Ev aktual Bakı-İstanbul avtobusunda nasazlıq: sərnişinlər yolda qaldı

Bakı-İstanbul avtobusunda nasazlıq: sərnişinlər yolda qaldı

93
0
Alpar turizm şirkəti

Hacıqabul rayonunda Türkiyənin “Alpar” turizm şirkətinə məxsus avtobusda nasazlıq yaranıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

P.Məmmədova bildirib ki, hadisə Bakı-Qazax magistralının rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində baş verib:

“Bakıdan İstanbula hərəkət edən avtobusun sürücüsü Türkiyə vətəndaşı olub. Avtobusun radiatorunun pəri qırılıb. Yaranan nasazlığa görə həmin avtobusla yola davam etmək məqsədəuyğun olmadığı üçün daşıyıcı şirkət başqa avtobus göndərib”.