Azərbaycan Turizm Asossasiyası hazırkı durumla bağlı bəyənat yayımlayıb.
Gezmeli.az bəyənatın tam mətnini oxucularına təqdim edir:
“Azərbaycan Turizm Asossasiyası (AZTA) müqəddəs vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Azərbaycan dövlətinin və Milli Ordumuzun yanında olduğunu bəyan edir.
Asossasiyanın çoxsaylı üzvləri ilə döyüş zonalarında istənilən yardımı göstərməyə hər an hazır olduğumuzu bəyan edirik.
27 sentyabr turizm günü bizim üçün daha önəmli qürurverici bir gün oldu.
Allah vətənimizi, dövlətimizi və millətimizi qorusun!”