Azərbaycan iki yaşa qədər uşaqlarla səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib.
Gezmeli.az xəbər verir ki, Rusiyanın “Tutu.ru” vahid səyahət servisi 2018-2019-cu illərdə alınmış aviabiletləri təhlil edərək belə qənaətə gəlib ki, iki yaşa qədər uşaqları olan valideynlər əsasən ölkə daxilində, xüsusilə də Moskva və Sankt-Peterburqa səyahət edirlər.
Belə valideynlərin 12 faizi yaxın xaricə, o cümlədən Azərbaycan, Moldova, Gürcüstan, Tacikistan, Özbəkistan və s. səyahət edirlər. İki yaşınadək uşaqla uzaq xaricə səyahətə çıxanlar isə yalnız 12 faiz təşkil edir.