Bəhreynin hakimiyyət orqanları bu ilin yayına kimi sahəsi 100 min kvadratmetr olan dünyada ən böyük sualtı tematik park inşa etmək niyyətindədirlər.
Bəhreyn Turizm İdarəsinin, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın və özəl sektorun birgə layihəsidir. Bu sualtı park ilk növbədə unikal ekoturizm obyekti kimi yaradılacaq. Parkın tikintisinə ən yaxın vaxtlarda başlanılacaq. İnşaat işləri ətraf mühitə heç bir ziyan vurulmadan aparılacaq.
Bəhreyn Kralı, Ətraf Mühitin Mühafizəsi üzrə Ali Şuranın prezidenti Həməd bin İsa Al Xəlifənin şəxsi nümayəndəsi Şeyx Abdulla bin Həməd Al Xəlifə bildirib. Ən yüksək beynəlxalq ekoloji standartları rəhbər tutan Krallıq dəniz mühitini toxunulmaz şəkildə qoruyub saxlamağa çalışır. O deyib: “Biz Bəhreyni ekoturizm və dəniz faunasının mühafizəsi sahəsində dünya liderinə çevirməyi planlaşdırırıq”.
İndiyədək suyun altında qalmış ən böyük təyyarə – 70 metr uzunluğunda “Boeing 747” sualtı parkın mərkəzi obyekti olacaq. Burada mirvari evi, süni riflər və digər obyektlər də yaradılacaq. Ekoloji təmiz materiallardan inşa olunacaq tikililər mərcan liflərinə və onların sakinlərinə heç bir ziyan vurmayacaq. Əksinə, sualtı park onurğasız orqanizmlərin, xüsusilə istridyələrin çoxalmasına şərait yaradacaq.
Sualtı kompleksdə dayvinqlə məşğul olmaq, dəniz flora və faunasını tədqiq etmək mümkün olacaq. Park yerli, regional və beynəlxalq səviyyələrdə dayverləri cəlb edəcək, dayvinq turları isə ətraf mühitin, xüsusən sualtı aləmin qorunub saxlanılmasının əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandıracaq.