Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib
Bakı və Yaroslavlı birbaşa aviareys birləşdirə bilər. Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib
Birbaşa aviaəlaqə yaratmaq təşəbbüsü Rusiyanın Yaroslavl vilayəti və Azərbaycan Respublikasının rəsmilərinin, eləcə də sahibkarların iştirakı ilə keçirilən ticarət-iqtisadi əməkdaşlığın perspektivlərinə həsr olunmuş videokonfrans zamanı səsləndirilib.
“Turizm sektorunun təmsilçiləri Azərbaycanla Yaroslavl arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan nümayəndələri tərəfindən səsləndirilmiş təkliflərdən biri Yaroslavl (“Tunoşna”) və Bakının hava limanları arasında birbaşa aviareysin açılmasından ibarət idi”, – Yaroslavl vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət Departamentinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.
Təklif Yaroslavl vilayət hökumətinin sədr müavini Maksim Avdeyev tərəfindən dəstəklənib. Departamentdə qeyd ediblər ki, təşəbbüslər dərindən işlənilməlidir, lakin iki şəhər arasında aviaəlaqə qurmaq ideyası qarşılıqlı maraq doğurub.
“Tunoşna” hava limanı beynəlxalq statusa malikdir. Hazırda bu hava limanı aşağıdakı istiqamətdə reyslər həyata keçirir: Soçi, Sankt-Peterburq, Kazan, Simferopol, Krasnodar, Moskva (“Aeroflot”un transfer reysi). “Tunoşna”da hava limanının buraxılış imkanını artırmaq məqsədi ilə aerovağzal binasınının genişləndirilməsi üzrə işlər aparılır. Həmçinin süni örtüklü uçuz-enmə zolağının, təyyarələrin dayanacağının rekonstruksiyasını həyata keçirmək planlaşdırılır. Hazırda hava limanı Boeing 757-200, Airbus A319, Airbus A320, Boeing 767-300 təyyarələrini qəbul etmək imkanına malikdir. Bu tip təyyarələr “Azərbaycan hava yolları”nın (AZAL) donanmasının əsasını təşkil edirlər.
“Yaroslavl hava limanında gömrük və sərhəd yoxlamasını həyat keçirmək üçün imkan var”, – Vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət departamentinin mətbuat xidmətindən bildirilib.