Baş Nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar imzalayıb.
Qərar Prezidentin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında” 2018-ci il 20 dekabr tarixli Fərmanına əsasən hazırlanıb.
Nizamnaməyə əsasən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi əsas məsələlərdən biridir. Təbliğinin, məqsədyönlü istifadəsinin, qorunub saxlanmasının və inkişafının təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
Qeyd edək ki, Qoruqları İdarəetmə Mərkəzi Prezident İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli Fərmanı ilə yaradılıb.