə və dağlıq ərazilərdən ibarət şərqi hissə. Ölkənin quru sərhədləri 614 km təşkil edir. Qərbdə Xorvatiya ilə 14 km, şimal-qərbdə Bosniya və Herseqovina ilə 225 km, şimal-şərqdə Serbiya və Kosovo ilə 203 km, cənub-şərqdə Albaniya ilə 172 km uzunluğunda sərhədi var. Monteneqronun kontinental sahil xəttinin uzunluğu 300 km təşkil edir. Ölkənin tərkibinə daxil olan 14 adanın ümumi sahil xəttinin uzunluğu isə 15,6 km təşkil edir. Monteneqronun çimərliklərinin uzunluğu 73 km-dir.Yeddi ay ərzində sahildəki dəniz suyunun temperaturu +12°C ilə +26°C arasında dəyişir. Dəniz suyunun şəffaflığı bəzi yerlərdə 35 metrə çatır.

Monteneqronun ən uzun çayları: Tara çayı(144 km), Lim çayı (123 km), Çeotina çayı(100 km), Moraça (99 km), Zeta (65 km) və Boyana çayıdır (30 km). Monteneqro və Balkan yarımadasının ən böyük gölü Skadar gölüdür. Səthinin sahəsi 369,7 km²-dir. Gölün ərazisinin üçdə ikisi Monteneqronun, üçdə biri isə Albaniyanın ərazisinə aiddir. Ölkə ərazisinin 41% meşələrdən, 40% isə otlaqlardan ibarətdir. Monteneqronun bitki növləri kifayət qədər rəngarəngdir. Ümumilikdə ölkə ərazisində 2833 bitki növü qeydə alınıb, onların 212 növü Balkan endemiki, 22 bitki növü isə Monteneqro endemikidir. Monteneqro konstitutsiyasına əsasən respublika “ekoloji dövlət”dir, ölkə ərazisinin 8,1%-i qoruqlardan və milli parklardan ibarətdir.

İqlimi?

Monteneqro

Monteneqronun şimalında iqlim mülayim-kontinental, Adriatik dənizi sahilində isə Aralıq dənizi iqlimi hakimdir. Dənizsahili ərazilərdə yay mövsümü adətən uzunmüddətli, isti (+23 — +25 °C) və quru, qışda isə qısa və sərin (+3 — +7 °C) keçir. Dağlıq rayonlarda mülayim isti yay (+19 — +25 °C), nisbətən soyuq qış (+5dən −10 °C kimi), yağıntılar adətən qar formasında yağır, qar örtüyü 5 aya qədər qala bilər. Ölkədəki yağıntıların miqdarı illik 500 mm ilə 1500 mm arasında dəyişir. Sahilə yaxın dağlıq ərazilərdə bu göstərici 3000 mm qədər artır.

Ümid edirəm qismən sizi məlumatlandıra bildim. Xoş istirahətlər❤