Ev Turizm Xəbərləri Azərbaycanın turizm istiqaməti kimi Bolqarıstanda tanıdılması davam etdirilir

Azərbaycanın turizm istiqaməti kimi Bolqarıstanda tanıdılması davam etdirilir

Turizm

Bolqarıstanın Veliko Tırnovo şəhərində ənənəvi keçirilən 16-cı “Mədəni turizmBeynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan növbəti dəfə milli stendlə təmsil olunub.

turizm

Sərgidə Azərbaycanın mədəniyyəti, adət-ənənələri, tarixi və turizm imkanları, eləcə də 2018-ci ilin yanvar ayında açılan Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsi barədə ətraflı məlumat verilib. Ölkə stendində Azərbaycan xalçaları sənətkarlıq nümunələri, eləcə də rəqs geyimləri nümayiş etdirilib. Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilmiş ölkəmizin turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə, həmçinin Azərbaycanın istehsalı olan nar şirəsinin dequstasiyası keçirilib. Ziyarətçilərə Azərbaycan milli şirniyyatları olan şəkərbura və paxlava paylanılıb.

Sözügedən sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Nikolina Angelkova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib. Ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb.

turizm

Qeyd edək ki, 16-cı “Mədəni Turizm” sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, İndoneziya, ÇinSerbiya daxil olmaqla tanınmış şirkətlər iştirak edib. Ekzotik turizm məkanlarını nümayiş etdirən 30-a yaxın bolqar və xarici şirkət və qurumlarda iştirak ediblər. Bu tip sərginin Veliko Tırnovo şəhərində keçirilməsi də təsadüfi deyil. Belə ki, aprelin 12-də bu şəhər Bolqarıstanın tarixi və mənəvi paytaxtı elan edilib.

Turizm

Cari il aprelin 19-da isə Veliko Tırnovo şəhəri Naxçıvan şəhəri ilə qardaşlaşıb.