Bakının müxtəlif məkanlarında xidmət göstərən aquaparkların qiymətləri
“AF Hotel Aqua Park” – 15 manat
Novxanıda fəaliyyət göstərən “AF Hotel Aqua Park” kompleksində həftəsonu bir nəfər üçün giriş 15 manatdır.
“Bilgəh Aqua Park” – 50 manat
Bilgəh qəsəbəsində fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel”dəki aquaparkda həftəsonu 1 nəfər üçün giriş 50 manatdır. Dənizə giriş isə 30 manatdır. 6 yaşa qədər uşaqlar üçün aquaparkdan istifadə pulsuzdur.
“Aqua Park Shikov” – iki nəfər üçün 23 manat
Bu istirahət mərkəzinə həftəsonu iki nəfər üçün giriş 23 manatdır. Avtomobil üçün dayanacaq da qiymətə daxildir. 23 manata hovuzdan və çimərlik aksesuarlarından istifadə etmək olar.
“Pullman Aqua Park” – 40 manat
“Pullman Aqua Park”dakı istirahət kompleksində həftəsonu bir nəfər giriş üçün 40 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.
“Dalga Beach Aquapark Resort” – 50 manat
Bu kompleksdə xarici vətandaşlar üçün həftəsonu giriş 70 manatdır. Yerli vətəndaşlar üçün isə 50 manatdır. Həftə içi qiymətlər aşağı düşərək yerli vətəndaşlar üçün 35 manat, xarici vətandaşlar üçün 50 manat təşkil edir.
“Sea Breeze Hotel” – 20 manat
“Sea Breeze Hotel” – Nardaranda yerləşir. Bir nəfər üçün giriş 20 manat təşkil edir. 10 yaşına qədər uşaqlar pulsuzdur.
“Amburan Beach” – 25 manat
Bu kompleksə həftəsonu giriş 25 manat, həftəiçi isə 20 manatdır. Qiymətə çimərlik aksesuarlarından istifadə də daxildir.