Qışı yaşamaq istəyən uzağa deyil, Xızıya gəlib, kiçik bir otaq kirayələyib, gecənin soyuğunu, gündüz günəşinin şüalarını hiss edə bilər
Son dəfə Xızıda 2015-ci ildə olmuşdum. Yay fəsli idi. Havanın istisi, dağlar və asfaltdan qalxan bürkü bu rayonu mənə sevdirməmişdi.
Yenidən qərar verdim, yolum Xızıya idi. Bakıdan nə az, nə çox – 104 kilometrlikdə yerləşən bu rayonu bir də qış fəslində görmək istəyirdim.
