Tokionun “Bunkyo Civic Center” mərkəzində “Cross Border Club” şirkətinin və Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə ölkəmizin turizm potensialı mövzusunda növbəti seminar keçirilib.
Seminara Yaponiyanın müxtəlif şəhərlərindən gəlmiş iş adamları qatılıb. “Cross Border Club”ın baş meneceri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, agentliyin Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev ölkəmizin turizm potensialı barədə məlumat veriblər.
Əvvəlcə iştirakçılara Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, müasir turizm obyektləri və burada yaradılan şərait barədə danışılıb. Qeyd edilib ki, Azərbaycan rəhbərliyinin turizm sahəsində həyata keçirdiyi çoxsaylı layihələr var. Ölkəmizdə bu sahəni dünya standartları səviyyəsinə qaldırıb. Ölkəmizdə təbii vasitələrlə müalicə yolu ilə xidmətlər təklif edən turizm müəssisələri barədə də məlumat verilib. Həmin müəssisələr sırasında nadir xüsusiyyətləri ilə seçilən Naftalan İstirahət və Sağlamlıq Mərkəzi və Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzi xüsusi qeyd olunub.
