Hacıqabul rayonunda Türkiyənin “Alpar” turizm şirkətinə məxsus avtobusda nasazlıq yaranıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
P.Məmmədova bildirib ki, hadisə Bakı-Qazax magistralının rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində baş verib:
“Bakıdan İstanbula hərəkət edən avtobusun sürücüsü Türkiyə vətəndaşı olub. Avtobusun radiatorunun pəri qırılıb. Yaranan nasazlığa görə həmin avtobusla yola davam etmək məqsədəuyğun olmadığı üçün daşıyıcı şirkət başqa avtobus göndərib”.