Ev Turizm Xəbərləri Baş nazir: “Gürcüstanın turizm sektoru 60 milyon dollara yaxın zərər görüb”

Baş nazir: “Gürcüstanın turizm sektoru 60 milyon dollara yaxın zərər görüb”

Gürcüstan

“İyul ayının məlumatına əsasən, Gürcüstanın turizm sektoru 60 mln. dollara yaxın zərər görüb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyun ayında Acarıstanda turizm sahəsində çox yaxşı tendensiya müşahidə olunub. “Ötən ilin analoji dövrü ilə müqayisədə muxtar respublikada turizm 40% artıb”.

M.Baxtadze qeyd edib ki, bu gün turizm sahəsində kiçik və orta biznesi dəstəkləmək lazımdır: “Biz kiçik və orta biznesin üzləşdiyi problemlərin həlli məqsədilə iki proqram hazırlamışıq. Əminəm ki, biz turizm sahəsində mövcud olan pozitiv dinamikanı geri qaytaracağıq”.

Qeyd edək ki, Gürcüstanın turizm sahəsində qarşılaşdığı maliyyə itkiləri Rusiyanın iyulun 8-dən etibarən bu ölkə ilə birbaşa aviadaşımalara qadağa qoyması ilə bağlıdır.