Ev Gəzməli yerlər Gəzəyənlər Bakıdan Batumiyə aviareys açılır

Bakıdan Batumiyə aviareys açılır

Batumi

14 iyun 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Gürcüstanın məşhur kurortu Batumiyə birbaşa aviareyslərə başlayacaq. 

Gezmeli.az -ın xəbərinə görə, Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. 

Belə ki, aviaşirkət artıq Bakıdan Tbilisiyə müntəzəm reyslər yerinə yetirir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Batumi (IATA: BUS) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə – cümə bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də, təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. 

10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərindən əldə edə bilərsiniz. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və bütün tariflərdə pulsuzdur.

Batumi Tbilisidən sonra Gürcüstanın məşhurluğuna görə ikinci turist şəhəridir. O, Qara dənizin şərq sahilində, Türkiyə ilə sərhədə yaxın yerləşir. Batumi sahil boyu bulvarı ilə məşhurdur. Burada gəzərkən şəhərin bir çox maraqlı diqqətəlayiq yerlərini görmək, ecazkar mənzərənin gözəlliyindən həzz almaq mümkündür.