Kruiz gəmisi
Xəzər dənizində kruiz gəmisi işə düşəcək.
Çay-dəniz sinfindən olan və Rusiyada tərsanədə inşa edilən ilk gəmi 2019-cu ildən başlayaraq Xəzər dənizində kruiz səfərlərinə başlayacaq. Gəmi Bakıdan Rusiya, İran, Türkmənistan limanlarına daxil olmaqla hərəkət edəcək.
Bu barədə “Mosturflot” turizm şirkətinin direktor müavini Svetlana Qonçarova məlumat verib.
Onun sözlərinə görə, gəmi Həştərxanda hazırlanır. İkinci gəminin də inşası barədə razılıq əldə edilib.
Gəminin marşurt planı
“İndi ilk gəminin marşrut planı hazırlanır. Gəmi həm çay, həm dənizdə hərəkət edə bildiyi üçün klassik “Moskva – Sankt-Peterburq” marşrutu saxlanılacaq. O, həm də Xəzər dənizində çalışacaq”.
Onun sözlərinə görə, bu cür kruizlər Bakıdan yola başlayıb İran, Türkmənistana gedib, Mahaçqalaya daxil olub və sonra yenidən Bakıya qayıdacaq.
“Payız fəslində gəmi Qara dənizdə bir neçə reys həyata keçirəcək. Qışda isə Soçidə mehmanxana kimi fəaliyyət göstərəcək”.