Ev Turizm Xəbərləri Azərbaycan Turizm Assosiasiyası və Esvatini Krallığının Turizm Təşkilatı əməkdaşlıq haqqında memorandum imzalayıblar

Azərbaycan Turizm Assosiasiyası və Esvatini Krallığının Turizm Təşkilatı əməkdaşlıq haqqında memorandum imzalayıblar

turizm

Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Görüş çərçivəsində Azərbaycan Turizm Assosiasiyası və Esvatini Krallığının Turizm Təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memorandumu AZTA rəhbəri Nahid Bağırov və Esvatini Turizm Təşkilatının rəhbəri xanın Lindia Nxumalo imzalayıblar.

Anlaşma memorandumunun əsas məqsədi iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Qarşılıqlı turizm axınının təmin olunması, eləcə də Afrikanın azərbaycanlı turistlər tərəfindən kəşf edilməsidir. Memorandum, həmçinin AZTA-nın turizm təbliğatı təcrübəsinin Esvatini Turizm Təşkilatının mütəxəssisləri ilə bölüşməsini nəzərdə tutur.

İmzalanma mərasimində, həmçinin Esvatininin İctimai xidmət naziri Kristian Ntshanqase, Ticarət naziri, senator Manqoba Khumalo, İnvestisiyaların Təşviqi Təşkilatının nümayəndələri Sibahi Mnqomezulu Martin Masilela və digərləri iştirak ediblər.